/ / Əflatun Amaşov: Qabiliyyət imtahanı mexanizminin tətbiqi jurnalist kadrların hazırlanmasında yeni mərhələdir
Əflatun Amaşov: Qabiliyyət imtahanı mexanizminin tətbiqi jurnalist kadrların hazırlanmasında yeni mərhələdir
25.04.2014 [09:23]
Azərbaycan Mətbuat Şurasının sədri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tərkibində yaradılmış qabiliyyət imtahanı komissiyasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi:
- Bu ildən ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanı mexanizminin tətbiq edilməsi hansı zərurətdən yaranıb? Hələlik jurnalistika üzrə magistraturaya qəbul imtahanının qabiliyyət imtahanı mərhələsinə başlanılması hansı əlavə imkanlar yaradacaq?
- Əvvəllər də ali məktəblərin jurnalistika fakültələrinin magistr pilləsinə qəbulda qabiliyyət imtahanı proseduru tətbiq edilirdi. Artıq eyni sistemə müəyyən əlavələr olundu. İlk növbədə onu deyim ki, magistratura pilləsinə imtahan vermək hüququ humanitar sahəni bitirmiş bakalavrlara şamil edilirdisə, bu ildən digər sahələrdən olanlar da belə bir şansı əldə ediblər. Məlum olduğu kimi, müxtəlif ixtisas sahiblərinin də jurnalistikaya marağı var və mövcud reallıq nəzərə alınıb. Hazırda fəaliyyət göstərən yaxşı jurnalistlərin bir çoxunun qeyri-ixtisas sahələrindən gəldikləri reallığı var.
Müvafiq olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul planını da artırdı. Ancaq onu da deyim ki, zaman məhdudiyyəti olduğundan mövcud istiqamətdə kifayət qədər təbliğat işləri aparılmadı. Ona görə də hazırda qeydiyyatdan keçən bakalavrların sayı 25-dir. Halbuki 43 yer ayrılıb ki, bunların da 25-i dövlət sifarişi əsasındadır. Güman edirəm ki, həyata keçiriləcək məqsədyönlü maarifləndirmə işləri nəticəsində gələcəkdə magistr dərəcəsinə yiyələnmək istəyən bakalavrların sayı artacaq.
Dəyişiklik təkcə qeyd etdiklərimlə məhdudlaşmır. Əvvəllər bakalavrlar yalnız konkret mövzu üzrə esse yazırdılar. İndi magistraturaya qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə bakalavrın dünyagörüşü, sahəyə nə dərəcədə bağlılığı nəzərdən keçirilir. Sonra kütləvi informasiya vasitələrində gedən hansısa material həmin şəxs tərəfindən təhlil olunur. Üçüncü pillədə isə konkret redaksiya tapşırığı verilir. Bütün bunlar birinci mərhələni əhatə edir. İkinci mərhələdə hər hansı mövzu ətrafında esse yazmaq şərti saxlanılıb. Ümumən magistraturada təhsil üçün beş istiqamət müəyyənləşdirilib. Bunlar mətbuat tarixi, nəzəriyyə və təcrübə, televiziya və radio, beynəlxalq jurnalistika və publisistikadır.
Ümumən hesab edirəm ki, qabiliyyət imtahanı mexanizminin tətbiqi jurnalist kadrların hazırlanmasında yeni mərhələdir.
- Aydındır. Bəs, abituriyentlərin ali məktəblərə qəbulunda qabiliyyət imtahanı hansı formada həyata keçiriləcək?
- Hazırda abituriyentlər üçün qabiliyyət imtahanı kimi yalnız müəyyən mövzu ilə bağlı yazı yazmaq bacarığı əsas götürülür. Güman edirəm, növbəti ildən mövcud istiqamətdə bir qədər də təkmilləşdirmələr aparmaq mümkündür. Bir məsələyə diqqətinizi çəkim ki, ötən il jurnalistika ixtisasını seçənlərin sayı iki min idisə, bu günədək qabiliyyət imtahanında iştirak etmək, yəni konkret şəkildə jurnalist olmağı düşünənlərin sayı iki yüzə çatmır. Əlbəttə, önümüzdə təxminən bir həftə də var. Ancaq əslində bu göstərici real mənzərəni əks etdirmək baxımından son dərəcədə vacibdir. Bizim üçün jurnalistikanı sevənlərin sahəyə gəlməsi önəmlidir. Məlum olduğu kimi, bir çox hallarda jurnalistika fakültəsini bitirən insanlar heç də öz ixtisasları üzrə çalışmırlar. Buna görə də iki min rəqəmi real mənzərə baxımından heç də yüksək nəticə deyil.
- Bir qədər öncə vaxt məhdudiyyətindən söz açdınız...
- Əlbəttə, yeni qaydaların işlənilməsi ilə həyata keçirilməsi arasındakı zaman kəsiyi çox məhdud oldu. Bu, bir tərəfdən müsbət haldır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası media ictimaiyyətinin təşəbbüsünə operativ reaksiya verdi və qurumun rəhbərliyinə buna görə təşəkkürümü bildirirəm. Digər tərəfdən, məhdud zaman kəsiyində mövcud istiqamətdə təbliğat işinin aparılmasına istər-istəməz lazımi diqqətin ayrılmadığı qənaətindəyəm. İnanıram ki, bir çoxları humanitar deyil, digər sahələrdən də prosesə qoşulmanın mümkünlüyündən xəbərsiz olub. Burada əlaqədar qurumun hansısa formada məsələni qabartmamasından söhbət getmir. Söhbət ümumən məsələnin ənənə kimi formalaşmamasından gedir. Bizim yaratmaq istədiyimiz də ənənədir. İmkan veririk ki, natamam ali təhsili olan hər kəs özünü jurnalistikada sınaya bilsin. Nəhayət, jurnalistika həm də yaradıcılıq işidir.
İkinci bir məqama da diqqət yetirim. Azərbaycan xalqı həmişə sözə-sənətə qiymət verən xalqdır. Mövcud anlamda jurnalistikanın yeri və rolu da hər zaman yüksək tutulub. Əlbəttə, SSRİ-nin dağılması ilə yaranan yeni şərtlər daxilində peşəyə münasibətdə də fərqli baxışlar meydana çıxdı. Nəticə etibarilə jurnalistikanın populyarlıq dərəcəsi aşağı düşdü. Media məkanında bir sıra neqativ hallar yaşandı. Əldə edilən əsaslı irəliləyişlərə baxmayaraq, onların müəyyən qismi hələ də müşahidə olunmaqdadır. Mənfi meyllərə qarşı Mətbuat Şurası ictimai müstəvidə mübarizə aparır. Ancaq təhsil məsələlərinə də önəm verilməlidir. Əslində ötən il noyabrın 24-də Prezidentin kütləvi informasiya vasitələri təmsilçiləri ilə görüşündə səslənmiş təklif də həmin önəmdən qaynaqlanırdı.
Ölkə rəhbərinin iradəsi və tapşırığı ilə qabiliyyət imtahanları mexanizm kimi tətbiq edilməyə başlayıb. Məsələyə xüsusi diqqət yetirilib. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Mətbuat Şurası qısa zaman ərzində birgə əməkdaşlığa əsaslanan kifayət qədər işlər həyata keçirib. Ancaq məsələyə sistemli yanaşmanın daha bir cəhəti jurnalistikanın tədrisi ilə bağlıdır. Mövcud istiqamətdə islahatlara ehtiyac var. Yeni proqramlar, müasir dərs vəsaitləri hazırlanmalıdır. Hətta jurnalistikanı tədris edən şəxslərin özünün də əlavə treninqlərə cəlb edilməsi zəruridir. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunmalı, eyni zamanda ölkəmizdən kənarda baş tutan seminarlarda mütəmadi iştirak kimi vəzifələr müəyyənləşdirilməlidir. Hesab edirəm ki, mövcud sahəyə fundamental yanaşılsa, populyarlıq artacaq. Bir qədər öncə jurnalistikanı sevən insanların sahəyə gəlməli olduğunu vurğulamışdım. Demək, peşəni sevdirmək də lazımdır. Bunun üçünsə qeyd etdiyim tədbirlər mütləq reallaşmalıdır.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

