Monteneqro Prezidenti: COP29 çox yaxşı təşkil olunub
14.11.2024 [09:22]
COP29-da iştirak etməkdən ötrü Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycanı bu il COP-u təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm; tədbir çox yaxşı təşkil olunub. Bu zirvə görüşü xüsusilə kritik dövrə təsadüf edir. Son vaxtlar BMT-nin qurumları qlobal temperaturun artdığını və 2024-cü ilin rekord dərəcədə ən isti il olmağa doğru irəlilədiyini göstərən məlumatlar yayımlayıb. Bu məlumatlar, bildiyiniz kimi, qlobal istiləşmə kontekstində, xüsusən karbon emissiyaları ilə bağlı olduqca narahatedicidir. Qlobal icma olaraq hamımız birlikdə hərəkət etməli, xüsusilə 2015-ci il Paris Sazişinə əməl etmək üçün bütün səylərimizi birləşdirməli və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç deyib.
Bildirib ki, iqlim dəyişikliyi bəlkə də bu gün dünya qarşısında duran ən böyük çağırışlardan biridir və həqiqətən də yalnız kollektiv səylərlə həll edilə biləcək qlobal məsələdir. “Bu səbəbdən dünya liderlərini hər il bir araya gətirmək və ortaq öhdəliklərimizi bir daha təsdiqləmək vacibdir. Bildiyimiz kimi, dünyanın ən böyük ölkələri həm də ən böyük karbon emissiyaçılarıdır. Hər bir ölkə, o cümlədən Monteneqro və Azərbaycan bu məsələdə öz öhdəliyini nümayiş etdirir. Hər il təkcə əldə etdiklərimizi bölüşmək üçün deyil, həm də dünyanın ən təcili problemini həll etmək üçün birgə gündəmimizi yeniləmək və gücləndirmək üçün toplaşırıq”, - deyə Yakov Milatoviç vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

