Növbəti hərbi təxribat...
23.07.2024 [10:55]
Ermənistan təlimatı kimdən alır?
Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin müxtəlif beynəlxalq tədbirlər ərəfəsində və ya ondan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bu dəfə isə ermənilər Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra hərbi təxribat törədib. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - deyə məlumatda qeyd olunub.
Nazir: Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir
Göründüyü kimi, Azərbaycan regionda sülhün təmin olunması istiqamətində təşəbbüslər göstərsə də, erməni tərəfi davranışları ilə sülhə maraqlı olmadığını nümayiş etdirir. Nəzərə alaq ki, Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüş təklifindən imtina edib. Paşinyanın bu görüşdən qaçması rəsmi İrəvanın gerçək simasını göstərir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mediaya açıqlamasında bildirib ki, Ermənistanın təxribatları onun üçün yaxşı heç nə vəd etmir. “Hesab edirəm ki, bu, qəbuledilməzdir. Son aylar ərzində iki ölkə arasında sərhəddə stabil vəziyyəti müşahidə edirdik. Normallaşma istiqamətində işlər aparılır. Aprel ayından başlayaraq delimitasiya ilə bağlı müsbət nəticələr görürük. Əgər Ermənistan tərəfi normallaşma, sülh sazişi üzərində irəliləmək istəyirsə, təxribatlardan çəkinməlidir. Azərbaycan Silahlı Qüvvələri bütün sərhəd boyu tam üstünlüyə malikdir”, - deyə nazir söyləyib.
Təxribatda Fransa izi...
Azərbaycan ilə Ermənistan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı tanınması və hörmət olunması əsasında münasibətlərin normallaşdırılması regionda davamlı sülh və sabitliyin təmini üçün yeganə yoldur. Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla dialoqu və qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduğunu dəfələrlə təsdiqləyib. Lakin Ermənistanın hərbi təxribat törətməsi hansı mətləblərdən xəbər verir? İlk növbədə, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq. Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən rəsmi Bakı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaqda maraqlıdır və bunun üçün İrəvanı təxribatlara təşviq edirlər. Böyük Britaniyada Paşinyanın Fransa prezidenti Makronla görüşüb ondan təlimatlar alması da bunu təsdiqləyir. “Biz bir ay ərzində sülh sazişini imzalamağa hazırıq” deyən rəsmi İrəvan gerçəkdə müxtəlif bəhanələrlə prosesi uzadır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, anlamalıdır ki, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti olaraq rədd edilməli və qınanılmalıdır.
Ekspert: Təxribatların qarşısının alınmasının ən səmərəli üsulu düşmənin döyüş mövqelərinin darmadağın edilməsidir
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bildirib ki, Ermənistan baş nazirinin Londonda Azərbaycan Prezidenti ilə görüşdən qaçması və daha əvvəl də Ermənistan iqtidarında təmsil olunan yüksək hərbi və mülki vəzifəli şəxslərin ərazi iddiaları və güc tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər bu gün Azərbaycan-Ermənistan şərti sərhədində baş verən təxribatlarda özünü göstərir: “Dəfələrlə atəşkəsin pozulması sonrasında ciddi və sarsıdıcı zərbələrə məruz qalan məğlub Ermənistan başına gələn fəlakətlərdən düzgün nəticə çıxarmır. Əksinə, regiondan kənar qüvvələrin, xüsusilə də Fransanın maraqları çərçivəsində təxribatlardan əl çəkmir. Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Britaniyada Prezident İlham Əliyevlə görüşdən imtina etməsi fonunda belə bir atəşkəs pozuntusunun baş verməsi gözlənilən idi. Biz Paşinyanın Fransa prezidenti Emmanuel Makronla görüşündən sonra Ermənistanın hərbi təxribatının şahidi olduq”.
Ekspertin sözlərinə görə, bu təxribatların qarşısının alınmasının ən səmərəli üsulu düşmənin döyüş mövqelərinin darmadağın edilməsi, mövqe Azərbaycan üçün əhəmiyyət daşıyırsa, Azərbaycan ordusunun şəxsi heyətinin orada yerləşdirilməsi və bayrağımızın ucaldılmasıdır. “Əgər həmin mövqelər strateji əhəmiyyət daşımırsa, daim atəş altında saxlanılmalı və düşmən əsgərlərinin yerləşdirilməsinə imkan verilməməlidir. Yalnız bundan sonra Ermənistan tərəfi atəşkəs pozuntusunun nə ilə nəticələnəcəyinə dair geniş təsəvvürlər əldə edə biləcək. Biz atəşkəs pozulan mövqeyə qarşı təmkinli davranmalı deyilik. Zərbə vaxtında endirilməlidir ki, Ermənistan tərəfi bundan nəticə çıxarsın”,-deyə Ə.Verdiyev vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

