Xalq yazıçısı Elçinin Almaniyada yeni kitabları işıq üzü görüb
12.06.2019 [09:27]
Xalq yazıçısı Elçinin dramaturgiyası xarici ölkələrin teatrlarında tez-tez tamaşaya qoyulur və get-gedə beynəlxalq səviyyədə daha geniş miqyaslı populyarlıq əldə edir. Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq və başqa şəhərlərin teatrlarında hazırlanmış tamaşalar rəğbətlə qarşılanaraq müasir dramaturgiyanın uğurları kimi qiymətləndirilib. “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Vitin yazdığı müzikl isə Cənubi Koreyada, Seul Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.
AZƏRTAC xəbər verir ki, bu günlərdə Almaniyada “Pemverlaq” nəşriyyatı Xalq yazıçısının “Pyeslər” (“Teatr oyunları”) kitabını nəfis şəkildə nəşr edib. Kitaba ədibin məşhur “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” tragikomediyaları daxildir. Pyesləri orijinaldan alman dilinə türkoloq K.H.Kiel tərcümə edib. Maraqlı cəhət odur ki, nəşriyyat həmin pyesləri, eyni zamanda, türk dilində də ayrıca kitab kimi nəşr edib. Əsərlər türk dilinə doktor Orxan Araz tərəfindən tərcümə olunub. O.Araz kitabı oxuculara təqdim edərək yazır: “Dünyaca tanınmış yazar Elçin, sadəcə çağdaş dövrümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.
Qeyd etmək lazımdır ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxşı tanışdırlar. Almaniyada onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları, eləcə də, povest və hekayələri nəşr edilib. “Pyeslər” onun Almaniyada nəşr olunmuş səkkizinci kitabıdır.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

