Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
20.09.2018 [09:07]
Sentyabrın 19-da Muzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafındakı xidmətlərinə görə təltif olunmuş mədəniyyət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb.
Bildirib ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Nazir deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində dövlət başçısı tərəfindən bir sıra mədəniyyət xadimlərinin mükafatlandırılması onların əməyinin daim diqqətdə olmasına işarədir. Verilən hər bir mükafatın arxasında sənət adamlarının fədakar əməyi dayanır. Dövlətimiz hər zaman mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb və incəsənət sahəsində çalışan insanların fəxri adla təltif edilməsi ənənə halına çevrilib.
Ə.Qarayev deyib: “1996-cı ildə fəxri adların verilməsi ilə bağlı məsələ müzakirə edilərkən Ulu öndər deyirdi ki, sənət adamlarına fəxri adın verilməsi o qədər maddi əhəmiyyət kəsb etməsə də, yaradıcı insanların cəmiyyətdə mövqeyində mühüm amildir. Çünki incəsənət xadimləri cəmiyyətin mədəni dünyasının zənginləşməsində, təfəkkürün formalaşmasında əməyi olan şəxslərdir. Bu gün yaradıcı insanlara fəxri adlarla bərabər müxtəlif orden və medallar, təqaüd və mükafatlar verilir. Bütün bunlar sənət adamlarının əməyinə, həm də mədəniyyətimizə göstərilən diqqətdir”.
Ölkəmizdə bu gün çoxsaylı beynəlxalq tədbirlərin reallaşdığını söyləyən nazir diqqətə çatdırıb ki, bu tədbirlər bir daha Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir. Musiqi sənətimiz dünya səviyyəsində tanınır, təbliğ olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan qayğısı sayəsində mümkün olub. Hazırda Azərbaycanın bir sıra mədəni irs nümunəsi UNESCO-nun müxtəlif siyahılarına daxil edilib.
“Bu gün təqdimatda iştirak edən mədəniyyət xadimlərimizin sırasında musiqi, kino, rəssamlıq, muzey və digər sahələri əhatə edən şəxslər iştirak edir. Hesab edirəm ki, bu müxtəliflik ondan xəbər verir ki, Azərbaycan mədəniyyəti kompleks şəkildə inkişafdadır. Bu səbəbdən də bütün sənət adamları adından ölkə rəhbərliyinə bu diqqət və qayğıya görə təşəkkür edirik. Mədəniyyətin inkişafı fərdlərin fəaliyyətindən asılıdır. İnanıram ki, bu sahədə çalışan hər bir şəxs bundan sonra da böyük həvəs və vicdanla mədəniyyətimizə töhfələrini verəcək”, - deyə nazir vurğulayıb.
Sonra mükafatlar sahiblərinə təqdim edilib.
Xalq artistləri Oqtay Mirqasımov və Rasim Balayevə “Şərəf” ordeni, Əməkdar incəsənət xadimi, rejissor Rafiq Quliyev, professor Məhərrəm Qasımlı, Xalq rəssamı Natiq Əliyev və Xalq artisti Ramiz Əzizbəyliyə “Şöhrət” ordeni təqdim edilib. Əməkdar incəsənət xadimi Cəmil Quliyevə isə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni təqdim olunub.
Mükafata layiq görülənlər çıxışlarında ölkə rəhbərliyinə yaradıcılıqlarına göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.
Xalq artisti adına layiq görülən Abduləhəd Mahmudov, Xalq rəssamları fəxri adı ilə təltif edilən Arif Əzizov, Sakit Məmmədov milli-mənəvi dəyərlərə verdikləri qiymətə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Vurğulanıb ki, mədəniyyətimizi yaşadıb inkişaf etdirən insanların əməyinə verilən qiymət mədəniyyət və incəsənətimizin sabaha daha inamla addımlamasına təkan verən məqamdır.
Sonda nazir Əbülfəs Qarayev mədəniyyət xadimlərinin yaradıcı əməyinin qiymətləndirilməsi ilə yanaşı, bu sahəyə aid dövlət proqramlarının qəbul edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı məsələlərin uğurla davam etdirildiyini və bu sahənin daim dövlətin və ictimaiyyətin diqqətində olduğunu vurğulayıb, ölkəmizin tərəqqisi və mədəniyyətimizin təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24

