Rədd edirik!
05.04.2025 [08:25]
XİN Fransanın baş diplomatını faktlarla üz-üzə qoydu
Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində lap əvvəldən mənfi rol alan Fransa hazırda Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində ikitərəfli danışıqlar nəticəsində mühüm irəliləyişə nail olunduğu bir vaxtda öz pozuculuq əməllərini daha da intensivləşdirib. Bu xüsusda növbəti dəfə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baron çıxış edib. Yeisey Sarayının təmsilçisinə Bakıdan sərt cavab isə özünü çox gözlətməyib. “Aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronin Milli Assambleyanın Xarici İşlər Komissiyasında çıxışı zamanı Azərbaycan-Ermənistan sülh prosesi və erməniəsilli şəxslərin məhkəmə işi ilə bağlı səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik”. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Jan-Noel Baronin Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialara dair şərhində bildirilib.
Azərbaycanın legitim tələbinin sual altına alınması qəbuledilməzdir
Postmüharibə dönəmində Yelisey Sarayından gələn açıqlamaları təhlil etdikdə aydın şəkildə görünür ki, Makronun özü başda olmaqla komandasının əksər təmsilçiləri sülh prosesinə bilərəkdən maneçilik törətməyə çalışırlar. Xatırladaq ki, sülh prosesi ilə bağlı formalaşan Brüssel formatı məhz Yelisey Sarayının birtərəfli mövqe tutmasının nəticəsində bütünlüklə iflasa uğrayıb. Bundan sonra təxminən bir ildir ki, danışıqlar məhz Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin təşəbbüsü əsasında ikitərəfli formatda davam etdirlir. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi bitdikdən sonra sülh çağırışını ilk dəfə rəsmi Bakı edib. Ölkəmiz qalib statusuna rəğmən heç bir ilkin şərt irəli sürmədən qarşı tərəfə 5 baza prinsipini özündə ehtiva edən sülh paketi göndərdi. Yenə də Fransa kimi ölkələrin təhriki ilə N.Paşinyan hökuməti uzun müddət Azərbaycanın sülh çağırışına cavab vermədi. Bu xüsusda danışıqlar respublikamızın ardıcıl səyləri sayəsində yalnız son bir ildə intensivləşib. Nəticə də ümidvericidir. Artıq nəzərdə tutulan 17 bənddən ibarət sülh sazişi hər iki tərfdən razılaşdırılıb.
Beləliklə, Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır. Yaranmış fürsət dəyərləndirlməli və məntiqi sonluğa çatdırılmalıdır. Burada da Azərbaycan ədalətli yanaşma ortaya qoyur. Ölkəmiz qalıcı sülh tərəfdarıdır. Bunun üçün ilk növbədə hüquqi baza təmin edilməlidir. Lakin Ermənistanın hazırda qüvvədə olan konstitusiyası zəruri olan hüquqi bazanı təmin etməkdən uzaqdır. Məğlub ölkənin əsas qanununun preampula hissəsində respublikamıza qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar yer alır. Azərbaycan hakimiyyəti uzun müddətdir ki, bununla bağlı narahatlığını bildirərək qarşı tərəfi konstitusiya dəyişikliyinə getməyə çağırır. Bu, tamamilə legitim bir tələbdir və bu tələbə hansısa başqa bir yozum verilməsi düzgün deyil. Ayxan Hacızadənin şərhində respublikamızın haqlı tələbinə növbəti dəfə diqqət çəkilib. Mətbuat katibi qeyd edib ki, Azərbaycan ərazilərinə qarşı iddiaların mövcud olduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi iki ildən çoxdur müzakirə edilən legitim tələbin sual altına alınması və bunun yeni şərt kimi təqdim olunması qəbuledilməzdir. Əgər Fransanın iddia etdiyi kimi, həqiqətən də sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyirsə, o zaman Ermənistan tərəfindən müvafiq addımların atılmasını təşviq etməlidir.
Makronun komandasında yer alan nazir Jan-Noel Baron Milli Assambleyadakı çıxışında bir qədər də irəli gedərək hazırda Bakıda mühakimə olunan erməni əsilli şəxslərin müdafiəsinə qalxıb. Nazirin bu xüsusda səsləndirdiyi iddialar da heç bir məntiqi izaha sığmır. Həmin şəxslərin hansı səbəbdən saxlanıldıqları hər kəsə bəllidir, internet resurslarında bu barədə geniş məlumatlar var. Həmin şəxslər Azərbaycanın suveren ərazisində qondarma rejimin yaradılmasında, çoxsaylı müharibə cinayətlərinin törədilməsində fəal iştirak ediblər, etnik təmizləmə aparıblar, minlərlə dinc azərbaycanlını amansızcasına qətlə yetiriblər. Nazir ədalətli və obyektivdirsə, ilk növbədə bütün bunlar barəsində danışmalı idi. O isə real faktların üstündən keçərək cinayətkarların, separatçıların müdafiəsinə qalxıb. Müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum edilmiş erməniəsilli şəxslərin azadlığa buraxılması çağırışlarına gəldikdə, A.Hacızadə bildirib ki, bu cinayətləri araşdırmaq, mühakimə etmək Azərbaycanın haqqıdır və BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun martın 13-də dərc olunmuş rəyi də bunu bir daha təsdiqləyib, məhkəmə prosesinə qarşı aparılan qarayaxma kampaniyasının əsassız olduğunu sübuta yetirib. “Ümumiyyətlə, digər ölkələrdə məhkəmə prosesinə müdaxiləyə cəhd edən Fransa tərəfinin, ilk növbədə, öz ölkəsində siyasi təqibləri və müxtəlif aksiyalarda etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələri, Fransa parlamentində rüşvətxorluq və korrupsiya hallarının yayılması kimi faktları araşdırması daha uyğun olardı. Məsələn, eyni iclasda bir deputatın Fransada məhkəmə sistemindən siyasi rəqiblərə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyi halda, qanunun aliliyi ilə bağlı digər dövlətlərə müdaxilənin qəbuledilməzliyi ilə bağlı sualına cavabında nazirin Fransa məhkəməsinin qərarını şərh edə bilməyəcəyi cavabı da rəsmi Parisin ikili standartlarının göstəricisidir. Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, - deyə XİN rəsmisi diqqətə çatdırıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18

