Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Astaralı yeniyetmə və gənclər bacarıqlarını onlayn rəsm müsabiqəsində yoxlayıblar

Astaralı yeniyetmə və gənclər bacarıqlarını onlayn rəsm müsabiqəsində yoxlayıblar

22.04.2020 [19:33]

Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Evdə qal, sağlam ol!” devizi ilə onlayn rəsm müsabiqəsi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına əməl etməklə rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində tədbirlərin yeni formatlarda davam etdirilməsi, istedadlı gənc rəssamların aşkar edilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlar arasında sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Müsabiqədə rayonun ümumtəhsil məktəblərini və Astara Rayon Dövlət Rəsm Qalereyasını təmsil edən 19 nəfər istedadlı gəncin rəsmləri münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sərək kənd tam orta məktəbin VII sinif şagirdi Aysun Cümşüdova birinci, Astara şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ülkər Mikayılova ikinci, Astara şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Fatimə Babazadə üçüncü yerləri tutublar.

Qaliblər Astara Rayon Gənclər və İdman İdarəsinin diplomlarına layiq görülüblər.

Paylaş:
Baxılıb: 801 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30