Azərbaycanın yeni çağırışları, təşəbbüsləri dünyada yüksək qiymətləndirilir və dəstəklənir
11.07.2020 [09:37]
Milli Məclisin deputatı Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib
- Pərvin xanım, ölkə Prezidenti İlham Əliyevin pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini gündəmə gətirməsi COVID-19-a qarşı beynəlxalq mübarizəyə nə kimi töhfələr verəcək?
- Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı yeni çağırışlarları, təşəbbüsləri, əməli addımları bütün dünyada yüksək qiymətləndirilir və dəstəklənir. Daim müasir dövrün çağırışlarına uyğun istər daxili, istərsə də xarici arenada strateji uğurlarını durmadan artıran Azərbaycan yer kürəsinə qara kabus kimi çökən pandemiya ilə mübarizədə bəşəri ideyalara sadiqliyini bir daha göstərdi. Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə "COVID-19-a qarşı birlikdəyik" mövzusunda videokonfrans formatında keçirilən Zirvə görüşü dünyasiya sətçilərinin əsas mövzusuna, kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrildi. 120 üzv dövlətin yekdil dəstəyi ilə dünyanı çalxalayan koronavirus pandemiyası ilə mübarizəyə həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyev koronavirus pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyin xatırladaraq, bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problem olduğunu vurğuladı. Dünya birliyinin məsuliyyətli üzvü kimi Azərbaycan diqqəti COVID-19-a qalib gəlməyin mümkünlüyünə, ümumi evimizin-planetimizin üzərinə qara kabus kimi çökən bəlanın öhdəsindən qarşılıqlı dəstək və birgə səylərlə gəlməyin yollarına yönəltdi.
“Gözəgörünməz "düşmən"in - COVID-19- un topsuz-tüfəngsiz hücumlarına qarşı birgə tədbirlər görmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.
- Koronavirus pandemiyası ilə mübarizə məsələləri ilə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına necə təsir göstərəcək?
- Ölkəmiz mütəmadi olaraq nüfuzlu beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi edib, regional və qlobal əhəmiyyətli məsələlər, qlobal proseslər Azərbaycanda müzakirə obyektinə çevrilib. Belə ki, ölkəmiz öz təklif və təşəbbüsləri ilə sivilizasiyalararası dialoqun inkişafına, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələr verib. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu kimi mühüm tədbirlər, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu yarışlar məhz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanda keçirilib.
Beynəlxalq müstəvidə qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edən, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradan tədbirlər Azərbaycanın beynəlxalq müstəvidə artan rolunun və yüksək nüfuzunun bariz nümunələrini təşkil edir.
Koronavirus pandemiyasının tüğyan etdiyi bu çətin dövrdə Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağırılması barədə qərarının qəbul edilməsi ölkəmizin və onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsin daha bir nümunəsi oldu. Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük etimad və inam göstərməsindən irəli gəlir.
Ölkə Prezidentinin təşəbbüsü Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu. Eyni zamanda dövlət başçısının bu siyasi addımı onun yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdi.
Sözsüz ki, pandemiya əbədi deyil, tədricən zəifləyəcək, aradan çıxacaq. Dünya ölkələri bu amansız bəlaya qarşı həmrəy olmaqla, güclərini birləşdirməklə qalib gələcəklər. Azərbaycan dövləti isə dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi tarixdə qalacaq.
- Ölkə Prezidenti İlham Əliyevin koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi 130 dövlət tərəfindən dəstəkləndi, Ermənistandan başqa…
- Azərbaycan dövlətinin qlobal problemə çevrilən qorxunc virusa qarşı mübarizə tədbirlərində həmrəylik təşəbbüsündən narahat olan yeganə dövlət – mənfur qonşularımız oldu. Həmişə olduğu kimi, bu dəfə də mənfur qonşularımız öz məkrli siyasətindən, xudbin niyyətindən əl çəkmədi. ErmənistanAzərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi. Qoşulmama Hərakatı Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu nəzərə alsaq Ermənistanın bu reaksiyası gözlənilənidi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

