Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq

Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq

27.04.2019 [09:50]

Mayın 10-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə konsert proqramı və musiqili atəşfəşanlıq təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert proqramında “Rast” qrupu və Rusiyanın “S-BROTHER-S” DJ layihəsi çıxış edəcək.
Konsertin sonunda isə musiqili atəşfəşanlıq şousu olacaq. Pirotexnik şou Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev və Müslüm Maqomayevin əsərlərinin sədaları altında təqdim ediləcək.
Tədbirə giriş sərbəstdir.
Qeyd edək ki, “Rast” qrupu 1993-cü ildə yaradılıb, bədii rəhbəri Azərbaycanın Əməkdar artisti Rəşad Haşımovdur. Pop, rok, caz və milli musiqi janrlarının sintezi qrupa böyük tamaşaçı auditoriyası qazandırıb. ABŞ, Almaniya, Böyük Britaniya, Rusiya, Sinqapur, Türkiyə, İsveçrə, Mərakeş və digər ölkələrdə çıxış edib.
“S-BROTHER-S” rusiyalı əkiz qardaş - Ruslan və Sergey Smirnovlardan ibarət unikal DJ layihəsidir. 2008-ci ildən bütün Rusiyanı gəzib, Portuqaliyadan Çinədək bir çox ölkələrdə qastrollarda olub. “S-BROTHER-S” çılğın enerjisi, özünəməxus üslubu və səhnədəki ekspressiv təqdimatı ilə məşhurluq qazanıb.

Paylaş:
Baxılıb: 1164 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30