Növbəti rəy sorğusu seçicilərin Prezident İlham Əliyevi dəstəklədiyini bir daha təsdiqlədi
02.08.2013 [10:00]
Sorğunun nəticəsində o da məlum olub ki, radikal müxalifətin vahid namizəd “kartı” onların seçkilərdə qazanacağı səs faizini nəinki artıracaq, əksinə, daha da aşağı salacaq
Məlum olduğu kimi, “Rəy” Monitorinq Mərkəzi iyulun 22-28-də apardığı sonuncu ümumrespublika ictimai rəy sorğusunun nəticələri ilə bağlı hesabat yayıb. Sorğuya 18 və yuxarı yaşlı 1500 nəfər cəlb edilib. Məlumatda qeyd olunub ki, seçki marafonunun rəsmən elan olunmasına az qalıb və tezliklə Mərkəzi Seçki Komissiyası (MSK) namizədlərin qeydiyyatına start verəcək. İndiyədək Azərbaycan prezidenti vəzifəsinə seçkilərdə Prezident İlham Əliyevin, “Müsavat” başqanı İsa Qəmbərin və kinodramaturq Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülüb. Sorğu nəticəsində namizədlərin populyarlığı, nüfuzu və onlara olan ictimai dəstəyin səviyyəsi müəyyən olunub.
XALQ PREZİDENT İLHAM ƏLİYEVİ DƏSTƏKLƏYİR
Rəy sorğusuna görə, rəyi soruşulanların 81,2 faizi dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyinə səs verəcəyini açıqlayıb. “Bu namizədlərdən hansına səs verərdiniz?” sualına cavabda isə rəyi soruşulanların 81,2 faizi Prezident İlham Əliyevin, 2 faizdən az hissəsi İsa Qəmbərin və təxminən 1 faizi Əli Kərimlinin adını çəkib. Buradan görünür ki, Prezident İlham Əliyev əvvəlki prezident seçkilərində olduğu kimi, bu dəfə də seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəklənəcək. Bu göstərici onun nəticəsidir ki, Azərbaycan xalqı 2003-cü ildən bu vaxtadək olan dövrdə ölkədə gedən müsbət dəyişikliklər və inkişaf zəminində seçimində yanılmadığını görüb. Həmin dövrdən keçən müddət ərzində dövlət başçısı əsası qoyulan işləri, layihələri davam etdirdi, Azərbaycanı hər baxımdan güclü dövlətə çevirdi. Respublikada həyata keçirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr inkişaf edir. Son 10 ildə sosial, iqtisadi, texnoloji, humanitar, beynəlxalq münasibətlər və diplomatiya sahələrində qazanılan böyük uğurlar bunu deməyə əsas verir.
Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu yolu davam etdirən dövlət başçısının daxili və xarici siyasət kursunun uğurlu nəticələrindən razıdır. Sorğunun nəticəsi təsdiq edir ki, Yeni Azərbaycan Partiyasının namizədi cəmiyyətdə ən geniş populyarlığa və dəstəyə malik, harizmatik liderdir.
“MİLLİ ŞURA”ya İCTİMAİ MARAQ YOXDUR
Sorğunun nəticələrinə əsasən, respondentlərin 11,7 faizi tam əminliklə müxalifət düşərgəsində “Milli şura”nın mövcudluğundan xəbərim var” deyə bilib, daha 17,2 faiz isə “bu barədə nəsə eşitmişəm” deyib. Ümumilikdə, bu, sorğu iştirakçılarının cəmi 28 faizini təşkil edir ki, onların da dörddə üçü Bakı sakinləridir. Hesabata əsasən, bu zaman rəyi soruşulanların 74,2 faizi onları yoxlamaq üçün verilmiş filtr-sualı cavablandırarkən çətinliklə üzləşib və “Milli şura” üzvlərindən heç olmazsa üçünün belə adını çəkə bilməyiblər.
Cəmiyyətin azad, müxtəlif istiqamətli informasiyaya çıxış imkanlarının geniş olduğu bir vaxtda vətəndaşların əksəriyyətinin “Milli şura” haqqında heç bir təsəvvürünün olmaması sadəcə olaraq, cəmiyyətin radikal müxalifətə laqeyd münasibəti ilə izah oluna bilər. Bu laqeydlik, şübhəsiz, ilk növbədə, radikal müxalifətin 20 il öncə qazandığı mənfi imic və etibarsızlıqdırsa, bu müddət ərzində vəziyyətin dəyişməməsinə səbəb radikalların antimilli fəaliyyətlərini israrla davam etdirmələridir. Nəticədə, cəmiyyət radikal müxalifət çevrələrinə olan inamı birdəfəlik itirib və bu səbəbdən də onların “Milli şura” da daxil olmaqla, heç bir layihəsi ictimai maraq oyatmır.
RÜSTƏM İBRAHİMBƏYOVUN NÜFUZU RADİKAL MÜXALİFƏTİN ƏNƏNƏVİ LİDERLƏRİNDƏN AŞAĞIDIR
Sorğu nəticəsində məlum olub ki, Rüstəm İbrahimbəyovun “müxalifətin vahid namizədi” kimi irəli sürülməsindən seçicilərin 86,1 faizi xəbərsizdir. Üstəlik, rəyi soruşulanların 91,1 faizi müxalifətin planına görə seçkidə qələbə qazanacağı təqdirdə “vahid namizəd”in prezident kürsüsündə iki ildən artıq oturmayacağını bilmir. “Milli şura”nın qərarına görə bu dövr ərzində növbədənkənar parlament seçkilərinin keçirilməsi, keçid hökumətinin yaradılması və növbədənkənar prezident seçkilərinin təşkili nəzərdə tutulur. Başqa sözlə desək, əhalinin mütləq əksəriyyəti “Milli şura”nın yaradılması və R.İbrahimbəyovun müxalifətin “vahid namizədi” kimi irəli sürülməsi də daxil olmaqla bütün bu çoxgedişli kombinasiyalardan xəbərsizdir.
Sorğunun nəticələri ilə bağlı ən maraqlı məqamlardan biri isə odur ki, “prezidentliyə namizədin irəli sürülməsi sizdən asılı olsaydı, kimin namizədliyini təklif edərdiniz?” sualını cavablandırarkən respondentlərin yalnız 1 faizi R.İbrahimbəyovun adını çəkib. Üstəlik, Bakıda bu rəqəm 1,5 faiz olubsa, ölkənin qalan ərazisi üzrə cəmi 0,8 faiz təşkil edib. Bundan təxminən üç dəfə artıq sayda insan qeyd edib ki, prezidentliyə İsa Qəmbərin, 1,6 faiz isə Əli Kərimlinin namizədliyini irəli sürərdi.
Yaranan mənzərə özlüyündə bir neçə məqamdan xəbər verir. Birincisi odur ki, ənənəvi radikal müxalifətin liderlərinin sıfır həddində olan ictimai nüfuzu onların seçkilərdə qalib gəlmək şanslarının olmadığını göstərir. Bu həqiqəti dərk edən radikal müxalifət partiyalarının özlərinə inamsızlıq səbəbindən seçkilərə ayrı-ayrılıqda deyil, vahid namizədlə qatılmaq istəməsi təəccüb doğurmamalıdır.
Lakin rəy sorğusu onu da göstərib ki, məğlubiyyətlər silsiləsindən qurtulmağa çalışan müxalifət bu dəfə daha böyük səhvə yol verib. Belə ki, Azərbaycan cəmiyyəti “Milli şura”nın namizədi R.İbrahimbəyovu bir siyasətçi kimi tanımır və onun seçkilərdə iştirak həvəsini ciddi qarşılamır. Üstəlik, R.İbrahimbəyovun nüfuzu İ.Qəmbərdən və seçkiyə qatılmaq niyyətində olmayan Ə.Kərimlidən də aşağıdır. Buradan aydın olur ki, radikal müxalifətin vahid namizəd “kartı” onların seçkilərdə qazanacağı səs faizini nəinki artıracaq, əksinə, daha da aşağı salacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49

