Kazım Abdullayev: Azərbaycan mədəniyyəti, incəsənəti üçün bundan da çox işlər görə bilərdim
06.04.2024 [10:45]
Azərbaycan teatrının və kinosunun zəhmli, əsəbi obrazıdır o. Adətən, ilk görünüş aldadıcı olur axı. Xalq artisti Kazım Abdullayevin zəhmli görünüşü də hərdən onu ilk dəfə tanıyanları, ya da elə ekrandan, səhnədən görən tamaşaçıları aldada bilir. Yəqin buna görədir rejissorlar da onu daha çox bu cür obrazlarda görürlər. Əslində isə Kazım müəllim son dərəcə mehriban, qayğıkeş, ünsiyyətcil, gənclərə bacardıqca dəstək olan bir insandır. Bunu tək mən demirəm, onu illərdir ən yaxından tanıyan dostları, iş yoldaşları, əzizləri deyirlər. Onunla söhbət də hər zaman xoş, hər zaman özəldir.
Bu gün Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı və təqaüdçüsü, kino və teatr aktyoru Kazım Abdullayevin doğum günüdür. Onun 71 yaşı tamam olur. Bu münasibətlə sevilən sənətkarımızla “Yeni Azərbaycan” qəzet üçün ad günü söhbəti etdik.
Söhbətimizə təbii ki, hörmətli Xalq artistimizin ad gününü təbrik edərək başladıq və soruşduq ki, görəsən, 71 yaşında özünü necə hiss edir? Cavabını özündən oxuyaq:
“Əvvəla, “Yeni Azərbaycan” qəzetinin əməkdaşlarını və oxucularını salamlayıram. Təbrikiniz üçün təşəkkür edirəm. O ki qaldı sualınıza, bu yaşda özümü pis hiss etmirəm. Düzdür, son zamanlar bir az tənginəfəsliyim yaranıb. Amma bu da əməliyyatdan sonra yaranan problemdir, keçib gedəcək. Şükür Allaha, yaxşıyam”.
Söhbətimiz zamanı məlum oldu ki, Kazım müəllimin ad günləri ilə arası heç də yaxşı deyil. O da ad günlərinin ömürdən ömür apardığını düşünənlərdəndir, deyəsən:
“Ad günləri ilə, demək olar ki, aram yoxdur. Adi günlərdən heç də fərqlənmir. Ad günü bir yaş da böyümək, bir yaş da qocalmaqdır mənə görə. Ona görə də ad günlərimi heç zaman xüsusi qeyd etməyi sevməmişəm”.
Bəli, aktyor ad günlərini qeyd etməyi sevmir. Amma onu sevənlər onun doğulduğu günü qeyd etməyi unutmurlar, əlbət. Onlardan biri də mərhum sənətkarımız Azərpaşa Nemətov olub. Kazım müəllim deyir ki, onunla keçirdiyi son ad günü unudulmazlardandır:
“Sonuncu ad günüm - 70 illik yubileyim mənim üçün unudulmaz oldu. Çünki mərhum rejissorumuz, bədii rəhbərimiz Azərpaşa Nemətovun ölümündən 3 gün qabaq mənim ad günüm oldu. O, mənim yubileyimi teatrda təntənəli sürətdə qeyd etdi, haqqımda çox gözəl fikirlər səsləndirdi. Allah rəhmət eləsin mərhum sənətkarımıza. Onunla keçirdiyimiz yubileyim unudulmazdır”.
Səhnə aktyorun Vətəni, hüzur yeri, evidir. Xüsusən, Kazım Abdullayev kimi, ömrünü teatra həsr etmiş sənətkarlarımız üçün səhnədən əziz, səhnədən müqəddəs yer yoxdur, şübhəsiz. Kazım müəllim üçün ən gözəl ad günləri də elə səhnədə tamaşaçı qarşısında rollarını canlandırdığı günlərdir:
“Demək olar ki, bütün ad günlərim səhnədə keçib. Elə bu gün də səhnədəyəm, tamaşam var. Onun da öz ləzzəti var. Çünki mən öz sevdiyim, arzuladığım işlə, sənətlə məşğul oluram. Ona görə də mənim üçün ad günümdə səhnədə olmaq, tamaşalar qarşısında çıxış edib onların alqışlarını qazanmaq ən böyük xoşbəxtlikdir. Təkcə 60 illik yubileyimi qeyd etmişəm. Ondan sonra heç zaman ad günü qeyd eləmək marağım olmayıb. Nə bilim. İnsanlar var özlərini təriflətməyi sevirlər. Mən isə əksinə, tərif xoşlayan adam deyiləm”.
Yaşadığı ömrü çox sevir Kazım Abdullayev. Başıdik, alnıaçıq, ürəyi fərahdır. Çünki ta ilk gündən sevib-seçdiyi, bütün ömrü boyu xəyanət etmədiyi, heç nəyə dəyişmədiyi sənəti də onu sevdi, ona sadiq qaldı. Ona görə də arxaya boylanarkən peşmanlıqlar deyil, “yaxşı ki”lər gülümsəyir üzünə:
“Ömür elə tez gəlib getdi ki, adam bilmir nə vaxt yaxşı oldu, nə vaxt pis. Hər halda, mən ömrüm boyunca öz sevib-seçdiyim sənətimlə məşğul olmuşam. Bu sənətlə dolanmışam, uşaqlarımı böyütmüşəm, oxutmuşam. Hər şeyi öz sənətimlə etmişəm. Heç də peşman deyiləm. Yenidən dünyaya gəlsəydim, yenə də bu yolu gedərdim. Təbii ki, müəyyən yerlərdə bəzi redaktələr edərdim, amma yenə də bu cür yaşayardım.
Ömrümü pis qiymətləndirmirəm. Düzdür, çox əziyyətlər çəkmişəm. Azərbaycan mədəniyyəti, incəsənəti üçün bundan da çox işlər görə bilərdim, amma yenə də nələrsə etmişəm.
İndiki yaşımda məni ancaq sağlamlıq qayğılandırır. Sağlamlıq yerində olandan sonra hər şey düzələcək. Mən Allahdan yalnız sağlam ömür istəyirəm ki, öz sənətimi davam edim, hələ ki, tamaşaçılardan ayrılmayım, rollarımı oynayım”.
Hərdən elə günlər, aylar, hətta illər olur ki, insan onun haqqında “ömrümə yazılmasın” deyir. Şübhəsiz, Kazım Abdullayev ömrü də bu cür günlərdən xali deyil. Amma nikbin sənətkarımız yalnız gözəllikləri xatırlamaq, gözəlliklərlə yaşamaq tərəfdarıdır:
“Əlbəttə ki, 71 yaş az yaş deyil. Bu illərdə mənim də belə günlərim, anlarım olub. Amma çalışmışam ki, onları yadda saxlamayım. Olub, keçib. Pis günləri unudaq, yalnız gözəl günlər qalsın xatirəmizdə”.
Şahanə MÜŞFİQ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

