“Sönməyən ulduzların” unudulan işığı
24.11.2021 [11:01]
Qocaman müğənni şikayət edir
Bir zamanlar konsert salonlarını Raziyə Şirinovanın tamaşaçıları doldurardılar, o isə şaqraq səsiylə ürəkləri ovsunlayar, dinləyənləri feyziyab edərdi. Səhnəyə hər çıxışı həm özü, həm də onu sevənlər üçün bayram olardı. Amma heyhat, bir zamanlar...
Bir zamanlar səhnə ilə nəfəs alan, tamaşaçı alqışları ilə ürəyi fərəhlənən sənətkarlar üçün unudulmaq, yaddan çıxmaq böyük dərd olur. Çoxları hələ populyarlığın zirvəsindəykən unudulmaq qorxusu ilə yaşayır. Şöhrəti dadmış əksər sənətkarlar bu taleyi yaşayırlar. Onlardan biri də müğənni, Əməkdar artist Raziyyə Şirinovadır. 82 yaşlı qocaman sənətkar ömrünün ahıl çağında əzab-əziyyətli yaşayışından, unudulmağından gileylənir.
Raziyyə Şirinova haqqında kiçik xatırlatma: 1940-cı ildə anadan olub. 1962-64-cü illərdə A.Zeynallı adına Bakı Musiqi texnikumunda Seyid Şuşinskinin kursunu, 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Hələ tələbəlik illərindən o zamanlar çox sevilən “Lalə” qızlar ansamblının solisti kimi çıxış edib. 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olaraq səhnəyə çıxıb, müxtəlif tamaşalarda baş rolları ifa edib. Yaşlı nəsil Raziyə xanım dedikdə onun “Əsli və Kərəm” operasında Əsli, “Aşıq Qərib”də Şahsənəm, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Tutu, Əmi qızı, “Leyli və Məcnun”da Məcnunun anası rollarını xatırlayırlar. Respublika televiziyası və radiosunda ifa etdiyi muğam, xalq və bəstəkar mahnılarını da şövqlə oxuyur, hər ifası ilə ürəklərə yol tapırdı. Bu gün isə oxuduğu məşhur bir mahnıda deyildiyi kimi, “Halı pərişandır, bir bilən yoxdur”.
“Uzun illər ən tanınmış sənətkarlarla çiyin-çiyinə çalışmışam. Birinci Qarabağ müharibəsi zamanı cəbhəyə gedib, əsgərlərə konsertlər vermişik. Həyat yoldaşım Əməkdar artist, tarzən Rafiq Məmmədovla birlikdə çox yollar keçmişik. Sovet vaxtı bizləri qastrollara aparırdılar. Gəncliyimiz tarlalarda, yollarda keçib desəm yalan olmaz. Çox zəhmət çəkmişəm. Məni incidən budur ki, çəkdiyim zəhmətlər qarşılığında layiq olduğum qiyməti ala bilmədim. Arif Babayev, Canəli Əkbərov kimi ustadlar Xalq artisti adını aldılar, mən yada düşmədim. 2005-ci ildən Prezident təqaüdü alıram. 2006-cı ildə isə Əməkdar artist adına layiq görüldüm. Bunun üçün dövlət başçısına minnətdaram. Lakin sonra unuduldum. Evim yoxdur. Dəfələrlə müraciət etmişəm, yazmaqdan barmaqlarım qabar olub. Amma yada düşmürəm. Bir zamanlar yoldaşım ev növbəsində idi, 1981-ci ildə. Dövr, zaman dəyişdi, bu növbələr ləğv olundu. Qızımın evində yaşayıram. 15 kvadratmetrlik evdir. Bütün arxivim, şəkillərim, diplomlarım, medallarım bir qutunun içində, bir küncdə qalıb. 82 yaşıma gəlmişəm, ömrümün bu illərini bir qədər rahatlıqla yaşamaq istəyirəm. Arzu edirəm ki, yaşımı, keçmiş xidmətlərimi nəzərə alıb məni də yada salsınlar”,- deyir yaşlı sənətkar.
Raziyə xanım bir zamanlar yaşlı aktyorların toplandığı “Sönməyən ulduzlar” teatrında da çıxışlar edib. Ötən əsrin 80-ci illərində keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da Mədəniyyət Fondu fəaliyyətə başladı. Həmin Fondun nəzdində 1992-ci ildə açılan “Sönməyən ulduzlar” teatrı qocaman aktyorları ətrafında toplamışdı. Yaşlı sənətkarlar bu sənət ocağında tamaşalarda çıxış edərək, hələ də işləmək iqtidarında olduqlarını sübut edirdilər. O vaxtlar Fondun sədri olan Kamal Abdulla Raziyə xanımı da bu teatra dəvət etmiş, o da müxtəlif tamaşalarda rol almışdı. Ömrünün böyük hissəsini incəsənətə, səhnəyə həsr etmiş bu xanım deyir ki, sənətkar səhnədən nə zaman getməli olduğunu bilməlidir.
“Gərək səhnə şuxluğun, təravətin ola. Aktyor səhnədən çıxarkən alqışlar əvəzinə, öz ayaq səslərini eşitməməlidir. Bu faciə olar. Ona görə, biz də zamanında çəkildik, meydanı gənclərə verdik. Bu gün gənc nəsil bizi xatırlamır, amma bizim də öz dövrümüz üçün xidmətlərimiz olub. Bunların unudulmasını istəməzdim. Bir aktyordan, müğənnidən geriyə bir zamanlar oynadığı rollar, yaddaşlarda buraxdığı iz qalır. Bir də qazandığı tamaşaçı sevgisi. Həyat yoldaşım Rafiq Məmmədov ömrünün 50 ilini tar sənətinə həsr edib. Ahıl çağlarımızı yaman əziyyət içində keçiririk. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişik. Faydası olmayıb. Sizə müraciət edirik, bəlkə kimsə bizi yada salar”,- deyə Raziyə xanım bildirir.
Ümid edirik, Mədəniyyət Nazirliyi Raziyə xanımın gileyinə, şikayətinə biganə qalmaz. Böyük sənət məktəbi keçmiş, ömrünün çox hissəsini teatra həsr etmiş Raziyə xanım kimi sənət fədailərinin, sönən ulduzların taleyi ilə yaxından maraqlanar.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

