“Xoruz baba” sız qalan uşaqlar...
29.10.2022 [12:39]
Uşaqlar üçün hazırlanan verilişlərin öncə kəmiyyəti, sonra keyfiyyəti azaldı
- Nə yaman, böyümüsən, əzizim?
- Mənə böyü dedin. Mən də böyüdüm. Ancaq nə qədər böyüdümsə, sənə çata bilmədim. (“Babamızın babasının babası” filmindən)
Hüseynağa Sadıqov nə qədər böyüsə də, uşaq saflığı onu heç zaman tərk etmədi. O, öz uşaq təbəssümü ilə daxilini zənginləşdirdi, sənətini böyütdü, uşaqların qəlbinə yol tapdı, onların sevimlisinə çevrilməyi bacardı. Həm böyüklərin, həm də azyaşlıların “Xoruz babası”, “Piri baba”sı oldu. Bu obrazlarla qastrol səfərlərinə çıxar, uşaq və gənclərin dünyasını fəth edərdi.
Xalq artisti adını almadan öncə də xalqın artisti idi
Təsadüfi deyil ki, Abdulla Şaiq obrazlarının çoxunu məhz bu aktyor üçün yazırdı. Aktyorun daxilindəki saflıq, üzündəki məsumluq əvvəlcə özünü A.Şaiqə, sonra isə Azərbaycana sevdirdi. Öz bənzərsiz səsi, təbii və səmimi oyunu ilə tamaşaçını öz ardı ilə apara bildi. Əməkdar və Xalq artisti fəxri adlarına layiq görüldü. O qədər ürəklərə yol tapmışdı ki, Xalq artisti adını almadan öncə də xalqın artisti idi.
Bu gün görkəmli aktyor Hüseynağa Sadıqovun nə doğum, nə də anım günüdür. Onu yad etmək üçün hansısa bir tarixi gün olmasına ehtiyac yoxdur. Bir vaxtlar uşaqlar sənətkarın verilişlərini həsrətlə gözləyirdilər. Əfsuslar olsun ki, indiki uşaqlar “Xoruz baba”sız böyüyürlər. Onlar ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların öhdəsindən mahircəsinə gələn bu sənətkarın varlığından bixəbərdilər.
Sənəti üçün ailəsi ilə Cənubi Azərbayacana qayıtmadı
Əslən Cənubi azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Hələ körpə yaşlarında o illərin dövri mətbuatında çap olunmuş şeirləri, felyetonları əzbər söyləyərdi. Orta məktəbdə oxuyarkən isə həvəskar teatr truppalarına həvəs göstərər, özünü uzaqdan-uzağa da olsa onların oyununda hiss edərdi. Aktyor kimi meydana məhz Gənc Tamaşaçılar Teatrının səhnəsindən atıldı. Ömrünün sonunadək bu səhnəyə sadiq qaldı. Ailəsi Cənubi Azərbayacana qayıtmalı oldu. Hüseynağa isə işini sevdiyi üçün Bakıda qaldı. Daim onların qayıdacağı ümidi ilə gözləri yollarda qaldı.
“Bilirəm ki, qapım döyüləndə və ya telefon zəngi çalınanda...”
H.Sadıqov “Yeddi oğul istərəm”, “Şərikli çörək”, “Ad günü”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” kimi filmlərdə ona ölməzlik qazandıran obrazlar yaradıb.
Xatirələrin birində belə deyirdi: “Mən fəxr edirəm ki, aktyoram. Axşamlar çox rahat yatıram. Bilirəm ki, qapım döyüləndə və ya telefon zəngi çalınanda məni ya televiziyaya, ya kinostudiyaya, ya da teatra çağırırlar. Həyatda nə qazanmışamsa, öz zəhmətim sayəsində olub”.
Ömrünün son günlərində qapısını döyən olmadı
Aktyorun Bakıxanov küçəsində doqquzmərtəbəli binanın 7-ci mərtəbəsindəki evinə çoxlu məktub gələrdi. Poçtalyon hər dəfə məktubları yuxarı çıxaranda yorulub əldən düşməsindən gileylənərmiş. Bu məktublar ona olan hədsiz sevginin ifadəsi idi. Sənətkar uşaqların arzu və istəkləri ilə tanış olmaq üçün həmin məktubları birər-birər oxuyardı. Çünki bu məktublar ona verilişlərində lazım olurdu.
Aktyor infarkt keçirib xəstə yatan zaman ona xəbər verirlər ki, uşaqlar gəlib “Xoruz baba”larını görmək istəyirlər. Özünü yaxşı hiss etməsə də, uşaqlarla görüşür. Ömrünün son günlərdinə diqqətsiz qaldı. Dünyasını dəyişəndə Hüseynağa Sadıqovun 69 yaşı vardı. 23 fevral 1983-cü ildə səssiz-səmirsiz bu dünyadan köç etdi. Sağ olanda tamaşaçıların və peşəkar sənət adamlarının ona göndərdikləri məktubları aktyor vəfat etdikdən sonra birdən-birə qeybə çəkildi. Daha doqquzmərtəbəli binanı çıxıb-düşən poçtalyondan da xəbər yox idi. Yaşadığı evinin önünə xatirə lövhəsi belə vurulmadı. Qızı Tamella xanım o günlərdən ürəkağrısı ilə danışırdı.
“Piri babanın nağılları” verilişini nə əvəzlədi?
Əminliklə deyə bilərik ki, bu gün teatr və kinomuzda Hüseynağa Sadıqov kimi sənətkarların yeri görünür. Onun yoxluğunu isə ən çox azyaşlılar hiss edirlər. Bir neçə nəsil uşaqlar onun danışdığı nağıllar, oynadığı tamaşalarla böyüdü. Daha “Piri babanın nağılları” kimi verilişlər yoxdur. Savalan baba, Ələkbər əmi, Ofeliya Sənanidən sonra mavi ekran boz rəngə büründü. Uşaqlar üçün hazırlanan verilişlərin öncə kəmiyyəti, sonra keyfiyyəti azaldı.
Unutmayaq ki, gələcəyimiz olan uşaqların yaşını, maraq dairələrini nəzərə alaraq, onların psixologiyasına, dünyagörüşünə uyğun baxımlı verilişlər hazırlamaq mənəvi borcumuzdur.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

