Çinin Mərkəzi Televiziyasında Azərbaycan haqqında silsilə reportajlar yayımlanıb
17.07.2013 [11:13]
Çin Mərkəzi Televiziyası - CCTV Azərbaycan haqqında silsilə reportajlar yayımlayıb.
Dünyada ən çox tamaşaçı auditoriyasına malik televiziyalardan biri olan CCTV-də yayımlanan reportajda Azərbaycanın müstəqillik illərində böyük inkişaf yolu keçdiyi vurğulanıb. Qeyd olunub ki, həm Avropa, həm də Şərq memarlıq üslubunda inşa edilmiş binalar gözəl təbiətinə görə “Xəzər dənizinin mirvarisi” adlandırılan Azərbaycanın paytaxtı günəşli Bakıya xüsusi yaraşıq verir. Bakı nəinki Cənubi Qafqazda, eləcə də keçmiş SSRİ məkanında ən çox inkişaf etmiş şəhərlərdən biridir. Son illər şəhərdə aparılan yenidənqurma və tikinti işləri Bakının daha da gözəlləşməsinə səbəb olub.
Bakının öz görünüşü ilə Dubayı xatırlatdığını qeyd edən müəllif, şəhərdə həyata keçirilən iri tikinti layihələrindən, o cümlədən “Xəzər adaları”nda salınan şəhərdə dünyanın ən hündür binasının tikiləcəyindən söz açıb.
Reportajın müəllifləri bu uğurların qazanılmasında neft amilinin böyük rol oynadığını vurğulayaraq, ərəb ölkələrində neft tapılmasından əvvəl Bakının dünyanın neft istehsalının əsas mərkəzi olduğunu xatırladıb. Reportajda İkinci dünya müharibəsində SSRİ-nin qələbə qazanmasında Bakı neftinin həlledici rol oynadığı, Azərbaycanda neft hasilatına 160 il əvvəl başlandığı, son illər neft gəlirlərinin iqtisadiyyatın müxtəlif sahələrinə, təhsilin inkişafına, informasiya kommunikasiya texnologiyalarının tətbiqinə yönəldildiyi xüsusi qeyd olunub.
Reportajda, həmçinin Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun və Dövlət Neft Şirkəti nümayəndələrinin müsahibələri yer alıb.
Çin Mərkəzi Televiziyası Azərbaycanın qədim xalçaçılıq sənətindən, Naftalan neftinin müalicəvi əhəmiyyətindən bəhs edən reportajlar da yayımlayıb.
Qeyd edək ki, Çin Mərkəzi Televiziyasının 22 kanalı fəaliyyət göstərir. Çində və xaricdə hər gün 2 milyarda yaxın tamaşaçının izlədiyi CCTV çin dili ilə yanaşı, ingilis, fransız, ispan, ərəb və rus dillərində verilişlər yayımlayır.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

