Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqlənib

Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqlənib

25.10.2024 [11:29]

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə tapşırılıb və Mərkəzi Banka tövsiyə edilib ki, Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30