Fəxrəddin Manafovun Xankəndi sevinci
02.08.2024 [11:00]
Xalq artistinin 69 yaşı tamam olur
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış aktyor Fəxrəddin Manafovun doğum günüdür. O, 1955-ci il avqustun 2-də Xankəndidə dünyaya gəlib. Aktyorun 69 yaşı tamam olur.
Çox güman ki, Xalq artisti builki ad gününü fərqli, kövrək, bir o qədər də qürurlu ovqatla qeyd edir. Çünki artıq görkəmli aktyorumuzun dünyaya göz açdığı Xankəndi azaddır.
Xatırladaq ki, 2023-cü ilin 19 sentyabrında keçirilmiş lokal antiterror əməliyyatı nəticəsində Ermənistan ordusunun Azərbaycan ərazisində qalmış tör-töküntüləri darmadağın edildi. Bununla da terrorçu dəstələr tam tərksilah olundu. Oktyabrın 15-də isə Prezident İlham Əliyev bayrağımızı Ağdərədə, Xocalıda və Xankəndidə ucaldaraq xalqımıza 30 ildən çox gözlədiyi ən böyük müjdəni - tam qələbə xəbərini verdi.
“Sevincimin həddi-hüdudu yoxdur”
Ötən il keçirilmiş məlum antiterror tədbirlərindən üç gün sonra - sentyabrın 22-də Xalq artisti doğma torpağının azad olunması ilə bağlı təəssüratını bölüşmüşdü. Aktyor açıqlamasında tək arzusunun Xankəndiyə getmək olduğunu vurğulamışdı: “Xoşbəxt sözünün hətta aciz olduğunu görürəm. Bu ifadəmə görə isə üzr istəyirəm, çünki sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm. Xoşbəxtəm ki, 68 yaşımda baş verən möhtəşəm bir hadisəyə şahidlik eləyirəm. Xoşbəxtəm ki, dünya miqyasında tanınan çox hörmətli, müzəffər Ali Baş Komandanımız var. Xoşbəxtəm ki, belə güclü ordumuz var”.
“Torpağı öpüb, gözümün üstünə qoyacağam”
Xalq artisti Şuşada və Füzulidə olduğunu, amma dünyaya göz açdığı doğma torpağına, dədə-baba yurduna ayaq basmaq üçün də səbirsizləndiyini bildirmişdi: “İnşallah, o günü gözləyirəm ki, nəhayət, doğulduğum Xankəndiyə gedib, oradan aşağı düşüb Həsənabad kəndində o torpaqlarımızı (kövrəlir) öpüb, gözümün üstünə qoyacağam”.
“Danışdıqca qəhər məni boğur...”
Nəhayət, görkəmli aktyorun arzusu reallaşır. O, 2023-cü il oktyabr ayının 24-də doğma torpağına qovuşur: “Mən 1955-ci ildə Xankəndidən 7 km aşağıda yerləşən Həsənabad kəndində dünyaya gəlmişəm. Qarqar çayının qırağında böyümüşəm. Danışdıqca qəhər məni boğur... Nə valideynlərim, nə bacım o torpaqları görə bildi. Bu torpağın ağrısı və arzusu ilə yaşayıb bu dünyadan köçdülər. Kaş bu günü görəydilər”.
Xankəndidən çıxanda 14 yaşı olub
Xalq artisti 55 ildir Xankəndidə olmadığını demişdi: “Hisslərimi sözlə ifadə edə bilmirəm, mümkün deyil, çünki bu hisslərin yanında söz acizdir. Sonuncu dəfə Qarabağdan 14 yaşımda çıxmışam. Düz 55 il bundan öncə. Qarabağla bağlı hər şeyin həyati mənası böyükdür”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

