Azərbaycan ilə İran arasında turizm sahəsinin inkişafı üçün birgə işçi qrupu yaradıla bilər
27.04.2016 [10:07]
Azərbaycan ilə İran arasında turizm sahəsinin inkişafı məqsədilə birgə işçi qrupunun yaradılması nəzərdə tutulur. Məqsəd qarşılıqlı əməkdaşlığı və birgə fəaliyyəti daha da genişləndirməkdir.
AZƏRTAC xəbər verir ki, bu təklif Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan İran İslam Respublikasının vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər ilə aprelin 26-da keçirdiyi görüşdə səsləndirilib.
Nazir Ə.Qarayev Azərbaycan ilə İran arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkənin prezidentləri xalqlarımızın dostluğuna və bərabər yaşamasına çox böyük səy göstərirlər. Bunun üçün də biz bu siyasətdən istifadə edərək həm mədəniyyət, həm də turizm sahəsində birgə çalışmalıyıq ki, bizim bu əməkdaşlığımız bütün dünyaya nümunə olsun.
Ə.Qarayev deyib ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsinin məqsədi bu regionun və ölkələrin siyasətini, mədəniyyətini dünyada tanıtmaqdır: “Biz istəyirik ki, regionumuz və buradakı ölkələr bütün dünyada tanınsın və bilinsin ki, bura sülh, əmin-amanlıq, dostluq və əməkdaşlıq diyarıdır”.
O, iranlı həmkarına BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakına görə təşəkkürünü bildirib.
İranın vitse-prezidenti, Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Məsud Soltanifər deyib ki, İran Prezidenti Həsən Ruhani hakimiyyətə gəldiyi dövrdən ötən müddətdə ölkələrimiz arasındakı əlaqələr inkişaf edib. Bu müddətdə iki ölkənin prezidentləri ən azı 6 dəfə görüşüblər. İranda Azərbaycan ilə əməkdaşlığı davam etdirmək üçün böyük iradə var.
M.Soltanifər qeyd edib ki, ildən-ilə İran ilə Azərbaycan arasında turistlərin gediş-gəlişinin sayı artır. İranda mədəni və tarixi yerləri sayı çoxdur. Biz çox istərdik ki, ən yaxşı xidmətimizi məhz azərbaycanlı turistlərə göstərək. İran xalqı da Azərbaycana gəlməkdə maraqlıdır. Ötən Novruz bayramında İrandan Azərbaycana 50 min turist səfər edib.
“İran və Azərbaycanın gəliri neftlə bağlıdır və hazırda neftin qiyməti ucuzlaşır. Məqsədimiz neftin ən böyük alternativi olan turizm sahəsini inkişaf etdirməkdir”, - deyə İranın vitse-prezidenti qeyd edib.
Görüşdə iki ölkə arasındakı mövcud əlaqələr, əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

