Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılışı olub
20.12.2017 [09:51]
Dünyanın ən böyük macəra və ekstremal idman fotosərgisi “Red Bull Illume” beynəlxalq turne çərçivəsində ilk dəfə Bakı şəhərində təqdim olunur.
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Red Bull Illume” fotosərgisinin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov bildirib ki, bu gözəl parkda indiyədək bir sıra beynəlxalq tədbirlər keçirilib. Bu tədbirlərin sırasında “Səməni”, “Küknar” sərgiləri və “Çərpələng” beynəlxalq festivalını xüsusi qeyd etmək olar. Bu gün açılan “Red Bull Illume” sərgisi dünyada maraqla qarşılanır və Çikaqodan, Torontodan, Zalsburqdan sonra Azərbaycanın paytaxtında keçirilir. Bakıdan sonra isə bu sərgi Tokioda təşkil olunacaq.
Tədbirdə iştirak edən “Red Bull Illume” layihəsinin rəhbəri Ulriş Qril deyib ki, bu gün Bakıda 55 ən yaxşı macəra və idmana aid fotoşəklin təqdim olunması bizim üçün böyük şərəfdir. Heydər Əliyev Mərkəzinin parkında bir aya yaxın müddətdə fəaliyyət göstərəcək bu sərginin böyük uğur qazanacağına inandığını bildirən Ulriş Qril qeyd edib ki, bu, “Red Bull Illume”nin Azərbaycanda ilk dayanacağıdır. O, Bakı turunun unudulmaz bir sərgi kimi yaddaşlara həkk olunacağına əminliyini ifadə edib.
Sərgidə işıqlandırma mövzusuna uyğun olaraq “Image Quest 2016”nın finalçı 55 fotoşəkli işıq qutuları üzərində nümayiş olunur.
Fotomüsabiqədə, həmçinin bu ilin noyabrında Azərbaycanda keçirilən milli mobil müsabiqədə iştirak edən və qalib gələn 5 fotoşəkil yer alıb.
Müsabiqənin birinci yerinin sahibi Fərman Lazımova, finalçılar Emin Əlizadəyə və Leyla Fətəliyevaya hədiyyələr təqdim olunub.
Sərgi 2018-ci il yanvarın 15-dək paytaxt sakinləri və qonaqlar üçün açıq olacaq. Girişin hər kəsə sərbəst olduğu sərgi çərçivəsində həftəsonları əlavə əyləncəli proqramlar da təşkil ediləcək.
Xatırladaq ki, “Red Bull Illume” macəra və idman növlərinə həsr edilən ən böyük beynəlxalq fotomüsabiqədir. Ən yaradıcı və həyəcanverici fotoşəkilləri nadir incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin məqsədi idman və macəranı təşviq etməkdir. 2016-cı ildə isə müsabiqəyə yeni “Mobil” kateqoriya əlavə olunub.
“Red Bull Illume Image Quest 2016”ya 120 ölkədən 5645 fotoqrafın rekord sayda - 34624 fotoşəkli təqdim edilib. “Red Bull Illume” qaliblərinin ABŞ-ın Çikaqo şəhərində keçirilən mükafatlandırma mərasimində 53 fotoredaktordan ibarət münsiflər heyəti 55 finalçını, 11 kateqoriya üzrə qalibi və 1 ümumi qalibi müəyyən edib. Müsabiqədə alman fotoqraf Lorenz Holder atlet Senad Qrosikin payızda Almaniyada körpü üzərində “BMX” velosipedi sürdüyü zaman çəkdiyi şəkillə ikinci dəfə qalib olub.
Sərginin açılış mərasimi Əməkdar artist Tünzalə Ağayevanın və digər sənətçilərin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

