/ / İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YENİLƏNİB
İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YENİLƏNİB
29.04.2024 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanmini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Çin siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq ikitərəfli münasibətlərdə son vaxtlar böyük canlanmanın baş verdiyini qeyd etdi. Nəqliyyat sahəsində çox fəal birgə işlərin aparıldığını deyən Prezident İlham Əliyev bu baxımdan Transxəzər nəqliyyat dəhlizinin Orta Dəhlizin bir hissəsi olduğunu vurğuladı. Dövlətimizin başçısı sərmayə qoyuluşu nöqteyi-nəzərindən yaxşı irəliləyişin olduğunu dedi. Belə ki, Çin şirkətləri Azərbaycana daha böyük həcmdə sərmayə qoyur. Dövlətimizin başçısı, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan-Çin məsləhətləşmələrinin aparıldığını vurğuladı. Prezident İlham Əliyev humanitar sahədə də gündəliyin kifayət qədər geniş olduğunu bildirdi, Yan Vanminin ölkəmizə səfərinin əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
Qəbula görə minnətdarlığını bildirən qonaq, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş etdi.
Yan Vanmin Ulu Öndər Heydər Əliyevin və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkədə siyasi sabitliyin bərqərar olunduğunu, iqtisadi yüksəlişin əldə edildiyini, əhalinin rifah halının yüksəldiyini və respublikamızın beynəlxalq aləmdə layiqli yerini tutduğunu vurğuladı. O qeyd etdi ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində mümkün olub.
Prezident seçkilərində qalib gəlməsi münasibətilə bundan əvvəl təbrik məktubu göndərdiyini məmnunluqla xatırlayan qonaq İlham Əliyevin yenidən prezident seçilməsini Azərbaycan xalqının ona olan etimadının nəticəsi və gələcəyə inamının təzahürü kimi dəyərləndirdi.
Diplomatik münasibətlərimizin qurulmasından ötən dövr ərzində əlaqələrimizin sabit şəkildə inkişaf etdiyini deyən Yan Vanmin ikitərəfli münasibətlərimizin möhkəmlənməsində dövlətimizin başçısının Çinə səfərlərinin, Si Cinpinlə görüşlərinin və iki ölkə rəhbəri arasında çox gözəl şəxsi münasibətlərin rolunu xüsusi qeyd etdi.
Azərbaycanın Çin üçün çox vacib tərəfdaş olduğunu vurğulayan qonaq ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bildirdi. Qeyd etdi ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və bu baxımdan o, Transxəzər dəhlizinin bu təşəbbüsün reallaşmasına, ümumilikdə Azərbaycanın bütün nəqliyyat qovşağının inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.
Yan Vanmin ölkəsinin Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə göstərilən hörməti hər zaman dəstəkləyəcəyini vurğuladı, ölkələrimiz arasında qarşılıqlı etimadın daimi olacağına əminliyini bildirdi.
COP29-un təşkilində də Çinin Azərbaycana dəstəyini qeyd edən qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tədbirin uğur qazanacağına inamını ifadə etdi.
Ulu Öndərin ölkələrimiz arasında münasibətlərin inkişafında roluna bir daha toxunan qonaq dedi: “Biz Çin-Azərbaycan münasibətləri haqqında danışarkən Sizin atanız Heydər Əliyevin töhfələrini unuda bilmərik. Çin xalqı çox yaxşı xatırlayır: Heydər Əliyev Prezident seçildikdən çox qısa müddət sonra - 1994-cü ildə Çinə səfər etdi və Çinin ovaxtkı rəhbərliyi ilə birlikdə xalqlarımız arasında əlaqələrin möhkəm təməlini qoydu. Heydər Əliyev o zaman xüsusilə Çin kəndinə gedərək sadə insanlarla görüşdü. Bu, Çin xalqının yaddaşında əbədi qalacaq. Siz bu gün atanızın siyasətini davam etdirərək Çinə altı dəfə səfər etmisiniz. Çin xalqı Sizə böyük hörmətlə yanaşır”.
Qonaq Heydər Əliyev Fondu ilə uğurlu əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq 2023-cü ildə Pekin şəhərində Ulu Öndərin 100 illik yubileyinin böyük təntənə ilə qeyd edildiyini xatırladı. Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən Yan Vanmin Fondun Çinin olduqca inandığı və sıx əməkdaşlıq etdiyi bir qurum olduğunu vurğuladı. O, ötən illər ərzində Heydər Əliyev Fondu ilə bir çox birgə layihələr, xüsusilə gənclər arasında əlaqələrin genişləndirilməsi sahəsində layihələr həyata keçirdiklərini bildirdi. Yan Vanmin Fondla əməkdaşlığın daha da möhkəmlənəcəyinə və əlaqə dairəsinin genişlənəcəyinə əminliyini ifadə etdi. O, eyni zamanda, humanitar, turizm, gənclər sahələrinin, həmçinin regionlararası əməkdaşlığın inkişafı işinə də töhfə verməyə hazır olduqlarını bildirdi.
Qonaq Şanxay Əməkdaşlıq Təşkilatında əlaqələrə toxunaraq Azərbaycanın bu təşkilatda dialoq tərəfdaşı olmasının önəmini qeyd etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri ilə dəfələrlə keçirdikləri görüşlərin ikitərəfli münasibətlərin inkişafına güclü təkan verdiyini vurğuladı. Si Cinpinlə son dəfə keçirdiyi görüşü də məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüş zamanı bir çox önəmli məsələlərin müzakirə edildiyini və əməkdaşlığın perspektivlərinin təsdiq olunduğunu bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafına, parlaq gələcəyinə çox inanırdı və buna nail olmaq üçün böyük səylər göstərirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, 1994-cü ildə Ümummilli Liderin Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməlini qoyub. Öz növbəsində Ulu Öndərin siyasətini bütün sahələrdə davam etdirən bir şəxs kimi Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, birgə səylər nəticəsində müəyyən olunmuş möhkəm əməkdaşlıq çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək.
Prezident İlham Əliyev Yan Vanminin rəhbərlik etdiyi assosiasiya ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən sıx əməkdaşlığın əlaqələrimizin inkişafına böyük töhfə verdiyini bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Si Cinpinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsi ölkəmiz tərəfindən tam dəstəklənir və biz Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturunu yaradaraq qonşu ölkələrlə də təmaslar əsnasında bu layihənin həyata keçirilməsi istiqamətində səylərimizi əsirgəmirik.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

