Fevral ayı mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq
03.02.2018 [01:03]
Paytaxtımızın teatr və konsert salonları bir-birindən rəngarəng repertuarlarla tamaşaçıların görüşünə gəlməyə hazırlaşır
Bu gün inkişafına görə dünyanın paytaxt şəhərləri arasında özünəməxsus yerə malik olan Bakı, eyni zamanda, mədəni-kütləvi tədbirlərin keçirildiyi məkan kimi tanınır. Həmin tədbirlər isə istər yerli sakinlərin, istərsə də paytaxtımıza gələn qonaqların öz asudə vaxtlarını maraqlı keçirmələrinə imkan yaradır. Bu baxımdan fevral ayı da istisna deyil. Belə ki, yenicə qədəm qoyduğumuz ay da mədəni-kütləvi tədbirlər baxımından zəngin olacaq. Daha doğrusu, ayrı-ayrı teatr və konsert salonlarımız ay ərzində tamaşaçılara maraqlı repertuarlar vəd edir.
Heydər Əliyev Sarayında tamaşaçıları maraqlı proqram gözləyir
Heydər Əliyev Sarayı tamaşaçılar üçün zəngin repertuar hazırlayıb. Sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəczadənin verdiyi məlumata görə, fevralın 4-də Azərbaycan və Gürcüstan rəqs kollektivinin təqdimatında “Dünya xalqlarının rəqsləri” adlı tədbir keçiriləcək. Bununla yanaşı, fevralın 17-də dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Mətbuat xidmətindən o da bildirilib ki, mədəniyyət ocağında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq. Fevralın 21-də baş tutacaq tədbirdə respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçıların iştirakı nəzərdə tutulub. Yubiley gecəsində tamaşaçılara musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri təqdim ediləcək.
Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayev anılacaq
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası da musiqi həvəskarlarını bir sıra maraqlı konsert proqramları ilə sevindirməkdə davam edəcək. Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi çərçivəsində konsert proqramları təqdim olunacaq. Bildirilib ki, konsertlər Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək. İlk konsert proqramı fevralın 5-də baş tutacaq. Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Əməkdar incəsənət xadimi Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Yeri gəlmişkən, görkəmli bəstəkarın 100 illik yubileyi münasibətilə Nijni Novqorod Filarmoniyasında da konsert keçiriləcək. Fevralın 5-də baş tutacaq konsertdə bəstəkarın oğlu Fərəc Qarayevin fortepiano üçün 2 nömrəli sonatası səsləndiriləcək.
Akademik Milli Dram Teatrının 145-ci alqış mövsümündə tamaşaçıları zəngin və maraqlı repertuarlar gözləyir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti də şəhərimizin sakinlərinə və qonaqlara bir-birindən maraqlı və zəngin proqram vəd edir. Qurumun mətbuat xidmətinin rəhbəri Cavid Zeynallının sözlərinə görə, günümüzün aktual məsələlərinə cavab aramaq, müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə qocaman kollektiv repertuar tərtibi zamanı dəyərli sənət əsərlərinə müraciət ediblər.
Belə ki, bu həftəsonu teatrsevərlərə “Qürbətdən gələn məktublar”, görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında hazırlanmış “Qətibə İnanc” və milli teatr tariximizdə dönüş yaradan “Ölülər” səhnə əsərləri təqdim olunacaq. Haqqında bəhs etdiyimiz sənət ocağının tamaşaçılarına “Cəhənnəm sakinləri”, “Buzlar ölkəsi” tamaşaları ilə yanaşı, “Anamın kitabı” və “Almaz” adlı sənət inciləri də təqdim olunacaq.
Opera və Balet Teatrında ilin ilk premyerası “Qoyya!” olacaq
2018-ci ilin ilk ayı aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı fəaliyyətində klassik əsərlərin ən parlaq nümunələri, operaları, qastrol səfərləri, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunmuş məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qalıb. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevadan aldığımız məlumata görə, yaradıcı heyət son sürət ilin ilk səhnə əsərinin premyerasına hazırlaşır. Bildirilib ki, Qara Qarayev və Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti fevralın 3-də ictimaiyyətə təqdim olunacaq. Baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalının bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.
Mübaliğəsiz demək olar ki, 109-cu teatr mövsümünü uğurla davam etdirən mədəniyyət ocağında bu gün də sağlam yaradıcılıq ab-havası hökm sürməkdədir. Belə ki, illərdir teatrın repertuarında özünəməxsus yer almış “Əsli və Kərəm”, “Şəhrizad” və “Min bir gecə” kimi operalar bu ay da operasevərlərin ixtiyarına veriləcək.
Çağdaş aktyor nəslinin formalaşmasında misilsiz xidmətləri olan Gənc Tamaşaçılar Teatrı zəngin repertuar hazırlayıb
Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı fevral ayında bir-birindən maraqlı, mövzu və məzmunca fərqli səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək. Belə ki, sözügedən teatr bu günlərdə qonaqlarını sevimli sənətçilər ilə görüşdürməklə bərabər, həm də düşündürücü, dərin, psixoloji məqamlarla dolu tamaşaları təqdim etməyi planlaşdırır. Qurumun mətbuat xidmətinin rəhbəri Lalə Azərinin verdiyi məlumata görə, bu həftəsonu sənət ocağına üz tutan tamaşaçılar üçün Azərbaycan teatrının yaradıcılarından biri olan Mirzə Fətəli Axundzadənin müəllifi olduğu “Hekayəti - Xırs-quldurbasan” komediyasının motivləri əsasında hazırlanmış tamaşa təqdim olunacaq. Sarkazmla yoğrulmuş bu komediyada Pərzadın sevgisini “qazanmaq” üçün karvan soymağa çıxan qorxaq Tarverdinin başına gələn hadisələrin şahidi olacaqsınız.
Təkcə istedadlı yazıçı-dramaturq kimi deyil, həm də ilk teatr dirijoru, incəsənət təşkilatçısı kimi adı Azərbaycan tarixinə düşən Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povesti əsasında hazırlanmış eyniadlı tamaşa isə fevralın 18-də nümayiş olunacaq.
Uşaqlarda teatra sevgi və məhəbbət oyadan Kukla Teatrı
Zəngin kukla teatrı ənənəmizin davamçısı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da öz fevral repertuarını hazırlayıb. Teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmovanın sözlərinə görə, daim axtarışda olan teatrın yaradıcılıq planına “Cırtdan” (M.Seyidzadə), “Qoçaq Əhməd” (T.Ağayev), “Tıq-tıq və Taq-taqın nağılı”(A.Şaiq), “Durna balığı” (Rus xalq nağılı), “Turp” (Rus xalq nağılı), “Qoğal” (Rus xalq nağılı), “Karlson” (A.Lindqren), “Göyçək Fatma” (K.Ağayeva) və başqa tamaşalar daxil edilib.
Bir sözlə, uşaqlarda teatra sevgi və məhəbbət oyatmaq missiyasını daşıyan sənət ocağı buaykı repertuarında da Azərbaycanın tarixi, ədəbiyyatı və nağıllarının təbliğinə xüsusi önəm verib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

