Sabitliyin, rifahın və əməkdaşlığın modeli
23.05.2025 [10:08]
Türk dövlətləri çoxşaxəli iqtisadi hədəflər yolunda inamla irəliləyir
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü növbəti dəfə türk dünyasının siyasi-iqtisadi potensialını və geostrateji mövqeyini nümayiş etdirdi. Tədbirin TDT tarixində ilk dəfə müşahidəçi ölkədə - Macarıstanda keçirilməsi isə təşkilatın Şərqi Avropa regionunda nüfuzunu, qlobal iqtisadi proseslərdə aktiv gücünü təsqilədi.
Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın TDT ölkələri ilə əlaqələrinin inkişafına verdiyi töhfələrə, regional və qlobal transmilli layihələrdə fəal roluna diqqət çəkərək təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə qoyduğunu xatırladıb. Həmin investisiyalar Türkiyədə enerji və kimya sektoruna, eləcə də digər qardaş ölkələrin sənaye, energetika, nəqliyyat sahələrinə yatırılıb. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir.
Azərbaycan türk dünyasında aparıcı investordur
Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda (TİF) da fəal rol oynayır. Ötən ildən başlayaraq respublikamız fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Ölkələrin üzvlük haqqı, investisya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşan fondun nizamnamə kapitalı ilkin mərhələdə 500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağrıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.
Orta Dəhlizdə ortaq qərarlar
Azərbaycan türk dövlətləri ilə nəqliyyat sahəsində də əməkdaşlığı gücləndirir, son illər ərzində nəqliyyat infrastrukturunu - avtomobil yolları, dəmir yolu xətləri, dəniz limanı, gəmiqayırma zavodu, hava nəqliyyatı böyükhəcmli sərmayələr hesabına müasirləşdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı Gəmiqayırma Zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Nəqliyyat infrastrukturunun modernləşdirilməsi açıq dənizlərə çıxışı olmasa da, Azərbaycanı Asiya və Avropa arasında nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib və imkanlar durmadan daha da artır. Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil edib. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradan Azərbaycan müştərək müəssisələr qurmaqla, Orta Dəhlizin coğrafiyasını ən işlək haba çevirməkdədir. Bu dəhlizin ən axıcı qollarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb ki, bu da, BTQ-nin nəqliyyat xəritəsində strateji əhəmiyyətindən xəbər verir.
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verən respublikamız hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işləri də davam etdirir.
“Rəqəmsal İpək Yolu” ticari əlaqələri asanlaşdıracaq
TDT-nin mühüm prioritetlərindən biri də qardaş ölkələr arasında kommunikasiya əlaqələrinin yeni modellərinin və müasir rəqəmsal inkişaf formatlarının yaradılmasıdır. Türk dövlətləri arasında son illərdə qabaqcıl kommunikasiyaların mübadiləsi və artan iqtisadi dinamikadan qaynaqlanan yeni tələbatlar bir çox sahələrdə olduğu kimi, vahid rəqəmsal platformada da koordinasiyanın qurulmasını aktuallaşdırır. Xüsusilə də, üzv ölkələr arasında regional ticarət həcmlərinin davamlı olaraq artması və qarşıdakı illərdə əlavə mal mübadiləsinin genişlənməsini təşviq edən yeni ölkələrarası razılaşmaların imzalanması rəqəmsal ticarətin əlaqələndirilməsini zəruri edir.
TDT ölkələrinin mövcud imkanlarından və infrastrukturundan istifadə etməklə Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsinin fəal yerinə yetirilməsi qarşıdakı ilin əsas iqtisadi hədəflərindən biri olacaq. Türk dövlətlərinin hər birinin yerləşdiyi əlverişli coğrafiya onların müasir dünyada ən innovativ iqtisadi platformalardan biri olan “Digital Hub” ətrafında sıx birləşməsi üçün əlverişli imkanlar yaradır. Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş IX Zirvə Görüşünün yekununda imzalanmış Səmərqənd Bəyannaməsində “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Trans-Xəzər fiber-optik kabel infrastrukturunun yaradılmasını və özlərinin IT infrastrukturlarının bu dəhlizə inteqrasiyası üçün mövcud sistemlərin təkmilləşdirilməsi barədə razılığa gəlib. Müəyyən edilmiş strategiyaya əsasən, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub.
Qardaş ölkələr öz mövcud rəqəmsal infrastrukturlarını vahid məkanda birləşdirməklə yaxın illərdə “Rəqəmsal İpək Yolu” layihəsi ilə Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin əsas mərkəzinə çevriləcək.
Vergi güzəştləri, sərmayə təşviqləri
Türk dövlətləri iqtisadi-ticari dövriyyənin yüksəldilməsi məqsədilə asan vergi rejiminin də yaradılması istiqamətində iradəli addımlar atmaqdadır. TDT ölkələrinin demək olar ki, hamısı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalanıb ki, bu da dövlətlərarası mal və xidmət ticarətini, kapitalın, texnologiyanın və şəxslərin sərbəst hərəkətini, eləcə də özəl sərmayələrin axınını stimullaşdırmaq məqsədi güdür.
Beləliklə, ölkələr arasında ticarətin liberallaşdırılması, sərhəd-keçid sistemlərinin rəqəmsallaşması sayəsində daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsinin qurulması, gömrük prosedurlarının asanlaşdırılması və preferensial ticarətin təmin olunması nəzərdə tutulur ki, bütün bunlar son nəticədə əsas niyyət olan Azad Ticarət Rejiminin formalaşmasına səbəb olacaq. Bu isə türk dövlətlərinin regional iqtisadi inteqrasiyası istiqamətində bağlantılarını daha da artıracaq.
Ötən il Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan bu il təşkilatın rəsmi Zirvə görüşünə hazırlaşır. Bu, respublikamızın TDT-də təşəbbüskarlıq imkanlarını daha da artırmaq, yeni layihələrin icrasında fəal inteqrasiyanı dərinləşdirmək və ümumilikdə, TDT üzvləri ilə əlaqələrin dinamikasında yeni potensialların səfərbər olunmasında əhəmiyyətli rol oynayacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

