Yaxın zamanlarda Azərbaycan Milli Etalon Mərkəzi tam gücü ilə işə düşəcək
10.10.2009 [09:27]
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov www.yap.org.az saytına müsahibə verib:
- Ramiz müəllim, ölkə başçısı cənab İlham Əliyevin 31 avqust 2009-cu il tarixli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə və struktur təsdiq edilib. Komitənin üzərinə düşən vəzifələr, öhdəliklər müəyyən olunub. Bir çox fəaliyyət istiqamətlərini özündə birləşdirən qurum bundan sonrakı işini necə quracaq?
- Bəli, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq vəzifə və hüquqlarımız artıq müəyyən olunub. Cənab Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən müddəalar bu sahələrin daha da inkişafını təmin edəcək.
Təbii ki, respublikamızda bütün sahələri əhatə edən sosial-iqtisadi inkişaf Komitənin səlahiyyətlərinə aid olan sahələrdən də yan keçməyib. Bu sahədə Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət göz önündədir. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan iqtisadiyyatının bugünkü inkişafını Prezident İlham Əliyev çox yüksək müvəffəqiyyətlə təmin etməkdədir.
Sirr deyil ki, bu və digər tədbirlərin görülməsi və icra mexanizmlərinin olması üçün hüquqi təminat da beynəlxalq standarta cavab verməlidir. ümumdünya Ticarət Təşkilatına üzvolma prosesində, Avropa İttifaqının strukturlarına inteqrasiya və qanunvericiliyin uzlaşdırılması istiqamətində keyfiyyət infrastrukturu sahəsinin beynəlxalq tələblərə uyğunlaşdırılması müstəsna əhəmiyyət daşıyır. Bununla bağlı, “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiyası sahələrində imkanların gücləndirilməsi” üzrə Tvinning layihəsi həyata keçirilir. Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən layihənin məqsədi Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin Avropa Birliyinin tələblərinə uyğunlaşdırılmasıdır. Başqa sözlə, layihə 9 istiqaməti əhatə edir və bunlar arasında standartlaşdırma fəaliyyətinin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması, direktivlərinin milli qanunvericiliyə tətbiqi, akkreditasiya sahəsinin gücləndirilməsi, qanunverici və sənaye metrologiyasının inkişafı, Aİ nişanlama qaydalarının tətbiqi, uyğunluğun qiymətləndirilməsi sahələrinin təkmilləşdirilməsi və digər sahələri qeyd etmək olar.
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən maliyyələşən “özəl sektorun inkişafı” layihəsinin standartlaşdırma komponenti üzrə fəaliyyəti də uğurla davam etdirilir. Layihə çərçivəsində həyata keçirilən əsas istiqamətlər arasında üTT-nin Texniki Maneələr Sazişinə uyğun olaraq Komitədə texniki qanunverciliyi özündə cəmləşdirən sorğu mərkəzinin və bildiriş orqanının, həmçinin, keyfiyyət infrastrukturu üzrə Təlim Mərkəzinin yaradılmasını qeyd etmək olar.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Milli Akkreditasiya Sisteminin yaradılması istiqamətində də işləri sürətləndirib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq müstəvisində də uğurlarımız var. Beynəlxalq Standartlaşdırma Təşkilatı - İSO ilə sıx işbirliyimiz mövcuddur. Oktyabrın 21-23-də Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda İSO-nun seminarı keçiriləcək. Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı və əldə olunan uğurlar nüfuzlu təşkilatların ölkəmizə marağını artırır. İxrac qabiliyyətimizin sürətli və dayanıqlı olması üçün beynəlxalq standartların qəbulu və tətbiqi vacib amildir. Azərbaycanda Standartlaşdırma İnstitutu bu sahədə iş aparır. Burada məqsəd respublikada müxtəlif sahələr üzrə beynəlxalq standartların tətbiqini müəyyənləşdirməkdir. Institut tərəfindən 300-ə yaxın milli standartımız hazırlanıb. Azərbaycan qanunvericiliyinə uyğun olaraq beynəlxalq standartları Azərbaycan dilinə tərcümə edib, onu milli standart kimi qəbul edirik. Bir sözlə, məqsədimiz istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir.
Standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması, yerli sənayenin rəqabət imkanlarının beynəlxalq standartların tətbiqi vasitəsilə gücləndirilməsi, iqtisadiyyatın prioritet sektorlarının inkişafına dəstək məqsədilə texniki komitələr yaradırıq.
Azərbaycan Avrasiya Patent Təşkilatının da üzvüdür. Məqsədimiz yaxın zamanlarda Avropa Patent Təşkilatının tamhüquqlu üzvü olmaqdır. Bunun üçün təşkilatla sıx əməkdaşlıq edirik, tədbirlərdə iştirak edirik. Avropa Patent Təşkilatına üzv ölkələrlə ikitərəfli münasibətlərimiz artmaqdadır.
Bu sahədə Latviya ilə işbirliyi nümunə sayıla bilər. Latviya prezidenti cənab Valdis Zatlersin ölkəmizə son səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü patent sahəsi qarşısında yeni əməkdaşlıq üfüqləri açıb. Belə ki, imzalanan sənədlərdən biri “Sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində informasiyaların mübadiləsi haqqında qarşılıqlı anlaşma” memorandumudur. Latviya Respublikasının Patent İdarəsi arasında imzalanan memorandumda sənaye mülkiyyətinin hüquqi mühafizəsi sahəsində, o cümlədən, informasiya mübadiləsinin həyata keçirilməsini qarşılıqlı münasibətlər əsasında inkişaf etdirmək barədə razılığa gəlmişik. Bundan sonra, Azərbaycanla Latviya arasında sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı qanunvericilik və normativ sənədlərin, rəsmi nəşrlərin mübadiləsi aparılacaq, birgə əməkdaşlıq şəraitində yeni layihələr həyata keçiriləcək.
Təşəbbüsümüzlə Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatı - COOMET-in növbəti illik toplantısının Bakıda keçirilməsinə nail olduq. Bu ilin may ayında metrologiya sahəsində inkişaf etmiş 20-dək ölkənin bu sahədəki mütəxəssisləri Bakıya gəlmişdi.
- Eşitmişik ki, Milli Etalon Mərkəzinin formalaşdırılması istiqamətində də sürətli iş aparılır...
- Bəli, Milli Etalon Mərkəzinin işlək hala düşməsi ciddi önəm verdiyimiz məsələlərdən biridir. Bu sahədə hiss olunan irəliləyiş olsa da, bu bizi qane etmir. İnfrastrukturun ən mühüm elementlərindən biri metroloji təminatdır. Dəqiq ölçülərin olmadığı və onların beynəlxalq metroloji standartlara cavab vermədiyi halda malın və xidmətin keyfiyyətindən danışmaq olmaz. Hazırda Komitə yeni alınan etalonların quraşdırılması və tətbiqi işini aparır. Etalon bazasının zənginləşdirilməsi üçün proqramlar hazırlayırıq və xarici ölkələrlə əməkdaşlıq edirik. ümumiyyətlə, bu, ağır, çətin prosesdir. Amma eyni zamanda nüfuzlu və ölkəmizin iqtisadi qüdrətini xarakterizə edən məsələdir. Biz cihazları, ölçü avadanlıqlarını vaxtaşırı yoxlamalıyıq. Bunun üçün isə Avropa ölkələrinə üz tuturuq. Bu da külli miqdarda vəsaitin xaricə axını deməkdir. Bunun qarşısını almaq üçün Azərbaycanda etalon mərkəzini tez bir zamanda formalaşdırmaq qərarına gəlmişik. İnanırıq ki, yaxın zamanlarda etalon mərkəzi tam gücü ilə işə düşəcək və ölkəmizə öz töhfələrini bəxş edəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

