Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb
08.05.2026 [15:49]
Rejissoru Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən 21-ci Cənub-Şərqi Avropa Film Festivalında (SEEfest) "Qısametrajlı sənədli film" kateqoriyasında "Xüsusi Vurğu" (Honorable mention) mükafatına layiq görülüb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.
Bildirilib ki, SEEfest - müxtəlif baxış bucaqlarını amerikalı tamaşaçılara çatdırmaq missiyası ilə Los-Ancelesdə hər il keçirilən, Cənub-Şərqi Avropa kinosunu beynəlxalq auditoriyaya təqdim edən nüfuzlu platformalardan biridir. Festival hər il minlərlə müraciət arasından seçim edir. Bu il sənədli yarışma proqramına cəmi 6 film seçilib. Onların arasında “Yaddaş sarayları”nın da olması sənədli kinomuzun uğurudur.
Ekran əsərinin dünya premyerası daha əvvəl Çexiyada keçirilən nüfuzlu Jihlava Beynəlxalq Sənədli Film Festivalı (Jihlava IDFF) çərçivəsində baş tutmuşdu.
Rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfov olan film “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal edilib. Filmin postprodakşn mərhələsi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyi ilə həyata keçirilib.
“Yaddaş sarayları” rejissorun ilk xatirəsinin izinə düşməsi haqqındadır. Uşaqlığının izlərini axtararaq doğulub böyüdüyü şəhərin küçələrini gəzən rejissor bir yaşında olarkən vəfat etmiş atası və nənəsi ilə bağlı xatırladığı hadisənin həqiqətən baş verib-vermədiyini sorğulamağa başlayır.
“Yaddaş sarayları”nın əvvəlcə “Jihlava” kimi nüfuzlu festivalda premyera etməsi, ardınca isə SEEfest-də xüsusi mükafata layiq görülməsi Azərbaycan sənədli kinosunun beynəlxalq arenadakı uğurlarının nümunəsidir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

