Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Formula 1 / Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

22.09.2026 [15:56]

Gələn mövsümdən etibarən Formula 1 üzrə dünya çempionatında yarışların məsafəsi 15 kilometr qısaldılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara əsasən, pilotlar əvvəlki 305 kilometr əvəzinə 290 kilometr məsafə qət edəcəklər. Bu dəyişiklik yarışların iki-üç dövrə qısalmasına səbəb olacaq.

Bundan əlavə, yarışın ümumi müddətinə tətbiq olunan üç saatlıq məhdudiyyət ləğv ediləcək. Bununla belə, yarışın startdan etibarən iki saatdan çox davam etməsinə icazə verilməyəcək.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30