Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Türkiyə-Azərbaycan Biznes Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq əlaqələri genişlənir

Türkiyə-Azərbaycan Biznes Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq əlaqələri genişlənir

03.03.2018 [01:08]

Martın 2-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Selçuk Akat ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türkdilli xalqların tarixinin, mədəniyyətinin mühafizəsi, təşviqi istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib.
G.Əfəndiyeva, həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yenicə fəaliyyətə başlamağına baxmayaraq, türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən, xarici ölkələrdə təşkil etdiyi konfrans və seminarlardan söz açıb.
S.Akat, öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların mədəniyyətlərinin mühafizəsi və təbliği istiqamətində gördüyü işlərdən məlumatlı olduğunu və Fondun bu səylərini yüksək qiymətləndirdiyini qeyd edib.
Fondun fəaliyyətinin bütövlükdə türk dünyası üçün əhəmiyyətinə toxunan S.Akat rəhbəri olduğu Türkiyə-Azərbaycan Biznes Şurasının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə gələcək uğurlu əməkdaşlığına inamını ifadə edib.
Görüşdə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

Paylaş:
Baxılıb: 1241 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30