Daşkənddə Səttar Bəhlulzadənin sərgisi açılıb
19.09.2009 [14:01]
Sərginin açılış mərasiminə özbəkistanın dövlət idarələrinin, ictimai təşkilatların rəhbərləri, mədəniyyət xadimləri, Daşkənddə akkreditə olunmuş səfirliklərin və xarici nümayəndəliklərin rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və Azərbaycan diasporunun fəalları dəvət olunublar. Təxminən 100-ə yaxın qonağın gəldiyi tədbirdə fəxri qonaq qismində özbəkistan Respublikasının mədəniyyət və idman naziri A.Cabbarov, özbəkistanın xarici ölkələrlə dostluq və mədəni-maarif əlaqələrinin cəmiyyətləri şurasının sədri akademik S.Qulyamov, YUNESKO Mərkəzi Asiya Tədqiqatlar Beynəlxaq İnstitutunun direktoru Ş.Mustafayev iştirak ediblər.
Tədbiri giriş sözü ilə özbəkistan Rəssamlıq Akademiyasının sədri Tursunali Kuziyev açaraq, sərginin 1991-ci ildən sonra özbəkistanda Azərbaycan rəssamının ilk irimiqyaslı sərgisi olduğunu, bundan sonra da belə tədbirlərin davamlı olacağını vurğulayıb. O, Azərbaycan-özbəkistan mədəni əlaqələrindən söhbət açaraq, belə müştərək təbdirlərin dəyərli olduğunu qeyd edib.
Səfirlik adından çıxış edən Azərbaycan Respublikasının özbəkistan Respublikasındakı Müvəqqəti işlər vəkili, müşavir Akif Əliyev Azərbaycan- özbəkistan əlaqələrinin genişlənməsində mədəni tədbilərin rolu və yeri, sərginin “Azərbaycan Respublikası ilə özbəkistan Respublikası arasında humanitar sahədə əməkdaşlıq barədə Saziş” çərçivəsində ilk irimiqyaslı tədbir olmasından danışıb. O, Azərbaycan mədəniyyətinin təbliği işində rəssam S.Bəhlulzadənin 100 illik yubileyinin YUNESKO xətti ilə qeyd olunmasının vacibliyini vurğulayıb. A.Əliyev belə sərgilərin iki qardaş xalqa bir-birinin təsviri sənət tarixi, müasir dövrdə incəsənətdəki yeni cərəyanlarla tanış olmaq, incəsənət nümunələrinə sadəcə kataloq və internet saytları vasitəsilə deyil, vahid zaman və məkan çərçivəsində tamaşa etmək imkanı verdiyini söyləyib. A.Əliyev qeyd edib ki, tədbir 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin özbəkistana və 2008-ci ildə özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi dövlət səfərləri zamanı ölkələrimiz arasında imzalanmış humanitar sahədə əməkdaşlıq barədə Saziş çərçivəsində həyata keçirilir. O, həmçinin, özbəkistan Bədii Akademiyasının rəhbərliyinə hərtərəfli dəstəyə görə öz təşəkkürünü bildirib.
Daşkənddə Azərbaycan diasporunun fəallarından olan rəssam-dizayner Zaur Mansurov çıxışında S.Bəhlulzadənin yaradıcılığı, Azərbaycan hökumətinin rəssamın sənətinə verdiyi yüksək qiymət barədə müfəssəl məlumat verib. O, S.Bəhlulzadənin dünya incəsənətinə verdiyi töhfə barədə geniş nitq söyləyib.
Rəssamın ailə üzvü P.Abdinova S.Bəhlulzadənin həyatı, ondan miras qalan əsərlərin yaradılması tarixindən danışıb. O, Səttar Bəhlulzadənin həyat və yaradıcılığının öyrənilməsində onun gündəliklərinin əhəmiyyətindən söhbət açaraq deyib ki, rəssam hələ tələbəlik illərində yazmağa başladığı gündəliklərində öz gördükləri və düşündüklərini əks etdirmiş, bir çox səhifələrində qələm və flomasterlərlə eskizlər çəkmişdir. Rəssamın dünyagörüşünün öyrənilməsində onun gündəliklərinin böyük rolu var.
çıxışlardan sonra yazıçı Anarın ssenari müəllifi olduğu və rəssamın sağlığında çəkilmiş “Bu, Səttar Bəhlulzadədir” sənədli filmi nümayiş olunub. Filmin süjet xəttinin orijinallığı tədbir iştirakçılarının marağına səbəb olub.
Sərgiyə marağın artırılması, geniş ictimaiyyətə rəssam barədə ətraflı məlumatın verilməsi məqsədi ilə tədbir iştirakçılarına səfirlik tərəfindən hazırlanmış rəngli bukletlər paylanıb.
Qeyd etmək lazımdır ki, Daşkənd əhalisi və şəhərin qonaqları arasında sərgiyə marağın artırılması məqsədi ilə səfirlik tərəfindən müxtəlif xarakterli təbliğat işləri aparılıb, o cümlədən, şəhərin müxtəlif yerlərində poster və banner hazırlanıb.
Sentyabrın 20-dək davam edəcək sərgidə rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid rəngkarlıq və qrafik əsərlərinin reproduksiyaları nümayiş olunur. Nümayiş olunan “Nardaran”, “Pirşağı qumu”, “Naxçıvan xatirələri”, “Leyli”, “Dağlar və buludlar”, “Qara tut ağacı”, “Güllər və meyvələr” və başqa əsərlər S.Bəhlulzadənin yaradıcılığını tam xarakterizə etməsə də, rəssamın dəst-xətti, üslubu haqqında məlumat verir. Sərgidə nümayiş olunan rəsm əsərlərindən başqa bir neçə stend hazırlanıb. Stendlərin biri rəssamın gənclik illərində həmkarları ilə birlikdə etüd zamanı çəkilmiş fotolarından ibarət idi. Digər stenddə Bəhlulzadə yaradıcılığının şah əsərlərinin fotoları nümayiş olunurdu. Tanınmış rəssamı təsvir edən rəsm və heykəllərin fotoşəkillərindən ibarət “Səttar Bəhlulzadə müasirlərin gözü ilə” stendi böyük maraq doğurub.
Pərzad ABDİNOVA,
Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23

