/ / Gürcüstan ilə sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımına dair protokol imzalanıb
Gürcüstan ilə sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımına dair protokol imzalanıb
25.07.2013 [09:52]
İyulun 24-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. AzərTAc xəbər verir ki, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunda qazanılan uğurlar, əldə olunan nailiyyətlərdən bəhs edib, bu sahədə həyata keçirilən milli və regional layihələr barədə məlumat verib. Gürcüstan ilə regional əməkdaşlıq məsələsinə də toxunan nazir ən böyük transmilli layihələrdən biri - BMT Baş Məclisinin qətnaməsi əsasında 2012-ci ildə növbəti dəfə siyasi dəstək alan Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) üzrə ölkəmizin koordinator olduğunu xatırladıb. Nazir, həmçinin Qərbi Avropadan Şərqi Asiyayadək Avrasiya ölkələrini əhatə edəcək transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan bu layihəyə Gürcüstanın da cəlb edilməsi məsələsindən söz açıb.
Qeyd olunub ki, TASİM üzrə təşkilati işlərin başa çatdırılmasında qonşu dövlətin layihədə iştirakı strateji əhəmiyyətə malikdir və hazırda Azərbaycanın müraciəti əsasında Gürcüstanda bu məsələyə baxılır.
Azərbaycan ilə Gürcüstanın strateji tərəfdaş olduqlarını, ölkələrimiz arasında dostluq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Dmitri Kumsişvili də tərəflər arasında rabitə sektorunda əməkdaşlığın genişləndirilməsinə dair aparılan görüşlərin məhsuldar olduğunu nəzərə çatdırıb.
Azərbaycanın ilk telekommunikasiya peykinin üstünlüklərini də qeyd edən nazir müavini Gürcüstanın yerli kanallarının bu peyk üzərindən yayımının vacibliyini, bu məsələnin müzakirə ediləcəyini söyləyib. Sərhədyanı ərazilərdə rəqəmli yayım, genişzolaqlı LTE texnologiyalarının inkişafının ölkələrimiz üçün vacib olduğuna da diqqəti cəlb edən Dmitri Kumsişvili bu sahədə protokolun imzalanmasının hər iki tərəfdə operatorlara sözügedən texnologiyaları keyfiyyətlə və daha sürətlə inkişaf etdirməyə imkan verəcəyinə əminliyini ifadə edib.
Sonda tərəflər arasında GSM, SDMA rabitə siqnalları, LTE texnologiyalarının tətbiqi perspektivləri, həmçinin rəqəmli televiziya və FM radio kanallarının sərhədboyu ərazilərdə yayımının razılaşdırılması ilə bağlı protokol imzalanıb.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

