Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək

Finlandiyada Azərbaycan mədəniyyəti günü tədbiri keçiriləcək

25.10.2019 [09:58]

Oktyabrın 26-da Finlandiyanın paytaxtı Helsinkidə, Arkada Universitetində “Vətənim Azərbaycan” adlı Azərbaycan mədəniyyəti günü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, tədbir bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Türk Gənclər Təşkilatının, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə nümayəndəliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq.
Skandinaviya ölkələrindəki Azərbaycan və türk diasporunun üzvlərinin, burada təhsil alan tələbələrin, Azərbaycan səfirliyinin əməkdaşlarının, Finlandiyada akkreditə olunan diplomatik korpusun təmsilçilərinin, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə əvvəlcə ölkəmiz haqqında film göstəriləcək, milli rəqslərimiz ifa olunacaq. Tədbirdə, həmçinin Azərbaycandan dəvət olunmuş musiqiçilərimiz Rəvanə Qurbanova (müğənni), Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycan mədəniyyəti günü çərçivəsində peşəkar fotoqraf Etibar Cəfərovun “Azərbaycan rəngləri” fotosərgisi də açılacaq.
“Vətənim Azərbaycan” tədbirində iştirak və digər məsələlərlə əlaqədar Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azərbaycan-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova (+358456453262, ulvija.jabbarova@gmail.com) ilə əlaqə saxlamaq lazımdır.

Paylaş:
Baxılıb: 1123 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30