/ / Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılışı olub
Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılışı olub
29.09.2018 [10:34]
Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, görkəmli mədəniyyət xadimlərinin, eləcə də musiqisevərlərin qatıldıqları açılış konsertində Nəsimi yaradıcılığından nümunələr təqdim olunub.
Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” və İsmayıl Hacıbəyovun “Memorial” əsərlərindən parçalar təqdim edib.
Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusufun çıxışı gecəyə xüsusi rəng qatıb. İfalarında Şərqlə Qərbin vəhdətini yaratmış Sami Yusuf ən populyar musiqilərini səsləndirməklə yanaşı, festivalın əhəmiyyətini vurğulayıb, təşkilatçılara minnətdarlığını bildirib, Nəsimi şeiriyyətinin əbədiyaşarlığından danışıb. Nəsimiyə həsr etdiyi kompozisiya və onun ifasında Azərbaycan xalq mahnısı “Sarı gəlin” alqışlarla qarşılanıb.
Gecədə, həmçinin Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısını təqdim edib.
Heydər Əliyev Mərkəzində təşkil olunan gecədə Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı xüsusi layihə ilə çıxış edib. Ansamblın repertuarı XIV-XV əsrlər görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri əsasında müasir bəstəkarların yeni kompozisiyalarından ibarət olub.
Qeyd edək ki, festivala sentyabrın 30-da yekun vurulacaq.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44

