Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb
24.05.2018 [09:36]
Mayın 23-də İçərişəhərdəki “Ədibin Evi”ndə Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə müasir Azərbaycan ədəbi prosesinin və hekayə janrının inkişafına təkan vermək məqsədilə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Yazıçısı, müsabiqənin münsiflər heyətinin sədri Elçin görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda olan bədii əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, böyük maraq doğurur.
Elçin qeyd edib ki, ictimai fikrin formalaşmasında və inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatının klassiklərindən biridir, böyük əsərlər, romanlar yazmasına baxmayaraq, hekayə janrı onun yaradıcılığında mühüm yer tutur. “Ədəbiyyatımızda hekayə janrının ötən əsrin ortalarında tam şəkildə formalaşmasında, aparıcı janrlarından birinə çevrilməsində görkəmli ədibin xüsusi rolu olub. Bu rol ikili səciyyə daşıyırdı. Mir Cəlal müəllim bir tərəfdən ədəbiyyatşünas alim kimi hekayə janrının mahiyyətini, xüsusiyyətlərini açıb göstərir, onun tədqiqi və təbliği ilə məşğul olurdusa, digər tərəfdən, özü hekayələr yazırdı. Bu mənada yazıçı hekayə janrının yüksək bədii-estetik səviyyəyə çatmasında mühüm rol oynayıb”, - deyə Elçin vurğulayıb.
Ədəbi mühit barədə fikirlərini bölüşən münsiflər heyətinin sədri müsabiqəyə təqdim olunan hekayələrin ölkəmizdə bu janra olan maraqdan xəbər verdiyini qeyd edib, gənclərin dünyagörüşünün genişlənməsi və yaradıcılıq qabiliyyətinin püxtələşməsində mütaliənin böyük rolundan söz açıb.
“Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli məlumat verib ki, bu müsabiqədə yaş fərqi qoyulmasa da, iştirak edənlərin əksəriyyətini gənclər təşkil edib. Səkkiz ay davam edən müsabiqəyə altı dildə 389 hekayə, o cümlədən bölgələrdən 15 hekayə təqdim olunub. Müsabiqə iştirakçıları arasında 165 məktəbli, habelə 20 əcnəbi vətəndaş var. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilib.
Sonra müsabiqənin qaliblərinə diplom və pul mükafatı təqdim olunub. İki nəfər ikinci, altı nəfər isə üçüncü yerə layiq görülüb. Qaliblər arasında ölkəmizin tanınmış qələm sahibləri ilə yanaşı, bu sahədə yeni addım atan gənclər, hətta məktəblilər də yer alıb.
Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət” telekanalının direktor müavini, Əməkdar İncəsənət Xadimi İlham Rəhimli, Xalq Şairi Nəriman Həsənzadə, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid görkəmli yazıçı Mir Cəlalın alim və müəllim kimi şəxsi keyfiyyətlərindən, yaradıcılığının özünəməxsusluğundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, müsabiqəyə təqdim edilən 389 hekayənin hər biri böyük sevgi ilə yazılıb və gənclərin hekayə janrına müraciət etmələri onların ədəbiyyata, mütaliəyə olan marağından irəli gəlir.
Alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Bu cür tədbirlərin milli-mənəvi dəyərlərin qorunmasına, ədəbi mühitin formalaşmasına müsbət təsiri olduğunu vurğulayıb.
Görkəmli yazıçının oğlu, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev belə müsabiqələrin mütəmadi keçirilməsini təklif edib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

