/ / QHT Əməkdaşlıq Alyansı prezident seçkilərində ekzit-polun keçirilməsi ilə bağlı tender elan edib
QHT Əməkdaşlıq Alyansı prezident seçkilərində ekzit-polun keçirilməsi ilə bağlı tender elan edib
20.09.2013 [10:48]
QHT Əməkdaşlıq Alyansı 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası prezidentinin seçkisi günü 125 seçki dairəsinin 5273 seçki məntəqəsində ekzit-polun aparılmasını nəzərdə tutur. Buna görə də, QHT Əməkdaşlıq Alyansı ekzit-pol keçirilməsi ilə bağlı təcrübəli QHT-lər üçün tender elan edir. Sentyabr ayının 19-dan sentyabr ayının 22-si saat 18.00-a kimi ekzit-polun aparılmasında təcrübəsi olan QHT-lər Alyansın icra katibliyinə müraciət edə bilərlər. Elan olunan tarixdən sonra müraciətlər qəbul edilməyəcək. QHT Əməkdaşlıq Alyansı müraciət edən təcrübəli təşkilatların resurslarından yaralanaraq, böyük bir komanda formalaşdıraraq, ekzit-polun keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı ötən ilin noyabr ayından 2013-cü il prezident seçkisinin monitorinqini aparır. “Siyasi partiyaların resurslarının öyrənilməsi” ilə bağlı geniş tədqiqat aparılıb və aparılan monitorinq 3 ay davam edib. Nəticələr 2013-cü ilin yanvar ayında ictimaiyyətə açıqlanıb. Hazırlanan monitorinq hesabatı həm ölkə ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlara təqdim edilib. Hesabat ictimai rəydə rəğbətlə qarşılanıb və hazırlanan monitorinq hesabatı obyektiv sənəd kimi qəbul edilib. Daha sonra isə Alyansın ekspert qrupu uzunmüddətli müşahidə əsasında “seçkiöncəsi vəziyyətin qiymətləndirilməsi” ilə bağlı geniş təhlili açıqlama hazırlayıb. Bu təhlil də ictimaiyyətə təqdim edilib və sənəd də ictimai rəydə müsbət qarşılanıb.
Hal-hazırda QHT Əməkdaşlıq Alyansının Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “2013-cü il prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsi davam edir. Layihənin icra planına uyğun olaraq, monitorinqin I mərhələsi yekunlaşıb və bununla bağlı Alyansın hesabatı ictimaiyyətə təqdim edilib. Monitorinqin II mərhələsi hazırda davam edir. Bu mərhələdə Bakı və Abşeron bölgəsi, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla daha 5 region əhatə ediləcək.
Alyans, bir daha xatırladır ki, təcrübəli QHT-lərin 9 oktyabr prezident seçkisi günü ekzit-polun təşkili və aparılmasında iştirakı olduqca əhəmiyyətlidir. Bununla vətəndaş cəmiyyəti sektoru seçkinin şəffaflığı və demokratikliyində birbaşa iştirak etməklə, ictimai nəzarətin həyata keçirilməsinə öz töhfəsini vermiş olacaq. Ona görə də, təcrübəli QHT-lərdən bu prosesə qoşulmaq istəyənlər tenderdə iştiraka dəvət edilir.
Xəbər lenti
Hamısına baxDünya
04 May 22:16
Dünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40

