Rediküllər erməni lobbisinin əmrlərində...
12.09.2024 [09:17]
Əli Kərimli ermənipərəst Ben Kardeni təbliğ edir
Redikül müxalifətin xarici ermənipərəst mərkəzlərin sifarişi əsasında hərəkət eməsi növbəti dəfə özünün faktoloji təsdiqini tapıb. Antimilli fəaliyyətlə məhğul olan, hətta Vətən müharibəsi dövründə siyasi həmrəylikdən kənarda duran, nəhayət, ölkəmizin uğurlarına qarşı kampaniyaların əsas aləti kimi çıxış edən AXCP Qərbin direktivlərinə əsaslandığı bir daha nümayiş etdirdi.
İlk olaraq onu vurğulayaq ki, verilən sifarişə əsasən, sosial şəbəkələrdə AXCP sədri Əli Kərimli iştirakdan yayındığı seçki prosesinə qara yaxmaqla bərabər qarşıdan gələn növbəti mühüm siyasi tədbiri - COP29-u da hədəfə alır. Ənənəvi yalanlarına sığınan AXCP sədri bu dəfə də şər-böhtana üstünlük verib - Azərbaycandakı demokratik mühitə qara yaxmağa, dövlətimizin uğurlarını kiçiltməyə və ən əsası insan hüquqlarının qorunması ilə bağlı ölkəmizdəki mühüm fəaliyyələri gözdən salmağa cəhd göstərib. Onun “arqumenti” isə yenə də olmayan “siyasi məhbus” yalanlarıdır.
Xəyanətkarlığa əsaslanan “yol”...
Özünün və ərafındakıların bütünlüklə əzbərlədikləri “mətndən” kənara çıxmayan Əli Kərimlinin göstərişi ilə redikül xainlər dəstəsi COP29-a qarşı hücum kampaniyasına başlayıb. Kiçik bir monitorinq aparılsa görmək olar ki, nəinki sosial şəbəkələrdə paylaşılan postların məntiqi və ya motivi, hətta cümlələri belə eynidir. Özündən “geosiyasi manevrlər” kəşf edən Kərimli və dəstəsi dolayısı ilə COP29-un Azərbaycanda keçirilməsi üçün verilən qlobal dəstəkdən narahat olduqlarını ortaya qoyurlar. Bu “narahatlıqlar” isə okeanın o biri tayından ixrac edilən “fikirlərlə” ifadə edilir.
Kərimlinin boş pafos üzərində bərqərar olan “fikirləri”nin kökündə özünün və təmsil olunduğu siyasi azlığın xəyanətkar yolda olması bütün ştrixləri ilə görünür. Xüsusilə xalqımızın həssas olduğu ümummilli məsələləri belə saya salmayan Əli Kərimli Azərbaycana, bütün Türk dünyasına düşmən gözü ilə baxan, erməni marağının “kölgəsi” saylan şəxslərə istinad etməklə əsl niyyətini və simasını ortaya qoyur. İllərdir ki, ən azından “partiya sədri” olan Əli Kərimli bilmirmi ki, böyük “sevgi” ilə öydüyü və istinad etdiyi Ben Karden kimdir?
Karden kimdir?
Vətən müharibəsi dövründə ermənilərə qarşı hər hansı bir təbliğatda yer almayan, hətta öz partiyadaşlarına belə “müraciət etməyən”, erməni vandalları haqda bir söz deməyə cürəti çatmayan Əli Kərimli bu gün “beynəlxalq birliyi”, bütün “demokratik dövlətləri” senator Ben Kardinin anti-Azərbaycançı, yalan və böhtandan ibarət çağırışına qoşulmağa çağırır. Bu həmin Ben Kardendir ki, işğal dövründə dəfələrlə Qarabağdakı separatçı hərəkata dəstək verməsi faktı, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı əsassız, qərəzli bəyanatları da xatirimizdədir. Bu həmin Ben Kardendir ki, Azərbaycanı “işğalçı” adlandırır və kollektiv Qərbi Azərbaycanın “Ermənistan torpaqlarını “işğal” etməsinə səssiz qalmaqda ittiham edir. Bu həmin Ben Kardendir ki, “Dağlıq Qarabağ qaçqınlarının hüquqlarının müdafiəsi” ilə bağlı saxta fikirlər səsləndirir...
Siyahını daha da uzatmaq olar. Türk düşməni sayılan Karden emənilərin saxta “soyqıırım” iddiası üzərində israr edənlərdəndir. Onun erməni lobbisinin bir nömrəli adamı olmasına zərrə qədər şübhə yoxdur - Əli Kərimli isə bu dəqiqələrdə Kardenin “adamı” olmaq üçün əldən-ayaqdan gedir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

