Dünya Fransadan tələb edir!
15.06.2024 [10:40]
Xəbər verildiyi kimi, bu günlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı təşkil olunub. İki paneldən ibarət dəyirmi masa müzakirələri beynəlxalq təhlükəsizlik, diplomatiya, effektiv kommunikasiyaların rolu və dekolonizasiya, həmçinin bu günədək müasir dünyada müstəmləkəçilik nümunəsi kimi Yeni Kaledoniya mövzularına həsr edilib. Tədbir iştirakçıları Fransanın neokolonializm siyasətini kəskin şəkildə qınayıblar və onun dayandırılmasının zəruriliyinə təkidli çağırış ediblər.
Rəsmi Parisin siyasi iradəsi yoxdur
Hazırda kolonializm, onun fəsadları və neokolonializmlə mübarizə ilə bağlı qlobal gündəlikdə dayanan çağırışların aktuallığı daha da artıb. Bütün səviyyələrdə birmənalı şəkildə etiraf olunur ki, kolonializm, başqa ölkələrin sərvətlərinin talanması, qul ticarəti, sümürməçilik keçmişin utancverici qalığıdır. Müasir dünyada müstəmləkəçiliyin hansısa bir təzahürünün mövcudluğuna imkan verilməməlidir.
Ancaq bəzi dövlətlər beynəlxalq qınaqlardan yayınmaqla müstəmləkəçilik siyasətini davam etdirirlər. Belə dövlətlərin siyahısında Fransanın adını ön sırada çəkə bilərik. Milyonlarla afrikalı Fransanın qul siyasətinin günahsız qurbanlarına çevriliblər. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib.
Dəhşət saçan siyahı çox uzundur. Bununla belə, Fransa xüsusilə də Emmanuel Makronun prezidentliyi dönəmində bu ölkənin bəyan etdiyi dəyərlərlə bir araya sığmayan müstəmləkəçilik siyasətini ən mürtəce məzmunda davam etdirir. BMT tərərfindən dekolonizasiya edilməli olan ərazilərin siyahısı hazırlanıb. Həmin siyahıda Fransanın müstəmləkəsi olan çoxlu sayda ölkənin də adı var. E.Makron hökuməti isə ali beynəlxalq qurumun sənədinə hörmətsizlik nümayiş etdirir və müstəmləkə ölkələrinin onun tabeçiliyindən çıxmasına imkan vermir, hər vəchlə yaranan fürsətləri qapatmağa çalışır, talelərinin sahibi olmaq istəyən xalqların azadlıq mübarizəsini qan gölündə boğmaqdan belə çəkinmir. Yeni Kaledoniyada baş verənlər buna ən son nümunədir. Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransa hökumətinin bu yaxınlarda Yeni Kaledoniyada əsas insan haqlarını pozması Paris hökumətinin BMT Baş Assambleyasının xarici ölkələrin müstəmləkəsizləşdirilməsinə dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.
Bununla belə, artıq dünyada yeni nizam formalaşır, müstəmləkəçiliyin aradan qaldırılmasına yeni fürsətlər yaranıb. O cümlədən Fransanın Afrikada və dənizaşırı ərazilərdə apardığı sümürmə siyasətinə qarşı etirazların yeni dalğası başlayıb. Yelisey Sarayı bu etirazların qarşısını almaqda getdikcə daha aciz duruma düşür. Fransanın neokolonializm siyasətinin sonunu gətirmək üçün ona qarşı mübarizə cəbhəsi genişləndirilməli və bu məqsədlə ən müxtəlif platformalardan istifadə olunmalıdır. BTQ-nun dəstəyi ilə baş tutan hibrid tədbir də bu istiqamətdə atılan mühüm addımdır. Diqqətə çatdırılıb ki, konfransın məqsədi Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasını müzakirə etməkdir.
Yeni Kaledoniyaya dəstək davam etdiriləcək
Konfransda Yelisey Sarayının Yeni Kaledoniyada bədnam “seçki islahatları”na etiraz edən yerli kanak xalqının azadlıq mübarizəsinin yatırılmasına nail olmaq üçün ən sərt tədbirlərə əl atdığına xüsusi diqqət çəkilib. Bildirildiyi kimi, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. Tədbirdə Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox mülki şəxsin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.
Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest qeyd edib ki, Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır. Fransa Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindar deyib ki, hazırda Fransanın kolonizasiya siyasəti davam edir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.
Dünya Fransanın iyrənc müstəmləkəçilk siyasətinə biganə qalmamalıdır və qalmır da. A.Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. “Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildirir və onların seçicilərin sıralarının genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğvini tələb edirik. Biz Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyinetmək azadlığını təmin etməyə çağırırıq”, - deyə BTQ-nun icraçı direktoru vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

