Türkiyənin “Takvim” qəzetində “İlham Əliyev yenidən seçilməlidir” sərlövhəli məqalə dərc edilib
17.07.2013 [11:16]
Türkiyənin “Takvim” qəzetinin köşə yazarı Bülənt Erandaçın “İlham Əliyev yenidən seçilməlidir” sərlövhəli məqaləsi dərc edilib.
AzərTAc xəbər verir ki, məqalədə Türkiyənin və Azərbaycanın Avrasiyanın nüfuzlu ölkələrindən olduğu diqqətə çatdırılır. Müəllif yazır ki, oktyabrın 16-da Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu seçkidə Azərbaycan dövlətinin başçısı İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi Türkiyənin Qafqazdakı taleyi ilə sıx bağlıdır. Eyni dilə, eyni dinə, eyni tarixə malik olan Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafında İlham Əliyevin çox böyük xidmətləri vardır. İki liderin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçirdikləri görüşlərdə söylədikləri sözlərini xatırlasaq, İlham Əliyevin yenidən prezident seçilməsinin əhəmiyyətini daha yaxşı dərk edərik.
Sonra müəllif Azərbaycan Prezidenti İlham Əliyevdən sitat gətirir: “Bizim qəlblərimiz bir döyünür. Bizim dünyadakı ən mühüm qardaşımız, dostumuz, müttəfiqimiz Türkiyədir. Əminəm ki, Türkiyə üçün də dünyada bir nömrəli dost, qardaş və müttəfiq Azərbaycandır”. Baş nazir Rəcəb Tayyib Ərdoğanın fikirləri xatırladılır: “Aramızdakı qardaşlıq bağları çox güclüdür. Cənubi Qafqazda Türkiyə və Azərbaycan əməkdaşlığı olmadan heç bir mühüm regional və qlobal layihələr həyata keçirilə bilməz. Biz nə qədər birlikdə olarsaq, gücümüz də o qədər artacaqdır”.
Müəllif yazır ki, Qafqaza geosiyasi marağın yeni mərhələyə yüksəldiyi həqiqətdir. Yaxın Şərqdə baş verən hadisələrin daha geniş geosiyasi sahəyə təsir etməsi haqqında düşünmək lazımdır. Qlobal güclər, ABŞ, Rusiya, İngiltərə və Almaniyanın da Azərbaycana artan marağı nəzərə alınarsa “İlham Əliyev - Rəcəb Tayyib Ərdoğan” birliyinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyi daha aydın olar.
Bülənt Erandaç yazır ki, Ermənistan rəhbərliyi isə əvvəldən olduğu kimi, dağıdıcı mövqeyini davam etdirməkdədir. Bu vəziyyətdə bəzi güclərin Azərbaycanda sabitliyi pozmağa çalışması pis niyyətli planların olduğunu düşünməyə əsas verir. Problemi ədalətli şəkildə həll etmək əvəzinə, bölgənin bəzi ölkələrinin daha çox silahlandırılması istiqaməti seçilir. Bu isə vəziyyəti daha da ağırlaşdıra bilər.
Bildirilib ki, Azərbaycanın zəngin enerji resurslarına malik olması və Türkiyənin tranzit ölkə kimi əhəmiyyəti gələcəkdə hər iki ölkənin dünyadakı mövqeyini gücləndirir. Bu məsələdə Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə Bakıdakı görüşündə belə deyib: “Azərbaycanın çox böyük neft, təbii qaz resursları vardır. Türkiyə çox böyük iqtisadi gücə malik bir ölkədir. Biz bu resursları, tranzit imkanlarını, iqtisadi gücü birləşdirərək hər bir məsələdə dünyadakı mövqeyimizi qoruya biləcəyik. Çünki, bu gün dünya və Avropa üçün enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Biz yaxşı bilirik ki, gələcəkdə Xəzər hövzəsində olan təbii resurslar dünya üçün böyük rol oynayacaq və Azərbaycan bu baxımdan yenə birinci sırada olacaqdır”.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

