Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır
02.12.2024 [21:14]
Qırğızıstanın Bişkek şəhərində Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır.
Fonddan AZƏRTAC-a bildiriblər ki, kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Elşad Barat, redaktoru isə pedaqogika üzrə fəlsəfə doktoru, yazıçı Elmira İsmayılovadır.
On hissədən ibarət kitab Ulu Öndər Heydər Əliyevin hər iki dövrdə (sovet və müstəqillik illəri) mədəniyyətimizə, ədəbiyyatımıza diqqət və qayğısının bir sıra tarixi anlarını, özünəməxsus məqamlarını əks etdirir.
Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, “Heydər Əliyev və ədəbiyyat” kitabının işıq üzü görməsi Ulu Öndər tərəfindən əsası qoyulan Qırğızıstan-Azərbaycan mədəni əlaqələrindəki uğurları tərənnüm edən mühüm hadisədir.
Kitabda Yazıçılar Birliyinin mətbu orqanları olan “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan”, “Qobustan” və “Ulduz” jurnallarının nəşrinin dövlət tərəfindən maliyyələşdirilməsi Ümummilli Liderin çətin keçid dövrü pro-seslərində milli ədəbiyyatın inkişafına göstərdiyi böyük qayğının nümunələri kimi qeyd edilib.
Bundan başqa, nəşrdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci il-lərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocaqlarının, gənclər mərkəzlərinin, hərbi məktəblərin açılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması, müasir ixtisaslara yiyələnməsi haqqında geniş mülahizələr yer alıb.
Qeyd edək ki, kitaba rəyləri akademiklər Nizami Cəfərov və Yaqub Mahmudov veriblər.
Xatırladaq ki bu, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən nəşr olunan 164-cü kitabdır. Fond ənənələrinə sadiq qalaraq bu kitabı da pulsuz yaymağı və gələcəkdə müxtəlif dillərə tərcümə etdirməyi nəzərdə tutur.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

