Heç vaxt əməl olunmayan müqavilə...
01.06.2024 [10:35]
SSRİ ilə ABŞ arasında saziş nələrə yol açdı?
Fransa istismar etdiyi bölgələrdə kimyəvi təhdid yaratmaqda davam edir
XX əsr dünyanın inkişaf tendensiyasında xüsusi yerə malikdir - bu dövr müasirliyin, texnikanın, informasiyanın və inkişafın 100 ili sayılsa da, özünün saçdığı ölüm təhlükəsi ilə də seçildi. Düzdür müharibələrə, qırğınlara, hətta kütləvi soyqırımlarına tarixin demək olar ki, bütün səhifələrində rast gəlinsə də, XX əsr bəzi özəllikləri ilə seçildi. Bugünkü yeni informasiya və kommunikasiya dövrünün əsasının qoyulduğu ötən yüzillik həm də qlobal təhdidləri və təhlükələri daha intensiv hala gətirdi. Hətta müharibələrin və silahların da profili kəskin şəkildə fərqləndi. Nüvə silahları, atom bombaları, kütləvi qırğınlar üçün “proqramlaşdırılmış” bioloji və mikro-texniki sursatlar qlobal dünyanın əsas təhdid amili kimi çıxış etməyə başladı. Maraqlıdır ki, illər ötdükcə hətta siyasi təzyiqlərin mahiyyəti belə kütləvi qırğın silahları ilə “gücləndirilir”, stimullaşdırılırdı. Acı təcrübələr isə dünya üçün böyük faciələr nəticəsində qazanılmışdı - Xirosimo, Naqasaki və digər regionlarda baş verən analoji hadisələr 100 ilə yaxın bir dövrdə kütləvi - kimyəvi qırğın silahlarının “önəmsənilməsinin” vacibliyini ortaya qoydu.
34 il öncə...
Amma çox keçməmiş hər kəs dərk etdi ki, kimyəvi silahların kütləvi istehsalı, ondan müharibə məqsədilə istifadə etmək bəşəri cinayətdir. Kimyəvi silahların istehsalı artıq insanlıq əleyhinə akt kimi qəbul edilməyə başladı - XX əsrin ikinci yarısının əvvəlində dünyanın aparıcı gücləri bu öldürücü gücə sahib olmaq uğrunda mübarizə aparırdısa, artıq əsrin sonunda kimyəvi silahların istehsalının dayandırılması ilə bağlı razılıq əldə etmək üçün masa arxasına keçirdi. Təsadüfi deyildi ki, həmin dövrdə dünyanın iki siyasi əks qütbü sayılan SSRİ ilə ABŞ-ın “yolları” da məhz bu yekdil fikirdə uzlaşmışdı. 34 il öncə, 1990-cı il iyunun 1-də SSRİ ilə ABŞ arasında kimyəvi silahların məhv edilməsi və istehsal olunmaması haqqında saziş imzalandı. Bu saziş qarşılıqlı şəkildə imtina siyasəti şəraitində bağlanmışdı və kimyəvi silahların gələcək istehsalının dayandırılmasını, eləcə də paritet əsasda tədricən utilizasiyasını nəzərdə tuturdu. Amma bu saziş dünyada az-az sazişlərdən oldu ki, heç vaxt həyata keçirilmədi...
1992-ci il noyabrın 30-da BMT Baş Assambleyası kimyəvi silahların qadağan edilməsi haqqında konvensiya qəbul etdi. Bu konvensiyanın hazırlanmasına 1970-ci illərin əvvəllərində başlansa da, yekun mətn üzrə razılaşma gecikirdi. Buna görə də ABŞ və Rusiya bir razılaşmadan digərinin xeyrinə - qlobal müqavilədən imtina etdilər. Konvensiyanı bu günə kimi, demək olar ki, bütün dünya ölkələri imzalayıb - belə qərara gəlinib ki, onlar nəinki kimyəvi silahdan istifadə etməyəcək, hətta onu istehsal etməyəcək, istehsal müəssisələrini və yığılmış ehtiyatlarını ləğv edəcəklər...
Konvensiya da imzalandı...
Amma bu belə olmadı. Hətta bir neçə il öncə Yaxın Şərqdə baş verən qarşıdurmaların birində kimyəvi silahdan istifadə ilə bağlı xəbərlər yayıldı. Bu ona dəlalət edirdi ki, bəzi dövlətlər açıq aydın şəkildə özünün “kimyəvi planlarından” əl çəkmək niyyətində deyil. Fərq onda idi ki, həmin dövlətlər özlərinin “kimyəvi arzularını” “headlend”də, yəni “ana Vətəndə” deyil, əsarətdə və istismarda saxladığı regionlarda reallaşdırmağa başladı. Burada diqqəti bir məqam çəkir - illərdir ki, istismar etdiyi Afrika ölkələrini, hətta dənizaşırılarını “əldən vermək istəməyən” Fransa son 10 ildə tez-tez kimyəvi silahlarını və ya nüvə istehsalını artırması ilə bağlı xəbər yayır. Bu isə deyilənləri təsdiqləyir - rəsmi Paris 1993-cü ildə elə Parisdə imzalanan kimyəvi silahların qadağan edilməsi haqda Konvensiyanın tələblərini pozur.
Fransa kimyəvi maddələrdən nüvə silahı istehsalı üçün fəal istifadə edir
Fransada 15 illik fasilədən sonra nüvə silahı istehsalı üçün lazım olan süni qazın- tritiumun istehsalı bərpa olunacaq. İşlərin bir hissəsi ilk dəfə olaraq ölkənin Müdafiə Nazirliyi ilə müqavilə bağlamış mülki atom elektrik stansiyasında aparılacaq. “Kommersant” qəzeti yazır ki, layihənin başlanması ilə bağlı xəbərlər ziddiyyətli siyasi siqnallarla müşayiət olunur. Bir tərəfdən, Fransa hakimiyyəti israr edir ki, bu, Ukrayna ilə bağlı hazırkı münaqişə və Paris-Moskva qarşıdurması ilə bağlı olmayan çoxdan planlaşdırılan layihədir. Digər tərəfdən, bunun Fransanın nüvə qarşısının alınması potensialının gücləndirilməsinə töhfə olduğunu ciddi şəkildə vurğulayırlar.
Bu ilin martında isə Fransa Müdafiə Nazirliyi “Electricite de France” (EDF) dövlət enerji şirkəti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, tritium istehsalı işlərinin bir hissəsi “Sivo” atom elektrik stansiyasında (Yeni Akvitaniya regionunda) aparılacaq. Sazişin imzalanması Fransanın müdafiə naziri Sebastyen Lekornunun iştirakı ilə baş tutub. Departamentin press-relizində tritium “qarşıdan gələn silahların yaradılması üçün vacib olan nadir qaz” adlandırılır. Bu ifadə altında nüvə silahları gizlənir.
“Kommersant” yazır ki, 2009-cu ilə qədər tritium Atom və Alternativ Enerji Komissarlığı (Atomun mülki və hərbi istifadəsinə nəzarət edən CEA) tərəfindən idarə olunan “Marcoul” milli nüvə tədqiqat mərkəzində (Qard bölgəsi) iki hərbi reaktorda istehsal edilirdi. EDF ilə müqavilə Fransa tarixində ilk dəfədir ki, bu qazın istehsalının bir hissəsi üçün sırf mülki obyektdən istifadə olunacaq. “Sivo” atom elektrik stansiyası EDF parkında ən yenilərindən biridir. Mütəxəssis rəyi də belə dir ki, büu addım kimyəvi silah isttehsalını daha da genişləndirməyə xidmət edir. “Tritium hidrogenin radioaktiv izotopudur və təbiətdə faktiki olaraq yoxdur. Tibb, biologiya və kimyada istifadə olunur, lakin demək olar ki, bütün müasir nüvə silahlarında da istifadə edilir. “İlkin parçalanma qurğusundan enerji hasilatını artırmaq üçün tritium lazımdır, bu texnologiya qaz gücləndirmə adlanır. Deyterium (nisbətən nadir təbii qaz) və tritium (reaktorlarda süni şəkildə istehsal olunan qaz) qazlarının qarışığından istifadə olunur. Bunun sayəsində silahların enerji-kütləvi təkmilləşməsini kəskin şəkildə artırmaq, yəni eyni gücdə onların kütləsini və ölçülərini azaltmaq və ya əksinə, gücünü artırmaq mümkündür”, - nüvə enerjisi üzrə müstəqil ekspert Valentin Gibalov “Kommersant”a izah edib.
AUKUS-da pozulan planlar...
Başqa bir maraqlı məqama isə bir neçə il öncə təsis edilmiş AUKUS hərbi təşkilatı ilə bağlı nüanslarda rast gəlirik. Bəlli olduğu kimi, AUKUS 2021-ci ildə Avstraliya, İngiltərə və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktıdır. Pakta əsasən, ABŞ və İngiltərə, Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək etməyi qəbul edirlər. Maraqlıdır ki, bu paktın imzalanmasından az sonra, 2021-ci ilin sentyabrında Fransa, Avstraliya və ABŞ-dakı səfirlərini geri çağırdı, Fransa o vaxtkı xarici işlər naziri Jan-İv Le Drian, Avstraliya-Fransa sualtı gəmi müqaviləsinin ləğv edilməsi səbəbiylə müqaviləni “arxadan bıçaqlanma” adlandırdı. Fransanın reaksiyasını Hind-Sakit okeanı regionundakı bir neçə ?ransız ərazisi və bu bölgədəki vətəndaşlarına qarşı gələcək geosiyasi təhdidlər qorxusu səbəbilə əlaqələndirirdilər.
Gerçəkdə isə, bu pakt Fransanın əsl üzünü ortaya çıxaracaqdı və yuxarıda da qeyd etdiyimiz istismar edilən ölkələrdən, dənizaşırılarından daşınan kimyəvi məhlullar, kimyəvi atqıntıları ortaya çıxaracaqdı. Bu isə Fransaya sərf etmirdi. Hətta Fransanın “planlarının” pozulması üçün Avstraliya hökuməti nüvə sualtı qayıqlarının tikintisi ilə bağlı çoxmilyardlıq müqaviləni ləğv etdiyinə görə fransız gəmi istehsalçısı Naval Group-a 585,2 milyon dollar təzminat ödəyəcəyi ilə bağlı öhdəlik belə götürdü.
Beləliklə, müasir dövrdə hələ də Fransa kimi kimyəvi təhdid yaradan ölkələr az deyil - onların zərərsizləşdirilməsi üçün isə qlobal əməkdaşlıq və tərəfdaşlıq ən vacib şərtdir...
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59

