5 aprelin “hərbi gizlinləri”...
09.04.2024 [09:50]
ABŞ-Aİ cütlüyünün “iqtisadi dəstək” görüntüsü illüziyadır
Aprelin 5-də Brüsseldə baş tutan üçtrəfli görüşdə Ermənistan ilə ABŞ-Aİ cütlüyü arasında hərbi əməkdaşlığa və ya işbirliyinə yönəlik müzakirələrin aparılması istisna edilmir. Düzdür, görüşlə bağlı yayılan xəbərlərdə konkret hərbi istiqamətli predmetlər yer almasa da, bəzi nüanslardan aydın olur ki, tərəflər arasında bəzi gizli sövdələşmələr aktual ola bilər. Hətta Qərbin nüfuzlu “Politiko” nəşri də yazıb ki, Brüssel görüşü ərəfəsində Ermənistan Aİ və ABŞ-a Azərbaycanın silahlanmasına dair “sənədlər” təqdim edib. Bu fakt bir daha göstərir ki, Brüssel görüşünün təşkilatçıları inkar etsə də, 5 aprel görüşündə hərbi komponentlər mövcuddur.
İqtisadi balans Qərbin əleyhinədir...
Görüşün məhz pərdə arxasında, ikinci planında hərbi müzakirələrin edilməsini isbat edən ən əsas fakt ortadakı vizual görüntüdür - Aİ və ABŞ israrla Ermənistanla iqtisadi əlaqələri gücləndirmək və ya “mübadilə” məsələlərini önə çəkməyə çalışır. Amma ortada real fakt var. Ermənistanın iqtisadi gücü, ixrac potensialı nə Qərbə doğru istiqamətlənməyib, nə də Qərb investisiyasına uyğunlaşdırılmayıb. Əgər söhbət, Aİ-nin Ermənistana 4 il ərzində “pay” verəcəyi 270 milyon dollardan gedirsə, bu məbləğin dizi üstə olan Ermənistan iqtisadiyyatını “reanimasiyadan” çıxarma gücünə malik olacağı inandırıcı deyil. Yəni 270 milyon dollar bu dövlətin hansı probleminə həsr edilə bilər ki, Ermənistan qısa zamanda Qərbin ən yaxın iqtisadi partnyoru statusunu qazansın. Ortada real faktlar mövcuddur - Qərbin Ermənistanın iqtisadi dövriyyəsindəki payı ildən-ilə azalır. Rəsmi İrəvanın 2023-cü ilin 11 ayı ərzində MDB ölkələri ilə xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz artaraq 6 747 186,1 min ABŞ dolları təşkil edib. Ermənistanın ən böyük xarici ticarət tərəfdaşları isə Rusiya olub - 2023-cü ilin yanvar-noyabr ayları üçün ticarət dövriyyəsinin həcmi - 6 321 898,6 min dollar təşkil edib. 2023-cü ilin 11 ayında Ermənistanın Aİ ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi isə cəmisi 2 486 477,0 min dollar təşkil edib. Respublikanın Avropa ölkələri arasında ən böyük ticarət tərəfdaşı Almaniyadır ki, bu da Rusiya ilə ticari rəqəmdən 6 dəfə azdır - cəmisi 586 milyondur. Belə olan halda, hansı iqtisadi partnyorluqdan və ya “iqtisadi gücün birləşdirilməsindən” danışılır?
Beləliklə, görüşün iqtisadi “təməllər” üzərində qurulması mifi rəqəmlərdən də göründüyü kimi inandırıcı fakt sayıla bilməz. Ermənistanın sosial-iqtisadi xilasında bu gün daha çox post-sovet məkanı real rol oynamaq iqtidarındadır. Ai isə cəmisi 270 milyon dollar “ianə”yə görə bu boyda “təmtəraq” yaratmaz...
Gizli mahiyyət hərbi razılaşmalardır
Görünən real mənzərə ortadadır: Avropa İttifaqı regionda artan gərginlik şəraitində Ermənistanı MDB orbitindən, dolayısı ilə Rusiyanın orbitindən çıxarmağa hədəflənən mühüm plan üzərində işləyir. Bunun üçün isə ilk növbədə Ermənistanı hərbi cəhətdən “dirçəltmək” niyyətindədir. ABŞ-ın bu məsələdəki rolu isə vurğulandığı kimi “vizual görüntü”nün daha da “dəqiq fokusla” ifadəsindən uzağa getmir. Başqa sözlə, ABŞ ilə birgə hərbi təlim görüntüsü, Ermənistan siyasi rəhbərliyinin “NATO hərbi sisteminə transorfmasiya” ilə bağlı fikirləri, dövlətin təhlükəsizliyi ilə bağlı balansın Qərbin lehinə dəyişdirilməsi cəhdləri, sərhədlərin qorunması məsələsində ABŞ-Aİ hərbi kontingentinin rol oynaya bilmə imkanlarının təftişi onu göstərir ki, 5 aprel görüşünün əsas mahiyyəti gizli hərbi danışıqlar, razılaşmalar və “pakt”dır.
Bu plan isə qısa müddət ərzində ortaya çıxmayıb - hələ 2020-ci il Vətən müharibəsindən sonra bölgədə siyasi-iqtisadi reallıqların qurulmasına təsir imkanları əldə etmək istəyən Qərb ikili oyun oynamağı qətiləşdirmişdi - məsələn, Vaşinqtonun və Brüsselin sülhlə bağlı manipulyativ addımları da buna istiqamətlənmişdi. Eyni zamanda, onlar bölgədəki post-müharibə status-kvosunu saxlamaq üçün ciddi səylər göstərirdilər. Daha dəqiq desək, illərlə Azərbaycana və bütövlükdə, bölgənin inkişafına qarşı dəyənək kimi istifadə etdikləri “separatçı xunta” faktorunun aradan qaldırılmasını istəmirdilər. Amma Azərbaycanın qətiyyəti onların planını tam şəkildə sıradan çıxardı - 2023-cü il lokal antiterror tədbirləri Qərbi daha açıq “oynamağa” məcbur etdi. Bu dəfə Fransanın əli ilə Ermənistana təsir imkanlarını dəqiqləşdirən Qərb özünü himayədar qismində ortaya atdı - aylardır ki, həm Parisin, həm də Dehlinin İrəvana aktiv silah daşımasının altında məhz bu amillər dayanır.
Aİ Fransanın əli ilə Ermənistana silah verir...
Təsadüfi deyil ki, rəsmi Paris antiterror tədbirlərindən sonra Azərbaycana münasibətdə açıq ritorikaya müraciət edərək mövqeyini tam bəlli etdi - Fransa hakimiyyəti, konkret Makron hökuməti separatizmi dəstəklədiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə razılaşmadığını ortaya qoydu. Məhz həmin tədbirlərdən sonra həm bölgədəki fransız təmayüllü Aİ mülki missiyasının üzvləri və ofisləri kəskin şəkildə artırıldı - həm də “müdafiə kompleksləri” adı altında hücum silahları İrəvana daşınmağa başladı. Paris ilə yanaşı, bu prosesdə aktiv yer alan ölkələrdən biri də Hindistandır. Dehli hökuməti “iqtisadi tərəfdaşlıq” görüntüsü altında Fransa lisenziyalı silahların Ermənistana ötürülməsini təmin edir - bu silahların pulunun alınmaması, milyonlarla dollarlıq “tədavülün” maddi qarşılığının olmaması bütün şübhələri cavablandırır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

