Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
16.07.2019 [09:50]
Heydər Əliyev Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı ilə dünya şəhəri adlandırılan Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı “Dəniz Vağzalı” (Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış ediblər.
Anar Ələkbərov Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması istiqamətində verdiyi töhfələrdən, Fondun müxtəlif ölkələrdə, eləcə də Fransada həyata keçirdiyi irimiqyaslı humanitar, sosial layihələrdən və tarixi abidələrin restavrasiyasına verdiyi töhfələrdən danışıb. İcraçı direktor Azərbaycan xalçaçılıq məktəbinə, onun tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət daşıdığını qeyd edib.
“Bir neçə gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Sessiyada ölkəmiz üçün çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün Kann şəhərində təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi təqdim olunur. Fondun iki ildən çox müddətdəki zəhmətinin bəhrəsi olan bu sərgidə Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb. O, sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən sərgilənən xalçaları ərsəyə gətirən toxuculara, Kann şəhər meriyasının əməkdaşlarına təşəkkürünü bildirib.
Kannda artıq ənənəyə çevrilmiş Azərbaycan mədəniyyəti günlərinin əhəmiyyətinə toxunan Frank Şıkli bildirib ki, mədəniyyət xəzinəmizin yaxından tanınmasını təşviq edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına, ikitərəfli münasibətlərin zənginləşməsinə töhfə verir. O, ölkəmizdə qədim köklərə malik ənənəmizin qorunub saxlanılmasına göstərilən qayğı və diqqətin şahidi olduğunu bildirib. Frank Şıkli Bakının ənənə və innovasiyaların vəhdəti olduğunu vurğulayıb.
Qeyd edək ki, “Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin Şəki qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş etdirilir. E.Mikayılzadə yeni Şəki qrupuna aid xalça eskizlərində Şəki Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə müraciət edib.
Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri və turistləri layihənin hazırlanmasına dair sənədli filmlə də tanış ola biləcəklər.
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

