Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur

Əliqismət Lalayev: Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən keçirilməsi hamının arzusudur

26.01.2021 [09:15]

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə bağlı videoformatda qəbul edərkən yeni Mədəniyyət nazirinə bir sıra vacib tövsiyə, tapşırıq və göstərişlər verdi. Mən düşünürəm ki, bu göstərişlər mədəniyyət sahəsində çalışan hər birimizin qarşısında yeni böyük vəzifələr qoyur”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 illik erməni təcavüzünə birdəfəlik son qoydu: “Artıq torpaqlarımız, o cümlədən Qarabağın incisi olan Şuşa azaddır. Heç şübhəsiz, Şuşa şəhərinin mədəniyyətimizin paytaxtı elan edilməsi qarşıya qoyulan hədəflərə nail olmağımızı daha da sürətləndirəcək. Şuşada “Xarı bülbül” festivalının və Vaqif poeziya günlərinin yenidən bərpa olunmasının mühüm əhəmiyyəti var. Təbii ki, Şuşada “Xarı bülbül” festivalının keçirilməsi hamının arzusudur. 28 illik ayrılıqdan sonra biz yenidən bu böyük bayramı keçirməyə müvəffəq olacağıq. Dünyanın hər bir tərəfindən qonaqlarımız gələcək. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Mən çox böyük sevinc, sevgi, həsrətlə festivalın keçiriləcəyi günü gözləyirəm.
Eləcə də Vaqif poeziya günlərinin keçirilməsi ilə dünya Azərbaycan xalqının istedadına bir daha şahid olacaq”.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 893 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30