Son illərdə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib
19.11.2009 [09:36]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərovun APA-ya müsahibəsi:
- Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işləri necə qiymətləndirirsiniz?
- Korrupsiya bütün cəmiyyətlərə xasdır və eyni zamanda bütün cəmiyyətləri narahat edən bir təzahürdür. Korrupsiyaya qarşı mübarizə bütün dövlətlərin və cəmiyyətlərin əsas vəzifələrindən biridir. Azərbaycan dövlətinin məqsədi iqtisadi və sosial inkişafa nail olmaq, insanların yaşayış və həyat səviyyəsini yüksəltməkdir. ölkəmiz son beş ildə yüksək səviyyədə iqtisadi və sosial inkişafa nail olub. Cəmiyyətdə inkişafı stimullaşdıran amillərdən biri də korrupsiyaya qarşı aparılan kompleks mübarizədir. Son illər bu məqsədlə ölkəmizdə beynəlxalq standartlara cavab verən hüquqi və institusional islahatlar aparılıb, Dövlət proqramı həyata keçirilib, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ixtisaslaşmış qurumlar yaradılıb. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə yeni Milli Strategiya qəbul edilib. Azərbaycan Prezidentinin siyasi iradəsinin təcəssümü olaraq demokratik hüquqi dövlət quruculuğu və sosial-iqtisadi islahatlar çərçivəsində hazırlanan Milli Strategiya korrupsiyaya qarsı mübarizə sahəsində çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən edir. Milli Strategiya korrupsiyaya qarşı mübarizədə effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub, qlobal və regional təşəbbüslərdə fəal iştirak edib və beynəlxalq qurumlarla sıx əməkdaşlıq qurub. Azərbaycan nümayəndə heyəti bu ilin noyabrında Qətərin paytaxtı Dohada keçirilən Korrupsiyaya qarşı mübarizə üzrə 6-ci Qlobal Forum və BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 3-cü Sessiyasında iştirak edib. Forumda və Konfransda digər dövlətlərin müvafiq qurumları və beynəlxalq təşkilatlar, o cümlədən “Transparency İnternational” və Parlament üzvlərinin Korrupsiyaya qarşı Qlobal Təşkilatı ilə (GOPAC) görüşlər keçirilib, Azərbaycanla qeyd olunan qurumlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılıb.
- “Transparency İnternational” təşkilatı tərəfindən Korrupsiyanı Qavrama İndeksi açıqlanıb. Sizin bu ilki indeksə münasibətiniz necədir?
- öncə bildirmək istərdim ki, “Transparency İnternational” təşkilatı korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatlarından biridir. Korrupsiyaya qarşı mübarizə sahəsində dəyərləndirmələr və indekslər yalnız bu təşkilat tərəfindən deyil, o cümlədən digər qurumlar tərəfindən də həyata keçirilir. Dəyərləndirmələr bir-birindən fərqlənir, hətta bəzi hallarda onlar arasında ziddiyyətlər də mövcud olur. “Transparency İnternational” təşkilatının məruzələri mütləq mənada həqiqət mənbəyi kimi qəbul edilə bilməz. Bu, həm də İndeksi tərtib edən qurumun mövqeyidir. Ona görə də həmin təşkilatın təqdim etdiyi indeks nisbi qəbul edilməlidir. “Transparency İnternational” nümayəndələrinin vurğuladığı kimi, bəzi hallarda dövlətlər və kütləvi informasiya vasitələri Qavrama İndeksinə təşkilatın nəzərdə tutduğundan daha artıq əhəmiyyət verirlər. Bununla yanaşı, biz digər mənbələr kimi göstərilən sənədi də ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə beynəlxalq qurumlar tərəfindən necə qiymət verildiyini öyrənmək üçün qəbul edirik və nəzərə alırıq.
Qeyd etmək istərdim ki, bu sıralamada əsas meyar dövlətin yeri deyil, onun topladığı baldır. Keçən illə müqayisədə Azərbaycanın balı 1.9-dan 2.3 bala yüksəlib. Göstərilənlər ölkəmizin İndeksdə yerinin yüksəlməsinə təsir edib və Azərbaycan 16 pillə irəliləyərək MDB ölkələri arasında ilk beşliyə daxil olub.
- Sizcə 2.3 bal Azərbaycandakı real vəziyyəti əks etdirirmi?
- İndeks son iki ilə qədər olan məlumatlar əsasında tərtib edilib. Onun tərtib edilməsində 2008-2009-cu ildə görülmüş tədbirlər əsasən nəzərə alınmayıb. Son illərdə korrupsiyaya qarşı mübarizə, xüsusilə sahibkarlığının inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib, əksər sahələrdə “bir pəncərə” prinsipi tətbiq edilib. ölkəmiz Dünya Bankı tərəfindən keçirilən Doing Business tədqiqatının nəticələrinə görə dünyanın ən yaxşı islahatçı ölkələri sırasında qeyd olunub. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində Azərbaycan nümunəvi ölkə kimi göstərilib və əldə edilmiş nəticələr beynəlxalq təşkilatlar tərəfindən yüksək mükafatla qiymətləndirilib. Bu il iyununda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərman imzalanıb. Korrupsiyaya qarşı cinayət təqibi gücləndirilib və konkret nəticələr əldə edilib. Şəffaflıq Azərbaycan təşkilatının İndekslə bağlı press-relizində qeyd edildiyi kimi, dövlət qulluğuna qəbulda, pensiyaların hesablanmasında və müraciətlərin baxılma mexanizmində, məhkəmə qərarlarının icrasında və digər sahələrdə müsbət dəyişikliklər müşahidə edilib. İşgüzar şəxslərlə çalışan dövlət orqanları biznes aparılması prosedurlarının sadələşdirilməsində peşəkar yanaşma nümayiş etdiriblər. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq gücləndirilib, geniş maarifləndirmə və məlumatlandırma tədbirləri təşkil olunub. Korrupsiya qarşı mübarizədə dövlət öz siyasi iradəsini ifadə edir. İndeks ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində müsbət tendensiyanın göstəricisidir. ölkəmiz son illər bu sahədə dəyərləndirmələrdə irəliləməkdə davam edir. Biz istərdik ki, görülən işlər beynəlxalq qurumlar tərəfindən daha obyektiv və çevik qiymətləndirilsin. Qeyd edilən suala cavab vermək üçün həm də İndeksin hazırlanma kontekstinə diqqət yetirmək zəruridir. “Transparency İnternational” təşkilatı araşdırma üçün özü heç bir sorğu aparmır. Təşkilat başqa qurumların mövcud dəyərlərdirmələrini bir yerə toplayaraq, onların orta məxrəcini çıxarır. Bu ilki sənəddə Azərbaycanla bağlı yeddi mənbədən istifadə edilib. Məsələn, Dünya Bankının, Dünya İqtisadi Forumunun, “Freedom House” və digər təşkilatların dəyərləndirmələrini göstərmək olar. Bu qurumları əsasən iki qrupa bölmək olar: iqtisadi və siyasi sahədə fəaliyyət göstərən təşkilatlar. İqtisadi sahədə olan mənbələrdə Azərbaycanın göstəriciləri yüksəkdir. Bildiyiniz kimi, iqtisadi sahədə olan göstəricilər obyektiv rəqəmlərə əsaslanır. Siyasi təşkilatlar tərəfindən aparılan dəyərləndirmələr isə əsasən subyektiv yanaşmaya arxalanır.
- Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Azərbaycan bütün beynəlxalq və yerli təşkilatlarla əməkdaşlığa yüksək qiymət verir. Belə əməkdaşlıq Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın tərkib hissəsidir. Strategiyada göstərilən tədbirlərin həyata keçirilməsində qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar tərəfdaşlar kimi müəyyən edilib. “Transparency İnternational” təşkilatı ilə sıx əməkdaşlıq qurulub. Azərbaycanda bu təşkilatın beş regional ofisi fəaliyyət göstərir. “Transparency İnternational” təşkilatı digər ölkələrdən olan nümayəndələri üçün ALAC (İctimai Maraqların müdafiəsi və hüquqi məsləhət mərkəzi) layihəsi üzrə treninqlərini məhz Azərbaycanda təşkil edir və bu sahədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Eyni zamanda, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və “Transparency İnternational” təşkilatı, həmçinin QHT-lərin Əməkdaşlıq və Məlumat Şəbəkəsi çərçivəsində də əməkdaşlıq edirlər. Hökumət Şəbəkə vasitəsi ilə vətəndaş cəmiyyəti institutları ilə açıq dialoq qurmağa nail olub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

