Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əlcəzairin Fransadan tələbi: Mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır

Əlcəzairin Fransadan tələbi: Mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır

01.06.2024 [10:10]

Bu günlərdə Fransa yüz illiklər boyunca öz təsir dairəsində saxladığı müstəmləkə ölkələrində törətdiyi saysız-hesabsız cinayətlərə görə daha bir ittihamla üzləşib. Söhbət bu ölkənin keçmiş müstəmləkələrindən olan Əlcəzairin Fransanın oğurladığı mədəni sərvətlərini geri qaytarmaq tələbindən gedir. Əlcəzair müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını artıq Fransaya təhvil verib. Bu barədə “Agence France-Presse” məlumat yayıb.

1,5 milyonluq şəhidlər ölkəsi

Əhalisinin sayı 44 milyona çatan Əlcəzair təbii resurslarla zəngin ölkədir və yerləşdiyi Afrika qitəsinin ən böyük beşinci iqtisadiyyatına malikdir. Ölkə təbii qaz, neft istehsalçısı və ixracatçısıdır. Lakin zəngin sərvətlər Əlcəzairin əhalisinə heç də həmişə xoşbəxtlik gətirməyib. İmperialist güc mərkəzləri zəngin yeraltı sərvətlərə bu və ya digər formada nəzarət etmək üçün zaman-zaman Əlcəzairə qarşı savaş açıblar.  

Əlcəzairə diş qıcayan imperialist dövlətlər sırasında Fransa həmişə xüsusi fəallığı ilə seçilib. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Yelisey Sarayının Əlcəzairə münasibəti işğal etdiyi digər ərazilərdən tamam fərqli olub. Belə ki, hər nə qədər olsa da, digər ərazilərin müstəmləkə olduğunu qəbul edirdi. Əlc?zairə gəldikdə isə Yelisey Sarayı bu ölkəni Fransanın bir parçası sayırdı. Bu da Parisin Əlcəzairlə bağlı xəbis niyyətinin ifadəsi idi. Fransa bu ideyanı təşviq etməklə və beynəlxalq ictimaiyyətə qəbul etdirməklə burada sümürmə siyasətinə tam hüquqi əsaslar yaratmağa nail olmaq məqsədi güdürdü. Əgər bu ideya qəbul olunsa idi, şübhəsiz ki, heç kim Fransanı Əlcəzairdə törətdiyi əməllərə görə qınamayacaqdı, bunlar onun daxili işi sayılacaqdı.

Fransa Əlcəzairi 1830-cu ildə işğal edib və qanlı izləri indi də qalan bu işğal 1962-ci ilədək sürüb.Yelisey Sarayının uzun zaman kəsiyini əhatə edən işğalçılıq siyasəti müqayisəyəgəlməz dərəcədə mürtəce səciyyə daşıması ilə fərqlənib. Sərvətlərin talanması, yerli əhalidən ucuz işçi qüvvəsi kimi istifadə edilməsi bir yana qalsın, abor?gen sakinlərə qarşı məqsədli soyqırımı törədilib. Əlcəzair “1,5 milyonluq şəhidlər ölkəsi” adlandırılır. Bəli, Paris burada mövcudluğu dönəmində kütləvi qətliamlara əl atıb. 1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam öldürülüb. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib. 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli həyatını itirib, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə ‘Sena qətliamı” kimi daxil olub. 2017-ci ildə Əlcəzairin insan hüquqlarının qorunması assosiasiyasının yaydığı hesabatda bildirilir ki, ümumilikdə bu ölkənin 10 milyon vətəndaşı Fransa müstəmləkəçiliyinin qurbanı olub.

Qətliamların siyahısı çox uzundur. Etdiklərindən utanmaq əvəzinə, Fransa 2005-ci ildə Əlcəzairdə qəddar müstəmləkəçiliyi alqışlayan qanun qəbul edib. Parisin rəsmi hesabatında Fransanın hərəkətlərini “insanlığa qarşı cinayət” kimi tanımasından və “tövbə” sözünün işlədilməsindən imtina edilib. Fransa tarixi səhvlərini qəbul etməli və cinayətlərini boynuna almalıdır. İndi növbə prezident Emmanuel Makronundur. Bu gün dünyaya “demokratiya dərsi” keçməyə çalışan Emmanuel Makron hakimiyyəti Fransanın Əlcəzairdə və digər müstəmləkə ölkələrində törətdiyi cinayətlərə görə nə vaxt üzr istəyəcək? Həm də Fransa məsuliyyətini dərk edərək Əlcəzairə təzminatlar ödəməlidir. E.Makron üzr istəməyə və təzminatlar ödəməyə tələsməsə də, bu, gec-tez baş verəcək. 

Milli diskriminasiya, mədəni sərvətlərin talanması

Fransanın Əlcəzairdə apardığı qatı müstəmləkəçilk siyasətindən milli diskriminasiya və mədəni sərvətlərin talanması qırmızı xətt kimi keçir. Bəli, bu gün Fransanın Luvr və digər muzeyləri sərgilənən eksponatlarla çox zəngindir, sözün əsl mənasında adamı valeh edir. Lakin bu eksponatların heç də hamısı Fransanın tarixinə və milli mədəniyyətinə aid deyil. Həmin muzeylərdə eyni zamanda müstəmləkə ölkələrindən müxtəlif bəhan?lərlə Parisə daşınan mədəni irs də nümayiş etdirilir. Bunun bir adı var: Oğurluq. 

Əlcəzair tərəfindən Parisə təqdim olunan siyahıya Fransanın müxtəlif muzeylərində saxlanılan artefaktlar daxildir. Bunlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonunadək olan dövrə aiddir. Bundan əvvəl Əlcəzair Prezidenti Əbdülməcid Tebbun deyib ki, mədəni irs güzəşt və kompromis mövzusu olmamalıdır. Onun sözlərinə görə, Əlcəzair bu məsələlərə obyektiv baxılmasını gözləyir. Ümumiyyətlə Əlcəzairin Fransadan ehtimal olunan tələblərinin siyahısı çox genişdir. Bu sırada aşağıdakıları sadalaya bilərik. 

-Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib ki, onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın ödənilməsi məsələsindən də boyun qaçırır,

-Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Nəticədə, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön sıralarda dayanır,

-Yerli xalqa qarşı diskriminasiyanın etiraf olunması. Əlcəzair xalqı öz tarixində müxtəlif istilalara məruz qalıb. Ancaq Fransanın işğalı onların heç birinə bənzəmirdi. Fransanın hərbi-siyasi rəhbərliyi “Əlcəzairdə bizim ayağımız dəyən yerdə ot bitməyəcək” deyirdi və aboregen xalqı bir toplum kimi məhv etmək istəyirdi. Ölkənin bütün milli və İslam keçmişi məhv edilməli idi. Fransa marşallarından biri təkəbbürlə Əlcəzairdə milli köklərindən uzaq olan bir cəmiyyət qurulacağını bildirirdi. Yerli xalqlar məhrumiyyətlərə məruz qalır, gəlmələr isə münbit torpaqlarla və digər imtiyazlarla mükafatlandırılırdılar.

-Əlcəzair 1962-ci ildə müstəqillik qazananadək Fransa burada yerli xalqları həm də mədəni diskriminasiyaya məruz qoyub.  Son araşdırmalar nəticəsində aşkarlanan faktlar heç bir tənqidə sığmır.  Belə ki, qeyd olunan tarixədək Əlcəzairdə yerli əhalinin 98 faizi təhsildən kənarda qalıb. 

- Ən həssas məsələlərdən biri insan kəllələri ilə bağlıdır. Bəli, Fransadakı İnsan muzeyində təxminən 18 min kəllədən ibarət xüsusi kolleksiya nümayiş etdirilir. Bu ölkənin hərbi-siyasi rəhbərliyi həm də müstəmləkə ölkələrində, o cümlədən də Əlcəzairdə məhv etdiyi insanların kəllələrini Parisə daşıyıb onları sərgiləməyi “qəhrəmanlıq tarixi” kimi dəyərləndirir. Bu isə artıq bir mənəviyyat məsələsidir.

MÜBARİZ

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31