Heydər Əliyev Mərkəzində “İpək Yolu Odisseyi” sərgisi açılıb
27.10.2017 [10:12]
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Hennessy X.O İpək Yolu Odisseyi” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən “Hennessy Evi”nin prezidenti Bernard Peiyon tarixi İpək Yolu ilə bağlı layihənin unikal memarlıq nümunəsi olan Heydər Əliyev Mərkəzində təşkili üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
“Bu günün tarixçəsi İpək Yolundan başlayır. Böyük İpək Yolu 2000 ilə yaxındır ki, insanları, dəyərləri birləşdirir, insanları bir-birinə yaxın edir”, - deyən B.Peiyon qeyd edib ki, 7 müxtəlif ölkə, 7 müxtəlif şəhərdən olan 7 müxtəlif rəssam bu dəfə İpək Yolunu fərqli baxışlardan göstərməyə çalışıb.
Sərginin kuratoru, beynəlxalq incəsənət eksperti Erve Mikaelof 10 ilə yaxındır Heydər Əliyev Fondu ilə əməkdaşlıq etdiyini xatırladıb. O, ötən müddətdə reallaşan bir sıra layihələr çərçivəsində Heydər Əliyev Mərkəzi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Azərbaycan rəssamlarının Heydər Əliyev Fondunun sayəsində ölkənin müasir incəsənətini dünyada uğurla tanıtdığını deyən Erve Mikaelof görülmüş bütün bu işlərə görə Fondun prezidenti Mehriban Əliyevaya və vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib.
İnsanlar və mədəniyyətləri birləşdirən “İpək Yolu Odisseyi”ndə təmsil olunan Rəşad Ələkbərov bu layihənin maraqlı anlarla və təcrübələrlə yadda qaldığını deyib. “Regiona uyğun təbii materiallarla işləməyimiz də bizim üçün maraqlı idi”, - deyə Rəşad Ələkbərov vurğulayıb.
Qeyd edək ki, “Hennessy X.O” və “National Geographic” jurnalının təqdim etdiyi “İpək Yolu Odisseyi” Fransanın Konyak əyalətindən başlayıb. Bu yaddaqalan anları yaşamaq üçün Hennessy şirkətinin doğma şəhərinə dəvət olunmuş “İpək Yolu Odisseyi”nin 7 iştirakçı rəssamı 7 orijinal sənət əsəri yaradıb.
Burçak Bingöl (İstanbul), Roko İremaşvili (Tbilisi), Rəşad Ələkbərov (Bakı), Vyaçeslav Useynov (Daşkənd), Viktor Sirnev (Bişkek), Asxat Axmedyarov (Astana) və Yin Xiuzhenin (Pekin) əsərləri oktyabrın 25-dən etibarən iki həftə ərzində Heydər Əliyev Mərkəzində təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

