/ / Novruz Məmmədov: Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər
Novruz Məmmədov: Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər
12.10.2013 [10:49]
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ABŞ-ın Azərbaycanda keçirilmiş prezident seçkilərinə münasibətilə bağlı AzərTAc-a açıqlaması:
- Novruz müəllim, Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı DTİHB və ABŞ-ın təxminən eyni xarakterli mövqeyi haqqında nə deyə bilərsiniz?
- ABŞ Dövlət Departamentinin 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair mövqeyi ədalətli deyil və reallığı əks etdirmir.
Bu mövqe onu göstərir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ABŞ ilə birlikdə demokratiya və insan hüquqları məsələlərini öz monopoliyası hesab edərək, ondan özünün istədiyi formada istifadə edir.
Lakin artıq aydındır ki, demokratiya və insan haqları məsələlərinin bu formada təzyiq alətinə çevrilməsi uğurlu nəticə vermir. Beynəlxalq aləmdə buna dair onlarla nümunə göstərmək olar.
Azərbaycanda keçirilmiş prezident seçkiləri digər ölkələrdəki seçkilərin heç birindən geri qalmır, hətta bir çox parametrlərinə görə irəlidədir. Bir sıra digər ölkələrdə ciddi qanun pozuntularının müşahidə olunduğu seçkilərə elə ABŞ və ATƏT/DTİHB-nin verdiyi subyektiv qiymətləndirmə fonunda, onların bu qərəzli mövqeyi təəccüb və heyrət doğurur.
Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər. Maraqlıdır ki, 98 ölkə və 48 beynəlxalq təşkilatdan seçkiləri müşahidə edən 1500-ə yaxın müşahidəçi, o cümlədən AŞ PA, Avropa Parlamenti, QDİƏT PA, TürkPA-nın müşahidə missiyaları və xarici ölkələrin müstəqil müşahidəçilərinin əksəriyyəti seçkilər haqda müsbət rəy bildiriblər. Lakin nədənsə bu rəylər Dövlət Departamentinin məsələyə münasibətində əks olunmayıb.
ABŞ-da sadə insanların seçdiyi konqresmen, senator və digər seçkili orqanların təmsilçilərinin bu seçkiləri ədalətli və şəffaf qiymətləndirməsi ilə Dövlət Departamentinin birmənalı şəkildə ifadə etdiyi tənqidi fikir heç bir şəkildə üst-üstə düşmür.
Seçkilərdə Azərbaycan xalqı öz iradəsini nümayiş etdirmişdir. Bu seçim seçkiöncəsi və sonrasında müxtəlif beynəlxalq müşahidə missiyaları, ekspertlər, ABŞ və Avropa qurumlarının keçirdiyi “exit-poll”lar tərəfindən də tam şəkildə təsdiq olunmuşdur. DTİHB və ABŞ-ın mövqeyi isə əslində seçkilərdə iştirak etmiş insanların iradəsinə və hüquqlarına hörmətsizlikdir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazenin seçki ilə bağlı müşahidələrinin DTİHB-nin hesabatında nəzərə alınmaması qərəzli mövqedən xəbər verir. Bu, demokratik prinsiplərin tamamilə pozulması demək deyilmi?
Digər tərəfdən, DTİHB-nin müşahidə missiyasının tərkibindəki müşahidəçilərin əksəriyyətinin bu sahədə təcrübəsinin olmadığı müəyyən edilmişdir. DTİHB-dən fərqli olaraq, AŞ PA, ATƏT PA, MDB PA, QDİƏT PA kimi təşkilatların müşahidə missiyaları seçki prosesinin müşahidəsi üzrə ixtisaslaşmış ekspertlərdən təşkil olunmuşdur. Buradan belə bir qənaətə gəlmək olar ki, bu, məqsədyönlü şəkildə belə edilmişdir. Seçki prosesindən xəbərsiz və bununla bağlı mövqe bildirmək iqtidarında olmayan insanların müşahidə missiyasına daxil edilməsi əvvəlcədən qərarlaşdırılmış rəyin yekunda qəbul edilməsini təmin etmək üçün atılmış addımdır.
Tez-tez müxtəlif ölkələrin onların qarşısında öhdəliklərindən danışan ATƏT və ABŞ-ın da Azərbaycan qarşısında öhdəliklərinin olduğunu unutmaq lazım deyildir. Lakin onlar bu öhdəlikləri yerinə yetirmək üçün indiyədək heç bir addım atmayıblar və bu barədə heç düşünmürlər.
Təəssüflər olsun ki, belə münasibət ATƏT-in bundan sonra keçiriləcək seçki prosesinə dəvət edilməsinin məqsədəuyğunluğunu sual altında qoyur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

