/ / İsrailli şair Raxel Bluvşteynin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər toplusunun təqdimatı keçirilib
İsrailli şair Raxel Bluvşteynin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər toplusunun təqdimatı keçirilib
06.09.2019 [08:55]
Sentyabrın 4-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış yəhudi şairi Raxel Bluvşteynin (1890-1931) Azərbaycan dilinə tərcümə olunmuş şeirlər toplusunun təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabda şairə Raxelin Azərbaycan dilinə tərcümə olunmuş şeirləri ilə yanaşı, ivrit dilində əsərləri də yer alıb.
İsrailin ölkəmizdəki səfirinin müavini Avital Rosenberq tədbirdə çıxış edərək bildirib ki, kitabın Azərbaycan dilinə tərcümə olunması İsrail səfirliyinin təşəbbüsü ilə reallaşıb. Qeyd edib ki, müəllif bununla İsrail xalqının mədəniyyətini Azərbaycana tanıtmağa çalışıb.
Səfirin müavini deyib ki, kitabın tərcüməsində artıq rus dilinə tərcümə olunmuş mətnlərdən istifadə edilib. O, tərcümənin olduqca dəqiq edildiyini vurğulayıb.
Kitabı dilimizə çevirən ssenarist, şair və tərcüməçi Vaqif Rəsuloğlu bildirib ki, bu, onun yəhudi şairlərindən ilk tərcüməsi deyil. O, İsrail dövlətinin yaradılmasının 70 illiyi münasibətilə “İsrailin 100 şairi” adlı kitabının da müəllifidir. “Belə alındı ki, Raxel Bluvşteyn mənim ən çox sevdiyim israilli şair oldu. Taleyinin pis gətirməsi səbəbindən onun əsərlərində sevgi və kədərli mövzular daha çox yer alır”, - deyə tərcüməçi əlavə edib.
Qeyd edək ki, V.Rəsuloğlu 25 şeirdən ibarət olan toplunu demək olar bir günə tərcümə edib.
Tədbirdə çıxış edən Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib: “Böyük şəxsiyyətlərin ömrü yaşadığı illərlə deyil, gördüyü əməllərlə ölçülür. Mən Raxelin həyatı ilə tanış olanda onun acı taleyini hiss etdim”.
Tədbir boyunca Raxel Bluvşteynin Azərbaycan dilində şeirləri səsləndirilib.
Azərbaycan Dillər Universitetinin tələbəsi Gülər Tağıyeva müəllifin ivrit dilində “Doğma torpağım” adlı şerini oxuyub.
Sonra Yekaterina İsayeva müəllifin şerinə bəstələnən “Kədərli motiv” mahnısını ifa edib.
Raxel Bluvşteyn (adətən sadəcə Raxel kimi tanınırdı) dünyaca məşhur yəhudi şairidir. O, öz əsərlərini əsasən ivrit dilində yazıb.
Raxel 1890-cı ildə Saratovda tacir ailəsində anadan olub. Uşaqlığını və gəncliyini Poltavada keçirib. O, yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb.
1909-cu ildə Raxel Rusiya İmperiyasını tərk edərək İsrailin Rehovot şəhərinə köçüb və orada ivrit dilini öyrənib. 1910-cu ilin payızından etibarən o, kənd təsərrüfatı briqadasının tərkibində zeytun plantasiyalarında işləməyə başlayıb. 1911-ci ilin aprel ayından tələbə olan Raxel Kinneret gölünün yaxınlığında məskulaşıb və ömrünün ən yaxşı günlərini məhz orada keçirib. Şair ömrünün bu çağlarını şeirlərində tez-tez xatırlayır.
Raxel 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və Raxel İsrailə qayıda bilməyib. Bunun əvəzində isə Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Təəssüf ki, orada vərəm xəstəliyinə yoluxub və 40 yaşında dünyasını dəyişib. Raxel ən yaxşı şeirlərini Təl-Əvivdə tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.
1931-ci il aprelin 16-da vəfat edən şairə şeirlərində tərənnüm etdiyi Kinneretin sahilində dəfn olunub.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

