/ / Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq
Heydər Əliyev Mərkəzində Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq
28.02.2014 [09:06]
Aprelin 4-dən mayın 25-dək Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi təqdim olunacaq.
Sərginin kuratoru Dina Naseri-Xadividir.
“YARAT” Müasir İncəsənət Məkanından AzərTAc-a bildiriblər ki, “Love Me, Love Me Not” Azərbaycanın və qonşu ölkələrin müasir incəsənət əsərlərini nümayiş edən sərgidir. Sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən Azərbaycandan Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun, İrandan Əfruz Amiqi, Şoca Azəri, Mahmud Baxşi, Əli Bənisədr və Hərhad Moşirinin, Rusiyadan Taus Maxaçevanın, “Avrasiya”dan “Slavyanlar və tatarlar” qrupunun, Gürcüstandan İliko Zautaşvilinin əsərləri nümayiş etdiriləcək.
Dina Naseri-Xadivinin dediyinə görə, bu sərgidə nümayiş olunan hər əsər tamaşaçılara pavilyonda təqdim olunan ölkələrin sənətinə yeni baxış nöqtəsi bəxş edir və əhatə olunan mövzular barədə daha dərin bilikləri paylaşmağa çalışır. Ayrıca bir sərgidə bu cür rəssamların ərsəyə gətirdikləri işlərin nümayişi son nəticədə bizim hamımızın tarixi və coğrafiyanı nə dərəcədə düzgün qavradığımızı sorğu-sual edir.
Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri daxil olmaqla, müxtəlif materiallardan hazırlanıb və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunacaq. Nümayiş olunan əsərlər sırasında tarixi hadisələri əks etdirən və ya müəyyən məkanla bağlı işlər, habelə şəxsi təəssüratlar nəticəsində yaradılan nümunələr də yer alacaq.
Rəssam Faiq Əhmədin yaratdığı əsərlərin əsas mövzusu Azərbaycan xalçalarına xas süjetlərdir. O, həmin süjetləri, Azərbaycanın müasirlik istiqamətində sıçrayışını xüsusi vurğulamaqla, yeni tərzdə əsərlər yaradır. Rəssamın 2012-ci ildə yaratdığı “Adsız” adlı iplər instalyasiyası ənənəvi toxuma texnologiyasına olan baxışları alt-üst edərək, vərdiş etdiyimiz ikiölçülü xalça müstəvisini üçölçülü məkana çevirir.
İndiyədək yaratdığı ən iddialı əsərdə-xüsusi sifarişlə çəkilən filmdə-rəssam Şoca Azəri XII əsrdə Nizami Gəncəvinin “Həft peykər” (“Yeddi gözəl”) romantik poemasını yaddaşda canlandırır. Poemanın əsas mövzusu bəşəriyyətin maarifləndirməsində istifadə olunan özünü dərketmədir.
Rəssam Əli Bənisədr sərgidə nümayiş olunmaq üçün özünün indiyədək yaratdığı ən böyük əsərini gətirəcək. Əsər hər mövzunu əhatə edən, atəş və nur simvoluna əsaslanan triptixdir. Vaxtilə Azərbaycanda və İranda yayılmış bu ünsürlər, habelə fars dilində “atəşin keşikçiləri” mənasını verən “Azərbaycan” sözünün özü də zərdüştlüyün regionda bərqərar olunması ilə bağlı nişanələrdir. Boyalardan və rəngkarlıq texnikasından məharətlə istifadə edən rəssam uşaqlıqdan xatirələrində həkk olunan obrazları, özünəməxsus tarixi dərk etmə üsullarını və gündəlik həyatla bağlı müşahidələrini kətan üzərinə köçürür. Bu zaman o, hərəkət, enerji və mücərrədlik kimi məziyyətləri izhar edərək bəşəriyyətə məxsus və bəsirət gözü ilə görünən əlamətləri canlandırır.
Əli Bənisədrin ərsəyə gətirdiyi əsərlər bir çox dövlət muzeylərinin, o cümlədən Nyu-Yorkun “Metropoliten” İncəsənət Muzeyinin, Los Anceles Müasir İncəsənət Muzeyinin, “Saatçi” sərgi salonunun və Londonda yerləşən Britaniya Muzeyinin kolleksiyalarında saxlanılır.
Azərbaycanlı rəssam Əli Həsənov gündəlik istifadə etdiyimiz əşyalara yeni məna əta edir. Onun 2012-ci ildə yaratdığı “Sahiblər” adlı əsərində keçmiş sovet məkanında geniş yayılıb, təmizlik aləti olan yüzlərlə süpürgə bir-birilə birləşdirilərək heykəltəraşlıq kompozisiyanı təşkil edir.
Rəssam Taus Maxaçeva 2012-ci ildə Liverpul Biennalesində nümayiş olunan və Böyük İpək Yolunda yerləşən tərk edilmiş şəhər Qamsutl haqqında eyniadlı filmi təqdim edəcək. Filmin qəhrəmanı rəqs edərək hazırda qismən tərk edilmiş şəhərin görüntülərini tamaşaçının nəzərinə çatdırır.
“Slavyanlar və tatarlar” rəssamlar qrupunun 2012-ci ildə təbii ölçüdə yaratdığı “Molla Nəsrəddin-antimodernist” adlı heykəltəraşlıq əsəri XIII əsrdə yaşamış məşhur sufi filosofundan bəhs edir. Bu sənət əsəri həm böyüklər, həm də uşaqlar üçün müəyyən mənada “oyun meydançası” rolunu oynayır. Tamaşaçıların iştirakını nəzərdə tutan əsəri yaratmaqla, müəlliflər sadə yumor hisslərini işə salaraq, səxavət və iştirakçılıq kimi məziyyətləri bir daha vurğulamış olurlar. Bundan əlavə, XX əsrin əvvəllərinə aid Azərbaycanın satirik personajı Molla Nəsrəddin nəinki milli mənliyin formalaşmasına təsir edib, həmçinin mətbuatın gücünün nümayişinə müvəffəq olub. Yaratdıqları “Love Me, Love Me Not” instalyasiyada müəlliflər məsələnin ziddiyyətli mahiyyətini aşkar etmək məqsədilə ikinci dərəcəli məqamlardan imtina edirlər - bölgədə vaxtaşırı özünü biruzə verən təkamülü izhar edən və uşaqların bir-biri ilə dalaşmasına bənzəyən ənənələr uğrunda döyüş bütün nəhəng şəhərləri əhatə edir. Bu məsələ keçirilən sərginin əsas mövzusunu təşkil edir.
Azərbaycanın və qonşu ölkələrin rəssamlarının əsərlərini bir sərgidə toplayan “Love Me, Love Me Not” sərgisi qeyd olunan ölkələrin müasir incəsənətinə dair yeni baxışları təqdim edir.
Sərginin kataloqunun redaktorları kurator Dina Naseri-Xadivi və Fərəh Rəhim İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, yazıçı, “Bidoun Projects” nəşrinin baş redaktoru Nigar Əzimi, Nyu-York Şəhər Universitetinin aspirantı Monika Steynberq, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis, yazıçı Suad Qarayeva və “Slavyanlar və tatarlar” qrupu yaxından iştirak ediblər.
“Love Me, Love Me Not” Azərbaycanda müasir incəsənətin inkişafı və dəstəklənməsi ilə məşğul olan, qeyri-kommersiya əsaslarında fəaliyyət göstərən “YARAT” Müasir İncəsənət Məkanının layihəsidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16

