/ / Lukaşenko Bakıda keçirilən COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib
Lukaşenko Bakıda keçirilən COP29 sammitində iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib
12.11.2024 [21:39]
Bakıda keçirilən COP29 sammitində Belarus Prezidenti Aleksandr Lukaşenko iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal fəaliyyət təkliflərini səsləndirib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının qeyd etdiyinə görə, bu və digər istiqamətlər beynəlxalq səylərin birləşməsini tələb edir. “Bu, sözdə deyil, əməldə olmalıdır. Sözdən hərəkətə keçməyin vaxtıdır. Ödəməli olanlar isə ödəməlidirlər, öz kabinetlərində oturmamalıdırlar”, - deyə Belarus lideri vurğulayıb.
Prezident bildirib ki, iqlim dəyişib və bu, artıq obyektiv reallıqdır. “Buna görə də əsas vəzifə dəyişmiş şərtləri nəzərə alaraq milli iqtisadiyyatların, ilk növbədə, kənd təsərrüfatının yenidən qurulmasıdır, yeni şəraitə uyğunlaşdırılmasıdır”, - deyə o bildirib.
Aleksandr Lukaşenko Belarusun bu məsələdə aktiv fəaliyyət göstərdiyini və öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Dövlət başçısı inkişaf etməkdə olan ölkələrin milli maraqlarına xələl gətirmədən, onların yaşıl texnologiyalara bərabər çıxış əldə etmələrinə köməklik göstərməyə çağırıb: “Elə etmək ki, onlar bu yardım nəticəsində əsarətə düşməsinlər. Beynəlxalq texnologiya ticarətinə, innovasiya və ən yaxşı təcrübələrin mübadiləsinə mane olan hər şey ləğv edilməlidir”.
Aleksandr Lukaşenkonun sözlərinə görə, dünya artıq ekoloji cəhətdən yeni təmiz alternativ məhsulların heç də az ziyan vurmadığı bir vəziyyətlə üzləşib. “Obyektiv olaraq, bizim innovasiyanın müəyyən bir məhsulunun bütün həyat dövrü ərzində ətraf mühitə potensial təsirini hərtərəfli qiymətləndirmək üçün yeni yanaşmalara ehtiyacımız var”, - deyə o vurğulayıb.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

