ICOM Azərbaycan Milli Komitəsinin 25 illiyi qeyd edilib
16.12.2017 [00:51]
Dekabrın 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “ICOM Azərbaycan Milli Komitəsi - 25” çərçivəsində illik plenar konfrans keçirilib.
Tədbirdə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsinin sədri, Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova çıxış edərək komitənin 25 illik fəaliyyəti barədə məlumat verib. Postsovet məkanında ilk milli komitənin məhz Azərbaycanda yaradıldığını vurğulayan Şirin Məlikova 1993-1996-cı illərdə 10 nəfər həqiqi üzvü olan qurumun hazırda 106 nəfər fərdi və bir institusional üzvü olduğunu diqqətə çatdırıb. Onların 43 muzeyi, o cümlədən Bakıda 30, regionlarda 13 muzeyi və 14 digər təşkilatı təmsil etdiyini də bildirib. O, Milli Komitənin əsas vəzifələrinin muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək və xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarət olduğunu nəzərə çatdırıb.
Milli Komitənin prioritet işlərindən biri silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir. Şirin Məlikova bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi işğal olunub. Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, bu ərazilərdə Azərbaycan xalqının milli mənəvi irsi, mədəni abidələrimiz erməni vandalizminin qurbanı olub.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konfransın işinə və Milli Komitənin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə muzey işinin təşkili istiqamətində görülən işlərdən danışaraq turizmin inkişafında muzeylərin əhəmiyyətini vurğulayıb.
“İçərişəhər” tarix muzeyinin direktoru Cavid Kazımov isə çıxışında İçərişəhərdə 10-a yaxın muzeyin fəaliyyət göstərdiyini, gələcəkdə yeni muzeylərin açılmasının zəruriliyini qeyd edib.
Konfransda ICOM-un prezidenti Suay Aksoyun və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun təbrik məktubu oxunub.
Sonra ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş saytının təqdimatı olub. Komitənin fəal üzvləri diplomlarla təltif ediliblər.
Plenar iclasdan sonra konfrans öz işini davam etdirib.
Müşfiqə
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

