Vüqar Səfərli: Ötən bir il ərzində çox iş görsək də, qarşımızda hələ çox vəzifələr durur
17.07.2010 [11:12]
- Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlamasından bir il ötür. Keçən dövr ərzində fond tərəfindən görülən işləri necə qiymətləndirirsiniz?
- Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlamasından bir il ötür. Fondun mətbuata ilk töhfəsi ötən il mətbuat günündə oldu. O zaman ölkə başçısının təşəbbüsü ilə 39 mətbuat orqanına ümumilikdə 390 min manat məbləğində birdəfəlik yardım göstərildi. Daha sonra fond ilk layihə müsabiqələrini elan etdi və həmin müsabiqələrin nəticəsi olaraq 55 mətbuat orqanı qalib gələrək mükafatlandırıldı. Sual oluna bilər - atılan addımlar jurnalistlərə nə verdi? Birincisi, onu deyə bilərəm ki, indiyədək bir çox jurnalist təşkilatları qrant layihələri həyata keçirmişdi. Lakin qəzet redaksiyalarının demək olar ki, 90 faizi bu layihələrin nə olduğunu bilmirdi. Biz layihələri gerçəkləşdirmək məqsədilə birinci növbədə treninqlər keçirdik. Burada məqsəd layihələrdə iştirak etmək niyyətində olan təşkilatları maarifləndirməkdən ibarət idi. Bu işdə birinci olduğumuz üçün layihələrin həyata keçirilməsində bəzi çətinliklərimiz oldu. Lakin, buna baxmayaraq, xarici təşkilatların və inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanaraq bu addımı gerçəkləşdirdik. ötən il fond tərəfindən 63 layihə həyata keçirilib. Tərəfimizdən redaksiyalara 50-dən çox kompüter dəsti, fotoaparatlar və digər ləvazimatlar hədiyyə olunub. Bu isə redaksiyaların maddi texniki bazasının yaxşılaşdırılmasına xeyli kömək edib. Digər tərəfdən jurnalistlərin peşəkarlığını artırmaq məqsədi ilə fond tərəfindən iki müsabiqə keçirilib. Həmçinin, Bakı Dövlət Universitetinin müraciəti əsasında Azərbaycan jurnalistikasının tarixini özündə əks etdirən “Azərbaycan Mətbuat Tarixi Antologiyası” kitabını nəşr etdirdik. Bu kitabları bütün ali təhsil ocaqlarına və jurnalist təşkilatlarına paylamaq niyyətindəyik. Bundan başqa ötən dövr ərzində fond tərəfindən fərdi jurnalistlər arasında yazı müsabiqələri həyata keçirilib. Bu müsabiqələrin 33 qalibi olub. Həmin qaliblərin hər birinə 1000 manat mükafat və fondun fəxri diplomu verilib. Biz bu müsabiqələri daha önəmli hesab edirik. Ona görə ki, bu gün jurnalistlərin əmək haqları çox aşağıdır. Fond olaraq hesab edirik ki, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq və onların peşəkarlığını daha da artırmaq üçün belə müsabiqələrin keçirilməsi zəruridir. Məhz bunu nəzərə alaraq bu cür müsabiqələrin sayını artırmaq barədə qərar qəbul etmişik. Hər bir jurnalist bu müsabiqələrdə iştirak edə bilər. Milli mətbuatımızın yaranmasının 135-ci ildönümü ilə əlaqədar artıq növbəti müsabiqə elan edilib. Bu müsabiqə 17 istiqamət üzrə keçirilir. Hər istiqamət üzrə iki qalib müəyyən olunacaq. İlin sonunadək daha bir müsabiqənin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, fondun əsas fəaliyyəti kütləvi informasiya vasitələrinin inkişafına dair dövlət konsepsiyası əsasında aparılır.
- Fondun illik büdcəsi nə qədər olub?
- Kütləvi informasiya vasitələrinin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Keçən il fondun fəaliyyəti üçün 1 milyon 300 min manat vəsait ayrılmışdı. Bu il isə ötən ildən fərqli olaraq 2 milyon manat məbləğində vəsait ayrılıb. Həmçinin, o vəsaitlərdən əlavə daha 1 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da mətbuatın yaranmasının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsinə və jurnalist təşkilatlarına birdəfəlik yardımın edilməsi üçündür. İnanırıq ki, gələcəkdə də bu vəsaitin miqdarı getdikcə artacaq və Azərbaycanın mətbuatı hər zaman dinamik inkişafda olacaq.
- Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qarşısına qoyduğu vəzifələri nə dərəcədə həyata keçirə bildi? Görülən işlər şəxsən sizi qane edirmi?
- Qeyd etdiyim kimi, fond bir ildir yaranıb. Azərbaycan Müstəqil Dövlətlər Birliyində yeganə ölkədir ki, burada mətbuatın inkişafına kömək etmək məqsədilə belə bir fond yaradılıb. ölkəmizdə belə bir təcrübə olmadığı üçün fond yaranan zaman bəzi çətinliklərimiz oldu. Lakin, buna baxmayaraq, bu çətinliklərin öhdəsindən gəlməyə çalışırıq. Keçən müddət ərzində çox iş görmüşük, lakin qarşımızda hələ çox böyük vəzifələr durur. Biz getdikcə fondun fəaliyyətini daha da təkmilləşdirmək üzərində çalışırıq. Bu gün media qurumları bizə dayaq nöqtəsi, ümid yeri kimi baxır, çalışırıq ki, o ümidləri doğruldaq. Birdən-birə hər şeyi etmək mümkün deyil. Etiraf etməliyəm ki, jurnalistlərin problemləri çoxdur. Lakin, bizim fondumuz qısa zaman kəsiyində bu problemləri həll etmək iqtidarında deyil. Mən xarici ölkələrdə tez-tez oluram. Avstriyada bizim fondumuza oxşar bir fond fəaliyyət göstərir. Həmin fondun bir illik büdcəsi 13 milyon avrodur. Ondan fərqli olaraq İsveçdə medianın inkişafına bir ildə 55 milyon pul ayrılır. Maraqlısı ondadır ki, adını çəkdiyim ölkələrin hər birində 80-ə yaxın qəzet var. Lakin bizdə 4200-dən artıq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. 300-dən artıq qəzet hal-hazırda fəaliyyət göstərir. İndi özünüz düşünün, hər bir mətbuat orqanı bizdən nə isə gözləyir. Onların hamısı elə düşünür ki, biz onlara yardım etməliyik. Lakin bu, belə deyil. Biz, fondumuzun adından da göründüyü kimi, kütləvi informasiya vasitələrinin inkişafına dəstək veririk. Məqsədimiz ictimai rəy formalaşdırmaq bacarığına malik olan, tanınmış media qurumlarına kömək etmək, onların inkişafına təkan verməkdən ibarətdir. Bu gün heç bir yerdə tanınmayan, ictimai fikir formalaşdırmaq qabiliyyətinə malik olmayan mətbu orqanlara yardım edə bilmərik. Onlar əvvəlcə inkişaf yolu keçməli, sonra isə bizdən yardım gözləməlidirlər. Bu, hər yerdə belədir. Bayaq adını çəkdiyim ölkələrdə belə, böyük tirajla satılmayan qəzetlərə heç bir yardım göstərilmir. İnanıram ki, yaxın illərdə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri inkişaf etmiş ölkələrin media qurumları ilə eyni səviyyədə olacaq.
- KİV tərəfindən təqdim olunan layihələr və onların icra vəziyyəti sizi qane edirmi?
- Xeyr, qane etmir. Biz bu istiqamətdə bir çox çətinliklərlə qarşılaşırıq. çünki, həmin layihələr həyata keçirilən zaman hesabatların verilməsində ciddi problemlər yaranır. Əgər dövlət bu vəsaiti ayırıbsa, onun hara xərclənməsi barədə hesabat verilməlidir. Biz hansı təşkilata nə qədər pulun ayrılması və o vəsaitin hara sərf edilməsi barədə layihələrin yekununda Maliyyə Nazirliyinə hesabat veririk. Qəzetlərin bu istiqamətdə təcrübəsi olmadığı üçün birinci layihələrdə bu istiqamətdə problemlər oldu. Lakin indi yavaş-yavaş işlər qaydasına düşür.
- Qarşıdan milli mətbuatın 135 illik yubileyi gəlir. Fond bununla bağlı hansı tədbirləri keçirməyi planlaşdırır?
- Bildiyiniz kimi, Prezident İlham Əliyev iyunun 10-da milli mətbuatımızın yaranmasının 135 illik yubileyinin geniş formada keçirilməsi barədə Sərəncam imzalayıb. Həmin Sərəncamda bu tədbirlərin keçirilməsi Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fonduna, Mətbuat Şurasına və bir neçə rayonun İcra Hakimiyyəti rəhbərlərinə həvalə olunub. Sərəncamın icrası və Sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tədbirlər planı imzalayıb. Bu tədbirlər planında respublikanın 8 regionunda yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub. Artıq Zərdab, Şəki, Yevlax rayonlarında, Gəncə və Lənkəran şəhərlərində geniş tədbirlər keçirilib. Bu tədbirlər digər regionlarda da davam etdiriləcək. İyulun 22-də isə media nümayəndələrinin geniş tərkibdə toplantısının keçirilməsi nəzərdə tutulub. Bu, böyük bir bayramdır. Mən bir daha Azərbaycanın bütün media qurumlarını, hər bir jurnalisti qarşıdan gələn bayram münasibətilə təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

