Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan ilə Rusiya arasında birgə bəyanat imzalanıb

VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində Azərbaycan ilə Rusiya arasında birgə bəyanat imzalanıb

17.11.2018 [10:36]

Noyabrın 16-da mədəniyyət naziri Əbülfəs Qarayevlə Rusiyanın mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə forumda “fəxri qonaq ölkə” statusunda təmsil olunması haqqında birgə bəyanat imzalayıblar.
VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumu çərçivəsində reallaşan imzalanma mərasimində iştirak edən Rusiya Federasiyası hökumət sədrinin müavini Olqa Qolodets və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin hər iki ölkənin mədəniyyət nazirləri çıxış edərək ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, “fəxri qonaq ölkə” statusu forum müddətində müxtəlif tədbirlər keçirməklə ölkəmizin mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır.
Sonra Əbülfəs Qarayev Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitaliy Romanov ilə görüşüb.
Forumun ikinci günü Ə.Qarayev “Kreativ mühit və urbanistika” mövzusunda plenar iclasda, Asif Xanın müasir arxitektura cərəyanlar mövzusunda mühazirəsində və digər sessiyalarda iştirak edib.
Forum noyabrın 18-dək davam edəcək.

Paylaş:
Baxılıb: 1175 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30