Bakı Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib
02.10.2019 [09:26]
Oktyabrın 1-də Bakı Kitab Mərkəzində Nəsimi festivalı çərçivəsində mühazirələr dinlənilib.
AZƏRTAC xəbər verir ki, tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bu günlərdə ölkəmizdə keçirilən böyük mütəfəkkir Nəsimiyə həsr olunmuş festival barədə fikirlərini bölüşüb. Bildirilib ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalında beynəlxalq miqyasda tanınmış nəsimişünaslar, şair və alimlər, filosoflar, rəssamlar, musiqi, rəqs və teatr qrupları iştirak edirlər. Belə tədbirlərdən biri də bu gün burada təşkil olunan mühazirələrdir.
Daha sonra mühazirələr dinlənilib. İlk mühazirəni italiyalı şair və dramaturq Davide Rondoni “Nəsimiyə paralellər: bir italyan şairinin Nəsimiyə dair qeydləri” mövzusunda söyləyib. Məruzəsində D.Rondoni Nəsimi yaradıcılığına nəzər salıb, yeri gəldikcə italiyan şairlərin yaradıcılıqları ilə paralellər aparıb: “YouTube”da şairin adını axtarsanız, yaxşı qrafika və şeir olan sadə bir video görəcəksiniz. “Haradasan” deyə səyyah şair Varlıqdan soruşur... Əlbəttə ki, Nəsiminin geniş və rəngarəng sənətini “YouTube” videosuna sığışdırmaq olmaz. Lakin bu sual dərhal məni cəlb etdi: - Haradasan?... Şeir də belədir: axtaran, sevən, dua edən, öz-özünə yetməyən bir söz. Mütəfəkkir şair haradasan deyə uca Allaha, onun ruhuna sual verir. Tanrının və “mən”in axtarışı, bütün dövrlərin poeziyasında davamlı həyat metaforasıdır”.
“Mən sözsüz ki, İslam ilahiyyatının, onun zəngin və mürəkkəb tarixinin mütəxəssisi deyiləm. Nəsimi poeziyasında güzgü üzərində əks olunan ulduzlar kimi müəyyən xəzinələri və narahatlıqları görürəm. İnsanın Allahın ən yüksək təzahürü olduğuna inam məni xüsusilə valeh edir”, - deyə italiyalı mühazirəçi qeyd edib.
Sonra Böyük Britaniyada yaşayan Azərbaycan əsilli filosof və rəssam Zeyqəm Əzizovun Nəsimi fəlsəfəsi ilə müasir nəzəriyyə və konsepsiyalar arasında paralellərə həsr edilmiş “Nəsimiyə paralellər: Lütfi Zadənin nəzəriyyəsində varlığın qeyri-mükəmməlliyi məfhumu” adlı mühazirəsi dinlənilib.
Əvvəlcə Z.Əzizov Nəsimi- şeir, incəsənət və mənəviyyat Festivalının önəmi haqqında məlumat verib. Bildirib ki, festival mütərəqqi insanları və peşəkarları birləşdirən, beynəlxalq ictimaiyyətin diqqətini Bakıya cəlb edən, mədəni və humanist dəyərləri təbliğ edən vacib və maraqlı tədbirdir.
Qeyd edilib ki, Şərq və Qərbin bir-birindən uzaqlaşdığı bir vaxtda, əslində onları birləşdirən bir çox cəhət var. Nəsimi festivalı da bu yaxınlaşmaya xidmət edir. Xalqlar müxtəlif dillərdə danışsalar da, bəşəriyyət bir vahiddir, dünya ümumbəşəri dəyərlər üzərində dayanır. Uzun illər filosof və rəssam fəaliyyəti ilə əlaqədar böyük şairin yaradıcılığına diqqət yetirdiyini deyən Z.Əzizov vurğulayıb ki, Nəsimi Quranın hərflər sistemi ilə mülahizə olunmasını ifadə edən hürufilik təliminin parlaq nümayəndəsi olub.
“Bu tədbirdə mən insan təbiətinin natamamlığı barədə mühazirə təqdim edəcəyəm. Mühazirəm əsasən, Nəsimi fəlsəfəsinin “qeyri-səlis məntiq” termininin müəllifi, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin banilərindən biri Lütfi Zadə fəlsəfəsi ilə müqayisəsi kontekstində keçəcək. Lütfi Zadə öz tədqiqatları ilə sübut edirdi ki, təbii dilə əsaslanan insan düşüncələri ənənəvi riyazi formalizm çərçivəsində mövcud ola bilməz. Öz məntiqi və nəzəriyyəsi ilə o, həqiqətən də dünya elmində, eləcə də insanın həyata fəlsəfi baxışlarında inqilab etdi. Əsas məna odur ki, fikir heç vaxt tamamlanmır, onu davam etdirmək, dünyanı dərk etmək, özümüzü inkişaf etdirmək və bəşəriyyət naminə yaratmaq olar. Hər iki mütəfəkkirin sözləri “hərfləri” başa düşməsi natamam insan varlığının təkmilləşməsində böyük rol oynayır. Nəsimiyə gəldikdə, bu, “hurifilik”dir - hərf dünyəvidir və insanlar kimi dünyəvi varlıqlara daha yaxındır. Rəqəmlərin əvəzinə “sözlərlə hesablamaq”ı elmi cəhətdən əsaslandıran Lütfi Zadəyə gəldikdə isə o, mürəkkəb texnologiyaları əhali üçün asanlaşdırmağa çalışmısdır”, - deyə Z.Əzizov söyləyib.
Tədbir Nəsiminin seçilmiş qəzəlinə müxtəlif təfsir yanaşmalarının müzakirəsi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

